Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-164/2023 01.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 12.000 manat pulun və ödədiyi 126 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər şəhərində yaşayır. Əvvəllər tanıdığı Goranboy rayon Zeyvə kəndində yaşayan Cavabdeh ilə münasibətləri pis olmamışdır. Seymurla arasında pul məsələsi olmuşdur. Belə ki, cavabdeh bildirmişdir ki, cərrahi əməliyyata gedir və əməliyyat olunması üçün 12.000 manat pul lazımdır. O, cavabdehə bildirmişdir ki, pis vaxtdır, onun pulu yoxdur, lakin yaxın adam var ondan alıb verər və gərək qəbz verəsən. Cavabdeh də öz ailə üzvlərinin yanında qəbz yazmışdır. Hətta, bununla bağlı video çəkiliş də var. Həmin yazıda Seymur ona borclu olduğu 12.000 (on iki min) manatı 3 ay müddətinə qaytaracağına söz versə də vədinə əməl etmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina edir. O da həmin pulu Vüsal adlı dostundan borc alıb vermişdir. Seymur hər dəfə bir bəhanə gətirərək borcunu qaytarmır. Onun özünün də Vüsal adlı dostuna borcu olduğundan məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, iddianı tam qəbul edir. O, həqiqətən də İddiaçı 12000 manat məbləğində borc pul almış və hazırda həmin pulu qaytarmamışdır. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı 3 ay müddətinə 12000 manat məbləğində pul almışdır; xx.xx.2022-ci il tarixli, 25504 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 126 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh 3 ay müddətinə 12000 manat məbləğində borc pul vermiş, cavabdeh borc pulu ödəməyi öhdəsinə götürsə də, borcun qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya 12000 manat məbləğində borcu yaranmışdır. Hazırda Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12000 (on iki min) manat məbləğində pul, həmçinin ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul, həmçinin ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-164/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-164/2023
01.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver