Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1641/2023 20.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 4200 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödədiyi 64 manat mənləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdeh kimi göstərdiyi Cavabdeh tanıyır. Belə ki, o, Bərdə rayonun Qarayusifli kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləməsə də, təsərrüfatla məşğul olub gəlir əldə edir. X1 bir müddət olar ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. Bir müddət əvvəl Bərdə şəhərində Leyla onu rəfiqəsi Şəkər adlı xanımla tanış etmək isdədiyini bildirmiş, o da razılaşmışdır. Leyla ona Şəkərin mobil telefonunu vermiş, o da Şəkərə zəng edərək danışmışdır. Bundan sonra Cavabdeh ilə şəxsən tanış olmuş, Bərdə şəhərində görüşmüş, bununla da onların arasında münasibət yaranmışdır. Şəkər ilə mobil telefon ilə danışarkən onun ankoloji xəstə olmasına görə sonuncuya Bərdə rayon Alpoud kəndində yerləşən Alpoud market mağazasında olan “Million” ödəmə sistemi vasitəsilə ona 1200 manat borca pul göndərmişdir. Daha sonra Cavabdeh yenidən əlavə 500 manat “Milliön” ödəmə vasitəsi ilə göndərmişdir. Təxminən 10 gündən sonra Cavabdeh ona zəng edərək işlədiyi hərbi hissədə dərman satdığı üçün saxlandığını bildirərək ona 2500 manat borc pul lazım olduğunu bildirmiş, o da yenidən cavabdehə 2500 manat məbləğində borc pulu Milliön vasitəsi ilə göndərmişdir. Lakin bir müddət keçəndən sonra o, pulu Şəkərdən tələb etmək üçün zəng etmiş, Şəkər ona demişdir ki, N saylı hərbi hissədə tibb bacısı kimi işləyir, əmək haqqını alan kimi “sənin borcunu”, yəni 4200 manatı ödəyəcəm” sözlərini demişdir. Lakin cavabdeh ona borcunu bugünə kimi qaytarmamışdır. Hesab edir ki, Şəkər ona borclu olduğu pulu qaytarmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, cavabdehə verdiyi 3000 manata dair sübutu, yəni ödəniş qəbzləri var, lakin qalan 1200 manata dair hər hansı sübut təqdim edə bilmir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Cavabdeh 416973*******5215 nömrəli kartına 3000 manat məbləğində vəsait köçürülmüşdür; "xxxx" ASC-nin 1474 nömrəli qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 64 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1-ci mаddəsinə əsаsən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və cavabdeh öhdəliyini lazımınca icra etməmişdir. Ona görə də, cavabdeh borc müqaviləsi üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığına görə iddiaçıya yaranmış borc məbləğini ödəməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı tərəfindən Cavabdeh ona 4200 manat məbləğində borcunun olmasına dair yalnız 3000 manat hissəsi iş materiallarında olan qəbzlərlə təsdiq olunduğu üçün həmin qəbzlər əsaslı sübut kimi qəbul edilməli, qalıq 1200 manata dair hər hansı mötəbər dəlil təqdim edilmədiyindən iddia tələbi yalnız 3000 manat hissəyə münasibətdə qismən təmin edilməlidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə, iddia tələbinin ödənilmiş 64 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 50 (əlli) manat məbləğində müəyyən edilməli və 14 (on dörd) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində borc pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində borc pul və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1641/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1641/2023
20.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver