Məhkəmə qərarları › İş №2(045)-1649/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1649/2024

19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1649/2024 19.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, İddiaçı2 nümayəndəsi və İddiaçı1, Cavabdeh1 işitrakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlərdən 9000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onların torpaq sahəsi olmuş, torpaq sahəsini 2018-ci ildə 20000 manata cavabdehlərə vasitəçi yolu ilə satmışdır. Cababdehlər 11000 manat pulu ona ilkin olaraq vermiş, 9000 manat pulu isə iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Bu məqsədlə onlar notariat orqanında müqavilə bağlamış, cavabdehlər Cavabdeh1, Cavabdeh2 9000 manat borc pulu xx.xx.2018-ci il tarixdə qaytaracaqlarını öhdəsinə götürmüşdür. Lakin cavabehlər sonradan müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də cavabdehlərdən 9000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ona makler (vasitəçi) torpaq satıldığını bildirmiş, onlar torpağın qiymətini 20000 manata razılaşmış, 11000 manat pulu vasitəçiyə vermiş, torpağın sənədləri 5 sot onun, 5 sot isə Cavabdeh2 adına rəsmiləşmişdir. 9000 manat qalıq borcun qaytarılmasını öhdəsinə götürmüş, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Lakin, notariat orqanında hər hansı bor pul götürməmişlər. Sonradan onun torpaq sahəsini başqası zəbt etmiş, həmin torpaq sahəsində tikinti aparılması üçün də icazə verilməmişdir. Buna görə də o, 11000 manat pulunu da geri tələb edəcəkdir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verənlər İddiaçı1, İddiaçı2 borc alanlara Cavabdeh1, Cavabdeh2 9000 manat borc verir, borc alanlar borcu xx.xx.2018-ci il tarixədək borc verənlərə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Gəncə şəhər 1 saylı Notariat ofisinin 18 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2028-ci il tarixdə 78 saylı reyestr ilə təsdiq edilmiş kredit müqaviləsi üzrə qeyd edilən məbləğ borc verənlər tərəfindən borc alanlara notariusun bankda olan depozit hesabı vasitəsilə ödənilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, İddiaçı1 110 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 20000 manata iddiaçıların torpağının alınması üçün razılşamış, 11000 manat ödəmiş, qalan 9000 manatı iki ay ərzində ödəyəcəyini öhdəsinə götürmüş, bunu notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə rəsmiləşdirmişlər. İşin göstərilən halları tərəflərin izahatı ilə təsdiq edilmiş və işin mübahisəsiz halıdır. Cavabdehlər hazırda 9000 manat pulu verməməsinin səbəbini torpaq sahəsində tikini işləri apara bilməməsi, torpaq sahəsinin sonradan zəbt edilməsi ilə əsalandırmışlar. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair X1 12 avqust 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Müqavilənin bağlanması anının dəqiq müəyyənləşdirilməsi müqavilə iştirakçılarının mülki hüquq münasibətlərinin tənzimlənməsində böyük əhəmiyyətə malikdir. Məhz müqavilənin bağlandığı andan tərəflərin konkret hüquq və vəzifələri yaranmış olur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Göründüyü kimi tərəflərin razılaşmasına əsasən cavabdehlər iddiaçılara 9000 manat pil ödəməyi öhdəsinə götürmüş, 9000 manat borc pul cavabdehlərə notariat orqanının depozit hesabına köçürülməklə verilməsə də, artıq formalaşmış olan borcun müqavilə əsasında - iki ay ərzində qaytarılmasına dair tərəflər arasında razılıq əldə olunmuşdur. Qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 9000 manat pul tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddia ərizəsində tələb edildiyindən cavabdehlərdən alınaraq iddiçılara ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 9000 manat pul və ödənilmiş 110 manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar