Məhkəmə qərarları › İş №2(045)-167/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-167/2025

11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-167/2025 11.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Goranboy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbini irəli sürərək, Cavabdeh 3600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, 04 aprel 2024cü il tarixdə 4500 manat pul istəmiş, arvadı Lamiyə pulu almağa gəlmiş, Cavabdeh maşını saxlamış, o pulu maşında Cavabdeh vermişdir. Sonradan 900 manat pul qaytarılmışdır. Həmin pullar onun və əlil qızının pensiyasından yığılan pullardır. Xaliqin ucbatından onun qızının müalicəsi də dayandırılmışdır. Məhkəməyə təqdim etdiyi diskdə də Xaliqin arvadı Lamiyə intihar etməmişdən qabaq pulu Xaliqə verdiyini demişdir. Prokurorluqda izahatında da onlar borcu etiraf etmişlər. Buna görə də Cavabdeh 3600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o əvvəllər İddiaçı tanımamış və görməmişdir. İddiaçı şikayətində sonra mərhum arvadı Lamiyənin Nazilədən sələmə borc pul aldığını eşitmişdir. Lamiyə ilə bu səbəbdən də münasibətləri korlanmışdır. Belə ki, Lamiyə başqa şəxslərdən də borc almışdır. Səbəbini pulu sələmə götürdüyünü, sələm faizinin çox olması ilə əlaqələndirmişdir. O, Nazilədən hər hansı borc pul almadığını bu səbəbdən də iddinın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəsatəti əsasında əldə edilmiş Goranboy rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 10 may 2024-cü il tarixdə mərhum X9 rayon prokurorluğuna ərizə ilə müraciət edərək 2 il öncə Goranboy rayonu Qızılhacılı qəsəbə sakinləri İddiaçı, X1 və X3 müxtəlif məbləğlərdə faizlə pul aldığını, lakin sonuncuların ona zəng edərək faizə verdilkləri pulu tələb etməsi səbəbindən intihar həddinə çatdığını və həmin şəxslərin barəsində qanunamüvafiq tədbir götülməsini xahiş etmişdir. Lamiyə Hüseynovanın şikayəti əsasında Goranboy rayon prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas Firat Əhmədov tərəfindən aparılmış apaşdırma nəticəsində hər hansı şəxsin hərəkətində cinayət tərkibinin olması müəyyən edilmədiyindən 20 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş X4 Goranboy rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, X9 izahatında göstərmişdir ki, Cavabdeh ilə 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 övladı vardır. İş yoldaşı Ramidədən onun krediti olduğu üçün 100 manat pul almış, lakin Ramidə pula görə ondan artıq 200 manat almışdır. Sonradan Ramidə ona dəfələrlə zəng edərək pul lazım olsa ona pul verəcəyini bildirmişdir. Sonradan dəflərlə ona pul lazım olduqda Ramidə demiş və Ramidə onu İddiaçı ilə tanış etmişdir. O təxminən 2 il bundan əvvəl Goranboy rayon Qızılhacılı qəsəbə sakini İddiaçı 3800 manat faizlə pul almış, həmin pulun qarşılığında 13000 manat pul ödəməyinə baxmayaraq, Nazilə ondan əlavə 3000 manat pul tələb edir. O İddiaçı olan sələm borclarını ödəmək üçün təxminən 4- 5 gün əvvəl Goranboy rayon Qızılhacılı qəsəbə sakini X2 və Goranboy rayon Qızılhacılı qəsəbə sakini Əcəf Həsənovadan faiznən pul götürümüşdür. Lakin həmin şəxslər ondan tez bir zamanda aldığı pulların faizini tələb edirlər. Lakin onun pulu ödəməyə maddi imkanı yoxdur. İddiaçı, Ulduz Qasımova və Əcəf Həsənova mütamamadi olaraq ona zəng edib veridikləri pulun faizini tələb edirlər. Artıq o onların zənglərindən intihar həddinə çatmış və özünə qəsd edərək həyatına son qoymaq istəyir. O Samux rayonun gedərək özünü kanala atmaq istəmiş, həyat yoldaşı Cavabdeh xəbər tutmuş onu avtobusdan düşürtmüşdür. İş materiallarında olan məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Cavabdeh Goranboy rayon prokurorluğuna xx.xx.2024-cü il tarixdə verdiyi izahatından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, həyat yoldaşı X9 ilə 2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı vardır, həyat yoldaşı X8 təxminən 2 il əvvəl Goranboy rayon Qızılhacılı qəsəbə sakini İddiaçı 3800 manat faizlə pul almış, həmin pulun qarşılığında 13000 manat pul ödəməsinə baxmayaraq, Nazilə yoldaşından əlavə 3000 manat pul tələb etmişdir. Həyat yoldaşı X12 Süleymanovaya olan sələm borclarını ödəmək üçün təxminən 4-5 gün əvvəl Goranboy rayon Qızılhacılı qəsəbə sakinləri X1 və Əcəf Həsənovadan faiznən pul götürmüşdür. Lakin həmin şəxslər həyat yoldaşından tez bir zamanda aldığı pulları faizi ilə birlikdə tələb edirlər. Lakin nə onun nə də yoldaşının pulu ödəməyə maddi imkanı yoxdur. İddiaçı, Ulduz Qasımova və Əcəf Həsənova mütəmadi olaraq yoldaşına zəng edib verdikləri pulun faizi ilə birlikdə tam şəkildə tələb edilər. Artıq həyat yoldaşı Lamiyə Hüseynova onların zənglərindən intihar həddinə çatmış, özünə qəsd edərək həyatına son qoyacaqdır. Hətta xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Lamiyə Hüseynova özünə qəsd etmək üçün evdən çıxaraq Samux rayonuna kanala özünü ataraq intihar etmək üçün getmiş, lakin o tez bir zamanda Samux rayonuna gedərək Lamiyəni tapmış və intihara cəhdinin qarşısını almışdır. Hal-hazırda həyat yoldaşı Lamiyə Hüseynova atası evinə getmiş və orada yaşayır. Lamiyə Hüseynovanın bu qədər nə qədər sələm götürməyinin səbəbini bilmir, özündən soruşduqda ona guya uşaqlara paltar almaq üçün götürdüyün demiş, lakin bunların hamısını yalan dediyini bilir. İş materiallarında olan Goranboy rayon Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür və Goranboy rayonunda yeni salınmış, bina 7, mənzil 20-də məskunlaşmışdır. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X6 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh X9 öldüyündən icraat dayandırılmışdır. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək pulu Cavabdeh verdiyini, buna görə də Cavabdeh 3600 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı pulu Cavabdeh verdiyini iddia etsə də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, Cavabdeh tərəfindən məhkəmə iclasında verdiyi izahatında, Goranboy rayon prokurorluğunda onun və mərhum X4 izahatında, cd diskdə olan səs yazılarında iddaçı İddiaçı məhz Cavabdeh borc pul verməsi sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh borc pul verdiyini iddia etsə də bunu sübuta yetirə bilməmiş, əksinə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla borc pulun Cavabdeh verilməsi təkzib edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar