Məhkəmə qərarları › İş №2(045)-1680/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1680/2024

12.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1680/2024 12.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq 1812 manat məbləğində pulun, 38,12 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onun xeyrinə verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o cavabdehlərdən telefon almış, sonradan telefonu qaytarmış, lakin cavabdehlər onun telefonunun pulunu verməmişlər. 1812 manat olmaqla qalıq pulun 12 ay ərzində qaytarılmasını öhdəsinə götürsələr də pulu qaytarmamışlar. Cavabdehlər özləri öz imzası ilə borclarının qaldığını təsdiq etmişlər. Beləliklə, cavabdehlər verdiyi 1812 manat borcunu ona qaytarmaqdan imtina edirlər. Buna görə də 1812 manat məbləğində pulun, 38,12 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb onun xeyrinə verilməsini xahiş edir. Məhkəmə baxışında Cavabdeh1 iddianın qismən qəbul edərək izahatında bildirdi ki, onlar, yəni Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan İddiaçı nisyə telefon almışlar. 300 manat ilkin ödəniş etmiş, qalan 1812 manat pulu 12 ay ərzində hər ay 151 manat olmaqla ödəməyi öhdəsinə götürmüşlər. Lakin imkanları olmadığından pulu ödəyə bilməmişlər. O 1812 manat borcdan 153 manat ödəniş etmişdir. 1659 manat borcunun qaldığını qəbul edir və həmin məbləği birdəfəlik ödəməyi imkanları çatmır. Hər ay həmin məbləğdən 90 manat ödəyə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh1 sadə yazılı formada olan xx.xx.2024-cü il tarixdə imzası ilə təsdiq edilmiş sənəddən görünür ki, o İddiaçı 1812 manat olan borcunu 12 ay ərzində hər ay 151 manat olamqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh2 sadə yazılı formada olan xx.xx.2024-cü il tarixdə imzası ilə təsdiq edilmiş sənəddən görünür ki, o İddiaçı 1812 manat olan borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, o 1812 manat borcdan 1659 manat borclarının qaldığını etiraf edir və hər ay həmin məbləğdən 90 manat ödəməyə imkanı çatır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət üçün 38,12 manat rüsum ödəmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı iphone 13 markalı telefon almış, 300 manat ilkin ödəniş etmiş, qalan 1812 manat olan borcu 12 ay ərzində hər ay 151 manat olmaqla ödəməyi öhdəsinə götürmüşlər. Cavabdehlər qeyd edilənləri etiraf etmiş, 1812 manat borcdan 153 manat ödədiyini, cəmi 1659 manat borclarının qaldığını etiraf etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər 1812 manat borcdan 1659 manat borclarının qaldığını etiraf etdiyindən, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etdiyindən, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1659 manat pul və 38,12 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1659 manat pul və 38,12 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilmədikdə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar