Məhkəmə qərarları › İş №2(045)-1680/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1680/2025

12.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1680/2025 12.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinn və torpaq sahəsi üzərindəki tikililərin paylı mülkiyyət payların müəyyən edilərək bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildе vəfat etmiş X1ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən 5 torpaq sahəsinin və torpaq sahəsi üzərindəki tikililərin paylı mülkiyyət qismində payların müəyyən edilərək bölünməsi tələbinə dair iddianı təmin edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o ünvan 1 ünvanında yerləşən və cavabdeh qardaşı Cavabdeh ilə aralarında münaqişə predmetinə çevrilən mülk xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmışdır. Mülkün torpaq sahəsi 0,40 ha olmuşdur ki, valideynlərinin ailə qurub yaşadığı və cavabdehin və bacısının, onun doğulub böyüdüyü köhnə yaşayış binasından əlavə həyətyanı torpaq sahəsinin o biri başında atası sağlığında ev tikib, cavabdehin ailəsinin yerləşməsinə şərait yaratmışdır və beləliklə, hələ atasının sağlığında 0,40 ha torpaq sahəsi bölünmüş, torpaq sahəsinin 0,20 ha hissəsi onun üçün üzərində ev tikilmiş cavabdeh qardaşına verilmişdir. Bu minvalla ata evinə aid və onun, bacısı oğlunun yaşadıqları evə aid 0,20 ha torpaq sahəsi ilə, cavabdehin yaşadığı evə aid, 0,20 ha torpaq sahəsi arasında hasar çəkilmişdir. Bu bölgü valideynlərinin tərəfindən ona görə diqqət mərkəzinə gətirilmişdir ki, valideynlərinin sağlığında Cavabdeh valideynlərinə və ona, bacısına qarşı amansız mövqe tutmuş, davamlı olaraq ailədə qalmaqal yaratmış, ailədaxili qaydaları tez-tez pozmuş, əxlaqi dəyərlərə məhəl qoymamış, doğmalıq hissini itirmişdir. Cavabdehin üzdəniraq hərəkətləri səbəbindən hələ gəncliyində atası onu hətta mülkü evlər kitabına qeydiyyata salmışdır. (evlər kitabının surətini ərizəyə əlavə edilib) ünvan 2 ünvanında pasport qeydiyyatında cavabdeh heç vaxt olmamışdır. Ona görə də Evlər Kitabında 1951-ci ildə doğulmuş X1, 1953-cü ildə doğulmuş rus əsilli anası X12, 1979-cu ildə doğulmuş, indiki İddiaçı qeyd olunmuşdur. Valideynlərinin sağlığında cavabdeh qardaşı X9 amansızcasına döyüb xəstəxanaya saldığına görə atası cavabdehi evdən qovmuş, atası humanistlik edərək halhazırda cavabdehin ailəsi ilə yaşadığı və 0,20 ha torpaq sahəsinə yiyələndiyi evə köçürmüşdür ki, buranı ona verib, ayrıca ona məxsusdur, adına sənədləşdiriləcək. O zamandan cavabdeh həmin 2-ci evdə yaşamaqdadır. X1 xx.xx.2022-ci il tarixdə onkoloji xəstəlikdən vəfat etmişdir. (ölüm haqqında şəhadətnamə: AZ-İİ №270745) Anası X12 xx.xx.2022-ci il tarixdə ürək çatışmazlığı xəstəliyindən vəfat etmişdir (ölüm haqqında şəhadətnamə: AZİİ №282728) Cavabdeh valideynlərinin ağır xəstə olub, uzun müddət müalicədə olduqları müddətlərdə xəstələrin yanına bir dəfə gəlməmiş, onların əhvalını soruşmamış, onların ağır taleyi ilə maraqlanmamışdır. Əksinə, ata evində öz ailəsi ilə, iddiaçı ilə birgə yaşayan bacısı oğlu Xəlilov Çingiz, o və bacısı Abdullayeva Aygün daima xəstələrin yanında olmuşlar, onları lazım olan dərman vasitələrilə təmin etmişlər, xəstəxanalarda yatarkən də başları üstə keşik çəkmişlər. Valideynlərinin vəfat etdiyi anlarda da el adəti üzrə yas mərasimləri keçirmişlər, məzarlarının qəbirüstü baş daşlarına öz hesablarına hazırlatmışlar. Valideynləri vəfat edəndən sonra cavabdeh atasından miras qalmış evi və onun 0,20 ha torpaq sahəsini münaqişə predmetinə çevirərək tələb edir ki, bütövlükdə atasından miras qalmış, onun və bacısı oğlunun ailəsi də onunla yaşadığı mülk də ona verilməlidir. Lakin onu dəfələrlə başa salmışlar ki, ataları cavabdehə 0,20 ha torpaq sahəsi və üzərində də tikili verib, aralarında hasar çəkilib, onun evinə onların heç bir müdaxilələri yoxdur. Bütün bunlara baxmayaraq, cavabdeh ondan və bacısı oğlundan əl çəkmir ki, köhnə tikilini və torpaq sahəsini də ona verməlidirlər. ünvan 3 ünvanında qeydiyyatda olan bacısı X5 (ş/v AZE 15944205, xx.xx.2018-ci ildə verilmiş FİN:466727 H, xx.xx.1977-ci ildə doğulmuş) 1 illik etibarnamə əsasında ata mülkünə dair bütün səlahiyyətləri iddiaçıya etibar etmişdir. Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi Şəxsi Mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid PASPORT-da (inventar: №655) atası Abdullayevin adına 442,0 kv.m torpaq sahəsi göstərilmişdir ki, onun 71 kv.m hissəsi tikinti altında qeyd olunmuşdur. Atasından miras qalan evin pasportda 1930-cu ildə tikildiyi bildirilir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair (JN-535A, kod: ********) Şəhadətnamədə Goranboy rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1998-ci il tarixli qərarında fərdi yaşayış evinin torpaq sahəsi 0,20 ha göstərilmişdir. Bir daha bildirir ki, ata mülkünün torpaq sahəsinin yarısı üzərində atası tərəfindən də tikilmiş olmaqla (0,20 ha torpaq sahəsi) cavabdehin ixtiyarında olsa da, maneəsiz, etirazsız yaşasa da, ata evini də münaqişə predmetinə çevirmişdir. Düşünür ki, X1ndan miras qalmış 0,40 ha torpaq sahəsindən artıq həyətyanı sahədəki torpaq üzərindəki tikililərdə olmaqla məhkəmə tərəfindən müəyyənləşdirilməli və paylı mülkiyyət qismində payların bölünməsi məhkəmə qaydasında ayırd edilməsi diqqət mərkəzinə gətirilməlidir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya icraata xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli, 03 nömrəli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili X4 geri qaytarma barədə ərizəsi təmin edilməli, iddia ərizəsi, ərizəyə əlavə olunmuş sənədlərin əsli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən MPM-in 170, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinn və torpaq sahəsi üzərindəki tikililərin paylı mülkiyyət payların müəyyən edilərək bölünməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin əsli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verdildiyi gündən 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar