Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1688/2023 16.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşaqla görüş və ünsiyyətdə olma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı uşaqla görüş və ünsiyyətdə olma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh yanında yaşayan xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 ilə bayram və ad günlərində, hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 avqust 2013-cü ildə ailə qurmuşdur. xx.xx.2013-cü il tarixdə nikahını rəsmiləşdirmişdir. Cavabdeh nikahı faktiki pozulduğundan ayrılmışdır. O isə uşaqlarını görə bilmir. Cavabdeh Goranboy rayonu Tatarlı kəndində yaşayır. Buna görə də Cavabdeh yanında yaşayan xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 ilə bayram və ad günlərində və hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, iddiaçı uşağın atası olduğu üçün onlarla görüşmək haqqı vardır. Lakin xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 atası ilə yalnız bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsinə etiraz etmir. Qalan günləri isə uşaqlar təhsil aldığından görüşünə etiraz edir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İ 026833 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah 20 noyabr 2013-cü ildə Goranboy rayon Səfikürd icra nümayəndəliyində qeydə alınmışdır. Nikhdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİİ 318446 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ-İİİ 831700saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 sentyabr 2016-cı il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy 1 saylı Mediasiya təşkilatının mediasiya prosesinin davam etdirilməməsi barədə arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Goranboy rayon Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı ilə görüşüb ünsiyyətdə olması məqsədəmüvadfiq hesab edilir. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, İddiaçı ilə X1 arasında olan nikah xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının və cavabehin nikahı faktiki pozulduğundan ayrılmışdır. İddiaçı uşaqlarını görə bilmir. Buna görə də Cavabdeh yanında yaşayan xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 ilə bayram və ad günlərində və hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X2 atası ilə hər bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsinə etiraz etmir. İşin göstərilən halları cavabdehin izahatı və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1, 50.2, 50.3-cü maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 61.1 və 61.2-ci maddələrinə görə isə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. «Uşaq hüquqları haqqında» Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqadar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 oktyabr 2011-ci il tarixli 6/2011 saylı qərarında göstərilir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir. Qeyd olunanları, həmçinin uşağın mənafeyini, o cümlədən onun istirahət etmək və sair qayğıları üçün lazım olan vaxtları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan ünsiyyətdə olma hüququ təmin edilərək, İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 hər həftənin bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyətdə olmaq hüququ təmin edilməlidir. İddiaçı ərizəsində konkret hansı bayram və tərəflərdən yaxud uşağın ad günündə görüşlə bağlı tələbi konkret göstərmədiyindən, şənbə günləri isə uşağın təhsili ilə əlaqədar görüşün verilməsinə uşaqların anası etiraz etdiyindən ərizə bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediator xərci cavabdehdən tutulub ona ödənilməsini tələb etmədiyindən İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənələrə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357-358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 hər həftənin bazar günləri saat 10:00-dan 20:00-dək ünsiyyət hüququ təmin edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediator xərci onun özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1688/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1688/2023
16.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver