Məhkəmə qərarları › İş №2(045)-17/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-17/2023

18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-17/2023 18.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsindən su borularının sökülərək çıxarılması və kompensasiya” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona şəxsi mülkiyyət hüququ əsasında məxsus olan 0.1 ha həyətyanı torpaq sahəsindən keçən su borularının sökülərək çıxarılması və onun torpaq sahəsindən qanunsuz istifadə etdikləri üçün 1000 (bir min) manat məbləğində pul kompensasiyasının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştiak edən İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1587 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı işin baxılmamış saxlanılmasını xahiş etdiyi və cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 259-260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsindən su borularının sökülərək çıxarılması və kompensasiya” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar