Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-174/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 borcunu könüllü ödəmədiyinə görə ondan 373.20 manat məbləğində pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************,SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası 01 mart 2023-cü il tarixə saat 11:20-ə və 04 aprel 2023-cü il tarixə saat 11:20-ə təyin edilmiş, lakin buna baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi təqdim edilmiş və göndərilmişdir. Lakin, iddiaçı göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı göstərilən tarixlərdə məhkəməyə gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-174/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-174/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver