Məhkəmə qərarları › İş №2(045)-1776/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1776/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1776/2024 27.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı Əxmədxan oğlunun, Cavabdehlər Cavabdeh iştirakı ilə, İddiaçı Əxmədxan oğlunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əxmədxan oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3700 (on dörd min) manat pulun və 57 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən N saylı hərbi hissədə qulluq edir, Şəmkir rayonunun Dəllər qəsəbəsində yaşayır. Cavabdeh ilə əvvəldən tanışdır və aralarında yaxşı münasibətləri olmuşdur. 2019-cu ilin dekabr ayında Cavabdeh onun yanına gələrək, maşın alveri ilə məşğul olmaq istədiyini maddi çətinlikləri olduğunu bildirdi və ona borc pul verməyini xahiş etdi. O da cavabdehə inanaraq 2019-cu ilin dekabr ayından 2.000 manatdan başlayaraq 2022-ci ilə kimi ona hər dəfə ehtiycı olduqca borc pul vermişdir. Cavabdeh ümumilikdə 3.700 manat borc pul vermişdir. Sonradan cavabdehdən ona olan borcunu qaytarmasını tələb etsə də, sonuncu onun pulunu verməkdən boyun qaçırmışdır. Cavabdeh ona ondan aldığı borc pulu maşınlara vermiş, həmin maşınları sata bilmədiyi üçün onun pulunu verə bilmədiyini deyirdi, ona görə də, onun pulunu verə bilmədiyini bildirirdi. Cavabdehin ona pul borcu olmasına dair hətta səs yazısını yazılı formada diskdə də köçürtmüşdür. Onlar cavabdehlə aralarında razılaşmışlar ki, 2022-ci ildən başlayaraq ona olan borcunu hissə-hissə qaytaracaqdır. Lakin, cavabdeh bu vədinə də əməl etmədi. Ona görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə ehtiyac olarsa, sübutları və şahidlərini də təqdim edəcək. Məhkəmə iclasında iştirak edən İddiaçı Əxmədxan oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, məhkəməyə sübut kimi təqdim etdiyi qəbzlər hamsı cavabdehə verdiyi borc məbləğlərini əks etdirmir, təyinatı başqa olan qəbzləri də səhvən məhkəməyə təqdim edib. Həmçinin, işə aidiyyəti olan qəbzlər də, cavabdehin adına yox, ona yaxın olan adamların adına olan bank hesablarına göndərilmiş borc pulları əks etdirir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, 3500 manata avtomobil almışdır və müxtəlif vaxtlarda İddiaçı Əxmədxan oğlundan 250 manat və 100 manat olmaqla, ümumilikdə 350 manat məbləğində borc pul almışdır. Həmin borcu da geri qaytarmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, 350 manat borcu iddiaçıya geri qaytarmasını təsdiq edən hər hansı rəsmi sənədi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “AsanPay” ödəniş sisteminin ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 59 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçının iddiasına görə cavabdeh ondan müxtəlif vaxtlarda şifahi borc müqaviləsi əsasında 3700 manat məbləğində borc pul almış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini icra etməmiş və nəticədə vermiş olduğu borc pulu geri tələb edir. Lakin cavabdeh irəli sürülmüş tələbi qəbul etməyərək, iddiaçıdan müxtəlif vaxtlarda şifahi borc müqaviləsi əsasında cəmi 350 manat məbləğində borc pul aldığını və öhdəliyini icra edərək həmin pulu iddiaçıya geri qaytardığını qeyd etsə də, borcunu geri qaytarmasını təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını nəzərə alaraq qeyd edir ki, tərəflər arasında 350 manat məbləğində şifahi borc müqaviləsindən irəli hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halı, qalan hissə isə işin mübahisəli halıdır. İddia tələbi aşağıdakı maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya 3700 mаnаt bоrcunun yаrаnmаsı bаrədə iddiаçının dəlilləri işin hаllаrınа uyğun deyildir, İddiaçı tərəfindən Cavabdeh ona 3700 manat məbləğində borcunun olmasını təsdiq edəcək hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilmədiyindən iddia tələbinin yalnız 350 manat hissəsi təmin edilməli və iddia qalan hissədə rədd edilməlidir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh 350 manat məbləğində borc pul alınraq İddiaçı Əxmədxan oğluna qaytarmalıdır. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” qanununun 8.1.1-ci maddəsinə əsasən, tutulmalı məbləğ 30 manat müəyyən olunmalı (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) və dövlət rüsumunun 27 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 350 (üç yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 350 (üç yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar