Məhkəmə qərarları › İş №2(045)-1789/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1789/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1789/2023 03.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 1410 (bir min dörd yüz on) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat məbləğin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh olan Anara 1600 manat məbləğində borc pul vermişdir. Anar ona bildirmişdir ki, 1600 manat məbləğində pulu ona versin və cavabdeh həmin puldan 1085 manat məbləğində cəriməsini ödəsin və qalan məbləği də kafe açmışdır, kafe üçün çatışmayanlarını alacağını bildirmişdir. Lakin, cavabdeh götürdüyü həmin məbləğdən ona cəmi 175 manat bir dəfə qaytarmış və ikinci dəfə 15 manat qaytarmışdır. Odur ki, cavabdehin ona hazırda qaytarmalı olduğu məbləğ 1410 manat təşkil edir. Odur ki, o, həmin gündən məsələnin həll olunması üçün cavabdehə müraciət etsə də, heç bir nəticə əldə etməmiş və verdiyi pulu geri ala bilməmişdir. Ona görə də, məsələnin həlli yolu kimi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddiaçıya borcunun olmasını etiraf edərək iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fotoşəkillərdən görünür ki, Cavabdeh İddiaçı 1600 manat borca pul götürmüş, ondan 190 manatını ödəmiş, nəticədə 1410 manat məbləğində borcu qalmışdır (əsas “Whatsapp” ani mesajlaşma platformasındakı yazılar); "xxxx" ASC-nin 19535 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh iddiaçıya olan 1600 manat məbləğində borcunu vaxtında qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmiş, borcundan bir qismini ödəmiş, nəticədə iddiaçıya 1410 manat məbləğində borcu qalmışdır. Hazırda cavabdeh iddianı qəbul edərək iddiaçıya 1410 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1410 (bir min dörd yüz on) manat məbləğində borc pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1410 (bir min dörd yüz on) manat məbləğində borc pul və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar