Məhkəmə qərarları › İş №2(045)-1803/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1803/2025

22.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1803/2025 22.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X13 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Goranboy 1 saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Goranboy 1 X4 mediator Cavabdeh2 tərəfindən təsdiq edilməklə Cavabdeh1 ilə onun aralarında bağlanmış xx.xx.2025-ci tarixli, MŞG/MT/032-2025-00132 nömrəli Barışıq sazişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və “Goranboy 1 saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh1 ilə faktik nikah münasibətinə girməklə ailə həyatı qurmuş və 27 may 2015-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahdan 11 may 2015- ci il təvəllüdlü X7 və 02 sentyabr 2016-cı il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur. Cavabdeh1 ilə o, faktiki olaraq ayrılmış, uşaqlar cavabdehin yanındadırlar. Cavabdeh1 ilə aralarında Goranboy 1 X4 barışıq sazişi bağlanmış və həmin saziş mediator Cavabdeh2 tərəfindən təstiq edilmişdir. Barışıq sazişinin şərtləri aşağıdakı kimidir: Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə mediasiyada razılığa gəldilər. Ata İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 ana Cavabdeh1 himayəsində qalmasına razıdır. Ata İddiaçı övladlarının saxlanılması üçün nikah ləğv olunduğu tarixdən etibarən hər ay hər uşaq üçün 300 (üç yüz) manat, iki uşaq üçün 600 (altı yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürür. Aliment elektron qaydada ödəniləcək. Ana Cavabdeh1 övladlarının ata İddiaçı ilə istədiyi vaxt görüşməsinə,gəzməyə aparmasına və yanında saxlamasına razıdır. Birinci tərəf Cavabdeh1 və ikinci tərəf İddiaçı yuxarıda qeyd olunan mübahisələr üzrə başqa tələbləri yoxdur. Qeyd edir ki, barışıq sazişi bağladıqdan sonra o, Cavabdeh1 ilə barışmış və bir neçə aylar ailə olaraq birlikdə yaşamışlar. Belə olan halda, artıq barışıq sazişinin şərtləri də öz əhəmiyyətini itirmişdir. Odur ki, Cavabdeh1 ilə onun arasında Goranboy 1 X4 bağlanmış barışıq sazişini mübahisələndirir. Məhkəmənin xüsusi olaraq diqqətinə çatdırmaq istəyir ki, barışıq sazişini bağlayarkən, artıq o, Cavabdeh1 ilə sözün əsl mənasında barışmaq ərəfəsində idi və ailəsini bərpa etmək hər ikisinin niyyəti olmuşdur. Bunu, Cavabdeh1, Goranboy Rayon Məhkəməsində irəli sürdüyü " nikahın pozulmasına dair " iddia ərizəsinə baxılarkən məhkəmə iclasında özü etiraf etmişdir (məhkəmə iclas protokolunda əks edilmişdir). Məhz buna görə də o uşaqların ananın yanında qalması və hər ay hər uşağa görə 300 manat, cəmi 600 mаnat aliment pulu ödənilməsinə dair sazişi imzalamışdır. Yuxarıda qeyd etdiyi kimi, barışıq sazişini imzaladıqdan sonra o cavabdeh G. İsmayılova ilə barışmış, ailəni bərpa etmişdir. Aylarla birgə yaşamışlar, daha sonra isə ailənin dağılması zəruriyyətə çevrilmişdir. O, hazırda, iki övladının Cavabdeh1 yanında qalmasına razı deyil. Çünki, övladları ilə görüşə getdikdə övladlarının necə çətin bir vəziyyətdə yaşamasının şahidi olmuşdur. Hətta bir dəfə övladlarını görməyə getdikdə Cavabdeh1 günlərlə evdə olmadığının, övladlarının evdə tək-tənha və ac-susuz qaldığının şahidi olmuşdur (barışıq sazişinin 2-ci bəndini bu və digər məsələlərə görə mübahisələndirir). O, 700 manat amək haqqı alır. Əmək haqqımın 90 faizindən çoxunun aliment olaraq cavabdeh G. İsmayılovaya verilməsi onun imkanlarının daxilində deyildir (barışıq sazişinin 3-cü bəndini bu va digər məsələlərə görə mübahisələndirir). Cavabdeh1 övladları ilə ona sərbəst və maneəsiz görüş vermir. O halda görüş verir ki, o, onun hansısa maddi maraqlarını təmin edir. Habelə, barışıq sazişinin hər bir bəndində konkretlik olmalı olduğu halda, barışıq sazişinin 4-cü bəndində heç bir konkretlik yoxdur. Odur ki, övladları ilə görüş, ünsiyyətdə olmaq hüququnun barışıq sazişinin şərtlərinə uyğun həyata keçirilməsi mümkün deyildir. Onun övladları həmişə, hazırda onun yaşadığı ünvanda yaşamışlar. Övladlarının öyrəşdiyi, alışdığı, özlərini rahat hiss etdikləri yaşayış evi onun yanıdır. Cavabdeh G. İsmayılova ana olsa da, uşaqlarının tərbiyəsinə sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına tam laqeyddir. Özünün şəxsi maraqları həmişə ön planda olmuşdur. Cavabdeh G. İsmayılova ailə həyatı dövründə də belə idi. Məhz buna görə də ailə dağılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh1 “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinə etiraz etdiyini və rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Cavabdeh1 ilə İddiaçı arasında 19 mart 2025-ci il tarixdə Barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. Tərəflər nikahlarının məhkəmə qaydasında pozulması barədə mediasiyada razılığa gəlmişlər. 2. Ata İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 ana Cavabdeh1 himayəsində qalmasına razılaşmışlar. 3. Ata İddiaçı övladlarının saxlanılması üçün nikah ləğv olunduğu tarixdən etibarən hər ay hər uşaq üçün 300 (üç yüz) manat, iki uşaq üçün 600 (altı yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürmüş. Aliment elektron qaydada ödəniləcək. 4. Ana Cavabdeh1 övladlarının ata İddiaçı ilə istədiyi vaxt görüşməsinə, gəzməyə aparmasına və yanında saxlamasına razılaşmışlar. 5. Birinci tərəf Cavabdeh1 və ikinci tərəf İddiaçı yuxarıda qeyd olunan mübahisələr üzrə başqa tələbləri olmadığı” barədə razılığa gəlmişlər. Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 037325 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 27 may 2015-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 118 nömrə ilə qeyd edilmişdir. Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ 554099 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2015-ci ildə Tərtər rayonunda doğulmuşdur. Atası İddiaçıdur, anası Cavabdeh1dır; Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli, AZ-İİİ 804338 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Tərtər rayonunda doğulmuşdur. Atası İddiaçıdur, anası Cavabdeh1dır; AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1994-cü ildə Goranboy rayonunun Tapqararqoyunlu kəndində doğulmuşdur; Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli etiraz ərizəsindən görünür ki, o, iddia tələbinə etiraz edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli **********1 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki tələb üzrə 100 manatməbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.4-cü maddəsinə əsasən Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 881.1-ci maddəsinə əsasən Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 1.0.7.-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. 3.1.2-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. 5.3-cü maddəsinə əsasən Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. 33.1-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. 33.2-ci maddəsinə əsasən Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mübahisənin düzgün həlli və iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ötrü tərəflər arasında bağlanmış barışıq sazişinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bunun barışıq sazişinin anlayışına diqqət yetirilməlidir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, mübahisənin predmeti olan barışıq sazişinin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (maddə 1.0.7) verilmiş məhdud anlayışa görə barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Göründüyü kimi, verilən anlayışla mediasiya prosesinin nəticəsində əldə edilmiş barışıq sazişinin məqsədini müəyyənləşdirmək çətinlik yaradır. Ona görə də barışıq sazişinin mahiyyətini və məqsədini aydınlaşdırmaqdan ötrü Mülki Məcəllənin 881.1-ci maddəsində barışıq razılaşmasına (sazişinə) verilən anlayışa müraciət etmək zərurəti yaranır (MM-nin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir). Həmin müddəada verilən anlayışdan görünür ki, barışıq sazişi tərəflər arasında bağlanmış bir müqavilədir və onun əsas məqsədi mübahisəli vəziyyətin (qeyri-müəyyənliyin) qarşılıqlı güzəştlər yolu ilə həll edilməsindən ibarətdir. Bu zaman tərəflər üzərlərinə yeni öhdəliklər götürməklə özləri üçün yeni hüquq və vəzifələr yaratmış olurlar. Beləliklə, barışıq sazişi, qanunun müəyyən etdiyi kimi, iki tərəfli müqavilə (əqd) olduğundan onun istər bağlanması, istərsə də etibarsızlığı ilə bağlı məsələlərə əqdin bağlanması və etibarsızlığı barədə müddəlar tətbiq ediləcəkdir. İddiaçının mediasiyada bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi üçün gətirdiyi dəlili ondan ibarətdir ki, mediasiya təşkilatında barışıq sazişini imzalayacağı halda ailəsini yenidən bərpa edə bilməyəcəyini, iddiaçının yaşadığı yeri və rəsmi iş yerini dəyişməyəcəyini düşünmüşdür. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması, yaxud bağladığı əqdin hüquqi nəticələrini yetəri qədər dərk etməməsi ilə bağlıdır. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də məcburetmə (hədə) nəticəsində bağlanmış əqddir. Məcbur etmə (hədə) təsiri altında bağlanmış əqd onu bağlayan tərəfin real iradə ifadəsini əks etdirmir. Əqdin tərəflərinin iradə ifadəsi isə əqdi etibarlı edən ən mühüm şərtlərdən biridir. İradə ifadəsi şəxsin əqdi bağlamaq istəyindən doğduğu halda real, başqa sözlə həqiqi (etibarlı) ola bilər. Yəni, şəxsin əqdi bağlamaq istəyi həm zahirən (görünən), həm də daxilən mövcud (arzulanan) olmalı və hər iki əlamət bir-birini tamamlamalıdır. Əks halda, əqd yalnız zahirən etibarlı kimi görünəcək, daxilən isə onu bağlayan şəxsin arzsundan doğmayacaq və nəticədə etibarlı olmayacaqdır. Məcbur etmə (hədə) təsiri altında balanmış əqdlər də zahirən mövcud olan, lakin daxilən şəxsin arzusundan doğmayan əqdlərdəndir. Çünki, belə əqdi bağlayan şəxsin iradə ifadəsi onun öz arzusu ilə deyil, kənar təsirlər nəticəsində formalaşdırılmış olur. Bu səbəbdəndir ki, qanun belə əqdi bağlayan şəxsi əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən digər tərəfə iradə ifadəsinin bildirilməsi yolu ilə əqdi mübahisələndirmək imkanı verir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı məhz, barışmaq ərəfəsində olduğu və ailəsini yenidən bərpa etmək istədiyi üçün barışıq sazişini bağlamağa məcbur olduğunu iddia edərək barışıq sazişinin etibarsızlığını tələb edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddiaçının iddiasını əsassız hesab edir. Məhkəmə qeyd edir ki, yuxarıda da şərh edildiyi kimi, məcbur etmə nəticəsində bağlanmış əqdi qanun mübahisələndirilən əqdlərə aid etmişdir. Mülki Məcəllənin 337.2-ci maddəsinin mənasından da göründüyü kimi, mübahisələndirilən əqdlər mübahisələndirilənə qədər etibarlı olur. Bu tipli əqdin mübahisələndirilməsi isə əqdi etibarsız hesab edən tərəfin müqavilənin digər tərəfinə etibarsızlıqla bağlı iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Göründüyü kimi qanun birbaşa göstərməsə də, müqaviləni mübahisə edən tərəfin üzərinə əqdin etibarsızlığna səbəb olan halları sübut etmək yükünü qoyur. İddiaçı barışıq sazişin bağlamağa məcbur qaldığını bildirsə də, bu dəlilini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Mübahisənin məhkəmədə araşdırlması zamanı da iddiaçının həqiqətən də mediasiyada mediator, cavabdeh, yaxud digər şəxlər tərəfindən məcbur edilərək barışıq sazişini iradəsi əleyhinə bağlaması ilə bağlı hallar müəyyən edilməmişdir. Çünki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı əslində barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği ilə razı deyil. Belə ki, iddiaçı iddia ərizəsində barışıq sazişinin etibasız hesab edilməsi barədə dəlilini onunla əsaslandırır ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat aliment ödəyə bilməz, çünki onun aylıq maaşı 700 manatdır. Məhkəmə qeyd edir ki, barışıq sazişinin bu əsasla mübahisələndirilməsi onun etibarsız hesab edilməsi üçün yox, icrasından imtina üçün, yaxud cavabdehlə razılıq əsasında yeni barışıq sazişinin bağlanması üçün əsas ola bilər. Digər bir tərəfdən, yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentin ödənilməsi valideynin qanunla müəyyən edilmiş öhdəliyidir və onların bu vəzifələri Ailə Məcəlləsində (13-cü fəsil) imperativ olaraq nəzərdə tutulmuşdur. Odur ki, hər hansı bir sazişdə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq iddiaçının yetkinlik yaşına çatmayan övladını saxlamaq vəzifəsi vardır, əvvəldə də qeyd edildiyi kimi, bu vəzifə hər hansı sazişdən deyil, qanundan irəli gəlir. Mübahisə isə yalnız alimentin miqdarına münasibətdə yarana bilər. Şərh edilənlər bir daha onu deməyə əsas verir ki, iddiaçı yalnız alimentin miqdarı ilə razı olmamdığından hazırkı iddianı irəli sürmüşdür. Bu halda isə onun irəli sürdüyü dəlillər əsasında barışıq sazişinin etibarsız hesab edilməsi üçün yuxarıda göstərilən qanuni əsaslar mövcud deyildir. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə. QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Goranboy 1 saylı Mediasiya təşkilatına qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar