Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1821/2023 18.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdehlər Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsinə, Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə və SOCAR Cavabdeh İB-yə qarşı “aktın və tələbnamənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB, Cavabdeh İB-nin X4 İstismarı İdarəsi, Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli aktın, xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi və həmin sənədlər əsasında ona (Goranboy rayonu, Bəşirli kəndində, Abonent kodu: **********00000) hesablanmış 394 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçı 3 tələblə məhkəməyə müraciət etmişdir:
1. ******* nömrəli aktın ləğv edilməsi;
2. xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamənin ləğv edilməsi;
3. həmin sənədlər əsasında ona (Goranboy rayonu, Bəşirli kəndində, Abonent kodu: **********00000) hesablanmış 394 manat məbləğində borcun silinməsi. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının ilk 2 tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Həmçinin, iddiaçı tərəfindən MPM-in 50.3-cü maddəsinin tələblərinə riayət olunmayaraq Cavabdeh İB-nin X4 İstismarı İdarəsi və Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsi cavabdeh kimi göstərilmişdir. Halbuki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54-cü maddəsinə əsasən idarə hüquqi şəxs deyildir. MPM-in: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanlara əsasən və MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq
QƏRARA ALDİM:
İddiaçı X1 cavabdehlər Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsinə, Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə və SOCAR Cavabdeh İB-yə qarşı “aktın və tələbnamənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddia ərizəsi “cərimənin silinməsi” hissəsində geri qaytarılsın. İddiaçı X1 cavabdehlər Cavabdeh İB-nin X4 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsinə, Cavabdeh İB-nin X4 İstismarı İdarəsinə və SOCAR Cavabdeh İB-yə qarşı “aktın və tələbnamənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddia ərizəsinin “aktın və tələbnamənin ləğv edilməsi” hissəsində məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin. Aktın və tələbnamənin ləğv edilməsi ilə bağlı iddiaçıya Gəncə İnzibati MƏhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Tural Ələkbərov