Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1837/2023 19.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 1600 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, Cavabdeh onun həyat yoldaşının qohumudur. Cavabdeh ondan xx.xx.2023-cü il tarixdə 1600 manat borc istəmiş, o da tam kart vasitəsilə borcu 1600 manat pulu ona köçürmüşdür. Ondan 24 manat da əlavə xidmət haqqı çıxılmışdır. Cavabdeh pulu on günə qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Buna görə də Cavabdeh 1600 manat pulun və ödənilmiş 36 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında İddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankının İddiaçı kart məlumatı üzrə hesabdan çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə 1600 manat pul (24 manat xidmət haqqı) digər hesaba köçürülmüşdür. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli 10056 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Cavabdeh qarşı mülki iş üzrə 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh hesabına 1600 manat pul borc vermiş, həmin məbləği cavabdehin kart hesabına köçürmüşdür. Qeyd edilən fakt Azərbaycan Beynəlxalq Bankının İddiaçı kart məlumatı üzrə hesabdan çıxarışından və tərəflər arasında olan watsap yazışmalarında müəyyən edilmişdir. Cavabdeh məhkəmə bildirişini rəsmi qəbul etsə də iddia tələbinə etirazını bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri, qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1600 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu, 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu, 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1837/2023
Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-1837/2023
19.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver