Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1862/2023 28.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ (iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 onlara dəymiş maddi zərərin əvəzində 12500 (on iki min beş yüz) manat, mənəvi zərərə görə isə 5000 (beş min) manat pulun, cəmi 175000 (on yeddi min beş yüz) manatın müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, ərizənin verilməsi üçün dövlət rüsumu iddiaçılar tərəfindən qanunla müəyyən edilmiş qaydada və miqdarda ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun tələbindən göründüyü kimi dövlət rüsumunu ödəməkdən azad olunmaya dair imtiyaz yalnız müharibə veteranının özünə aid edilir, yəni bu imtiyaz onun ailə üzvləri və ya onunla birgə iddiaçı olacaq digər şəxslər üçün nəzərdə tutulmamışdır. Ona görə hesab edirəm ki, dövlət rüsumu qanunla müəyyən edilmiş qaydada və məbləğdə digər iddiaçılar tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Beləliklə, gəldiyim nəticəyə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, iddiaçılara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Mail oğlu, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1862/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1862/2023
28.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver