Məhkəmə qərarları › İş №2(045)-188/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-188/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-188/2025 04.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 470 (dörd yüz yetmiş) manat pul vəsaitinin tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, daimi qeydiyyatı Ağdam rayonu Qasımlı ərazi dairəsi Qurdlar kəndinədir. Ağdam rayonundan məcburi köçkün olduğuna görə Bakı şəhəri Xətai rayonunda məcburi köçkün kimi məskunlaşmışdır. Rəsmi iş yerindən minimal maaş aldığına görə axşamları Nizami rayonu ərazisində yerləşən səkkizinci km bazarında da işləyir. Məhkəməyə müraciət edərək bildirir ki, işlədiyi Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıdığı tanışı, hazırda cavabdeh olan Cavabdeh 2024-cü il 7 sentyabr tarixində ona zəng edərək vatsapla göndərdiyi “Kapital Bank” kartına 500 manat pul vurmağını məndən xahiş ermişdir. Cavabdeh, zəng edərək ona bildirdi ki, işlətdiyi polkada satmağa malı az olduğuna görə alış-verişlər edə bilmir. Bu səbəblə ona dost kimi pul tapmağını xahiş etmişdir. O, 500 manat pulu cavabdehin öz adına olan “Kapital Bank” kart hesabına köçürmüşdür. Cavabdeh ondan götürdüyü pulları bir ay içində qaytaracağını bildirmişdir. Aradan bir neçə gün vaxt keçdi. Cavabdeh ona 25 gün içində 350 manat ödəniş etmişdir. Bundan sonra 2 oktyabr 2024 cü il tarixdə təkrar ona zəng edərək uşağının xəstə olduğunu bildirərək ondan 500 manat istəmişdir. O, 500 manatı cavabdehin adına olan “Kapital Bank” kart hesabına köçürmüşdür. Cavabdeh ondan götürdüyü ümumi 1000 manatdan 530 manat qaytarmışdır. Hazırda cavabdehin ona olan borcu 470 manat təşkil edir. Cavabdehə bir neçə dəfə zəng etsə də telefon və votsap zənglərini açmamış və ödəniş etməkdən yayınmışdır, cavabdehdən votsapa yazaraq pullarını tələb etmiş və cavabdeh əlavə vaxt verməyini bildirərək qalan borcunu işləyərək qaytaracağının bildirmişdir. O, anlayış göstərərək cavabdehə inanmış və pullarını qaytaracağını gözləmişdir. Əvvəllər arada mehriban münasibət olduğuna görə və utandığına görə cavabdeh telofonu açmamışdır. Sonradan ümumiyətlə telefon zənglərinə cavab verməmişdir. Cavabdeh ondna götürdüyü cəmi 1000 manat puldan 530 manat qaytarmlşdır. Cavabdehin hal-hazırda mənə 470 manat borcu var. Cavabdeh ondan götürdüyü pulları tez bir zamanda, geri qaytarmağı barədə könüllü şifahi öhdəlik götürmüş, lakin öhdəliyi düzgün icra etməmişdir. Bundan sonra qeyd edir ki, hüquqi savadı yoxdur. "Hüquqi xidmətlər kontoru"na müraciət edərək ona hüquqi yardım etməklə məhkəmədə mübahisə açmaq üçün 50 manat ərizə pulu ödəmişdir. Ərizə yazılması üçün ödədiyi rüsum Azərbaycan Respublikası MPM-nin 119-cu və 121-ci maddələrinə əsasən cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, əlil, psixoloji pozuntuları, astma xəstəliyi və epileptik tutumalarının olduğunu, bu səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı Bakı şəhəri Nizami rayon ərazisində yerləşən 8-ci kilometr bazarından tanıyır. İşlədiyi mağazada satmaq üçün malı az olduğuna görə iddiaçıdan borca ümumilikdə 1000 manat pul istəmişdir. Həmin puldan 500 manatını bir neçə gündən sonra sonuncuya qaytarmışdır. Qalıq 500 manatdan isə 240 manatını daha sonra hissə-hissə qaytarmış və hazırda iddiaçıya 260 manat borcu qalmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, geri qaytardığı pullara dair əlində hər hansı rəsmi sənədi yoxdur, çünki həmin pulları iddiaçıya əlbə-əl vermiş və buna dair ondan qəbz almamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “MPAY” elektron pul qabı və ödəniş tətbiqi tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2024-cü il tarixli, və ********** nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, ümumilikdə 1000 manat məbləğində vəsait 416973******0603 nömrəli, Q*****S****N*** oğlunun kart hesabına köçürülmüşdür; AA seriyalı, 106807 nömrəli, xx.xx.2005-ci il tarixli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə şifahi əqd əsasında iddiaçıya olan 1000 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmiş, nəticədə 470 manat məbləğində borcu qalmışdır. Cavabdeh şifahi borc müqaviləsi əsasında iddiaçıdan 1000 manat borc aldığını etiraf etsə də, ona 470 manat yox, 260 manat borcunun qaldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı tərəflər arasında 1000 (bir min) manat məbləğə dair şifahi borc müqaviləsinin bağlanması, işin mübahisəli halı isə qalıq borcun məbləğ hissəsidir. Bu mübahisə aşağıdakı maddi hüquq normalarına əsasən həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, Cavabdeh məhkəmə iclasında 1000 manat məbləğində pulu iddiaçıdan borc aldığını etiraf etsə də, həmin məbləğin 740 manatını iddiaçıya qaytarmasına dair hər hansı bir sübutu olmadığı üçün məhkəməyə təqdim edə bilməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür, yəni cavabdeh iddiaçıya 260 manat məbləğində borcu qaldığını və iddiaçıya 740 manat məbləğində borc ödəməsi faktını sübut etməli olduğu halda, bu fakta dair məhkəməyə hər hansı dəlil təqdim edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci və 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün dövlət büdcəsinə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 470 (dörd yüz yetmiş) manat məbləğində borc pul və dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 470 (dörd yüz yetmiş) manat məbləğində borc pul tutulsun. Cavabdeh dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar