Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-189/2024 27.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Goranboy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 680 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Cavabdeh ƏMDK DƏDK və R PHŞ 7 № -li Bərdə Ərazi İdarəsinin hesabına ödənilmiş 120 manat pulun, torpaq sahəsinin arat və suvarmasına ödənmiş 80 manat pulun, əldə edəcəyi gəlir və faydadan məhrum olduğu 240 manat pulun, sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına ödənmiş 150 manat pulun, vəkil sorğusuna ödənmiş 50 manat pulun, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün ödənmiş hüquqi xidmət haqqının 300 manat pulun, dövlət rüsumuna ödənmiş 30 manat pulun, cəmi 970 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı 0,3755 ha torpaq sahəsi 16 yanvar 2018-ci ildə onun xüsusi mülkiyyətinə verilmişdir. 2018- 2022-ci illərdə həmin torpaq sahəsində dənli bitki olan arpa və və taxıl əkib becərərək məhsul götürmüşdür. 2023-cü ildə pay torpaq sahəsində arpa bitkisi əkib becərərək məhsul götürməyi planlaşdırmış, lakin torpaq sahəsinin qonşusu Cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq arpa bitkisi ilə əkildiyi üçün öz sahəsini əkə bilməmişdir. Dəfələrlə deməyinə, xəbərdarlıq etməyinə baxmayaraq, cavabdeh torpaq sahəsini boşaltmır, qanunsuz hərəkətlərini davam etdirir, torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Beləliklə o öz qanunu torpaq sahəsindən istifadə edə bilmir və əldə edəcəyi gəlirdən məhrum olunur. O məcburiyyət qarşısında qalıb cavabdeh tərəfindən qanunsuz zəbt edilərək əkilmiş 0,3755 ha pay torpaq sahəsinin koordinatları ona məlum olduğu halda, həmin torpaq sahəsinin koordinatları yenidən ölçülərək naturada ona tanıdılması üçün 06 sentyabr 2023-cü ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə əsasən Tap Qaraqoyunlu kəndi ərazisində onun ********** nömrəli 0,38 ha pay torpaq sahəsinin sərhədləri TEKUİS-ə əsasən GPS aləti vasitəsilə ölçülərək özünə tanıdılmışdır. Bu barədə 26 oktyabr 2023-cü il tarixdə 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi X1, qonşu torpaq mülkiyyətçisi olan X2 və onun iştirakı ilə akt tərtib edilmiş və aktın doğruluğunu hər üçü imzaları ilə təsdiq etmişdir. Tərtib edilmiş aktla müəyyən olunmuşdur ki, cavabdeh arpa bitkisini öz torpaq sahəsində deyil, ona məxsus torpaq sahəsini qanunsuz zəbt edərək orada əkmişdir. Bu hal cavabdehin özünə də məlum olmuşdur, çünki torpaq sahəsi ölçüləndə və akt tərtib ediləndə onun özü də orada olmuşdur. Bildirir ki, torpaq sahəsinin ölçülərək özünə tanıdılması üçün Bərdə Ərazi İdarəsinin hesabına X8 filialı vasitəsi ilə 120 manat pul ödəmişdir Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və əkilmiş 0,3755 ha pay torpaq sahəsində hər kiloqramı 40 qəpikdən 15 kiloqram arpa bitkisi əkirdi və 500-600 kiloqram məhsul əldə edirdi, beləliklə 150 kq arpa üçün 60 manat, əldə edəcəyi gəlir isə 600 kq x 40 qəpik=240 manat təşkil edirdi. Bundan başqa həmin torpaq sahəsini suvarmaq üçün suya və suvarçıya 80 manat pul ödəmişdir. Bu hal bugünkü gündə hamıya məlum olan haldır, bu günkü günün məzənnəsidir. Cavabdehin hərəkəti nəticəsində ona dəymiş maddi ziyanın hesablanması üçün vəkil tərəfindən X9 İnkişaf Mərkəzinə sorğu verilmiş və Mərkəzin vəkil bürosuna ünvanlanmış 14 noyabr 2023-cü il tarixli 3-22-3-22/2- 151/2023 saylı məktubunda qeyd edilmişdir ki, vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi Dövlət X6 səlahiyyətləri xaricindədir. Bu günkü gündə hamıya məlumdur ki, arpanın 1 kiloqramının bazar qiyməti 40 qəpik olmaqla 150 kiloqram arpa alıb səpmişdir, 150 kq x 40 qəpik = 60 manat, bunun müqabilində 600 kiloqram arpa məhsulu əldə edəcəkdi. Yəni 600 kq x 40 qəpik=240 manat gəlir əldə edəcəkdi, torpaq sahəsinin suvarılması üçün suya və suvarçıya 80 manat pul ödəmiş, cavabdehi başa salmağa görə ona ehtiyac olmadığı halda məcburiyyət qarşısında qalıb torpaq sahəsinin özünə tanıdılması üçün 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına 120 manat pul keçirmişdir. Bundan başqa hüquqi yardım üçün Goranboy rayon vəkil bürosuna sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına 150 manat, vəkil sorğusuna 50 manat, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün hüquqi xidmət haqqı 300 manat ödəmişdir. Buna görə də Cavabdeh ƏMDK DƏDK və R PHŞ 7 saylı Bərdə Ərazi İdarəsinin hesabına ödənilmiş 120 manat pulun, torpaq sahəsinin arat və suvarmasına ödənmiş 80 manat pulun, əldə edəcəyi gəlir və faydadan məhrum olduğu 240 manat pulun, sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına ödənmiş 150 manat pulun, vəkil sorğusuna ödənmiş 50 manat pulun, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün ödənmiş hüquqi xidmət haqqının 300 manat pulun, dövlət rüsumuna ödənmiş 30 manat pulun, cəmi 970 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o iddiaçının torpaq sahəsini zəbt etməmişdir. O öz torpaq sahəsini əkib-becərmişdir. İddiaçı isə torpağını başqa şəxsə əkib-becərmək üçün vermişdir. İddiaçı tərəfindən ona hər hansı torpaq sahəsindən çıxması ilə bağlı pretenziya edilməmişdir. İddiada qeyd edilənlər tamamilə yalandır, buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materillarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı vəkil sorğusu üçün 50 manat pul ödəmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı vəkilə xidmət haqqı üçün 300 manat pul ödəmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Əliyev X3 rayon vəkil bürosuna 150 manat pul ödəmişdir. İş materillarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsinin hesabına 120 manat pul ödəmişdir. İş materillarında olan Goranboy RİHB Tap Qaraqoyunlu kənd İƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əliyev X4 rayonu Tap Qaraqoyunlu kəndində yaşayır. İş materillarında olan Goranboy RİHB Tap Qaraqoyunlu kənd İƏD nümayəndəliyinin 27 oktyabr 2023-cü il tarixli 582 saylı arayışından görünür ki, Əliyev X3 rayonu Tap Qaraqoyunlu kəndində yaşayır. İş materillarında olan Goranboy rayonu Tap Qaraqoyunlu bələdiyyəsinin 30 oktyabr 2023-cü il tarixli 50 saylı arayışından görünür ki, Cavabdeh səhvən İddiaçı məxsus torpaq sahəsini əkdiyini bildirmişdir. İş materillarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X6 14 noyabr 2023-cü il tarixli məktuibundan görünür ki, maddi ziyanın müəyyənləşdirilməsi Dövlət X6 səlahiyyətləri xaricindədir. İş materillarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 manat təşkil edir. İş materillarında olan Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 kq arpa və 1 kq buğda məhsulunun 2022-2023-cü il tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən 0,45 90,40-0,50 manat) manat müəyyən edilir. Belə ki, yay aylarında (biçim zamanı 0,40 manat, digər aylarda isə təxminən 0,50 manat təşkil etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ƏMDK DƏDK və R PHŞ 7 № -li Bərdə Ərazi İdarəsinin hesabına ödənilmiş 120 manat pulun, torpaq sahəsinin arat və suvarmasına ödənmiş 80 manat pulun, əldə edəcəyi gəlir və faydadan məhrum olduğu 240 manat pulun, sənədlərin toplanmasına və iddia ərziəsinin hazırlanmasına ödənmiş 150 manat pulun, vəkil sorğusuna ödənmiş 50 manat pulun, məhkəmə iclaslarında nümayəndəlik və vəkillik üçün ödənmiş hüquqi xidmət haqqının 300 manat pulun, dövlət rüsumuna ödənmiş 30 manat pulun, cəmi 970 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də Cavabdeh onun torpaq sahəsini tam, yaxud müəyyən hissədə zəbt edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh öz torpaq sahəsini əkib becərdiyini, iddiaçı tərəfindən ona hər hansı torpaq sahəsindən çıxması ilə bağlı pretenziya edilmədiyini, iddianı qəbul etmədiyini bildirmişdir. Goranboy rayonu Tap Qaraqoyunlu bələdiyyəsinin 30 oktyabr 2023cü il tarixli 50 saylı arayışında, Cavabdeh səhvən İddiaçı məxsus torpaq sahəsini əkdiyini bildirməsini qeyd edilsə də Cavabdeh tərəfindən qeyd edilənlər təkzib edilmişdir. Qeyd edilənlər iddiaçının nümayəndəsinin və cavabdehin izahatı ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X7 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Goranboy rayonu Tap Qaraqoyunlu kəndində 0,3755 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də Cavabdeh onun torpaq sahəsini tam, yaxud müəyyən hissədə zəbt edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etmədiyindən, konkret cavabdehin iddiaçıya zərər vurması barədə mötəbər sübut mövcud olmadığından, tələbində göstərilən bundan irəli gələn ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Həmçinin vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi rədd edildiyindən, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinə dair yer quruluşunun təşkili məqsədilə DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 120 manat pulun cavabdehdən alınmasına dair hissədə də tələb rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri onun özünə aid edilməlidir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 manat pul İddiaçı tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün vəkillərə ümumilikdə ödənilmiş 500 manat iddiaçının özünə aid edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 manat pul İddiaçı tutularaq dövlət büdcəsinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-189/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-189/2024
27.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver