Məhkəmə qərarları › İş №2(045)-1955/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1955/2025

11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1955/2025 11.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X*2 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı (“Bank Respublika Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) "icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xüsusi notariusu X2 bir 0* oktyabr 2025-ci il tarixli, reyestrdə 8İ-7429 nömrə ilə qeyd edilmiş icra qeydinin ləğv edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki , "Şirin Nur” MMC ilə kreditor "xxxx" ASC arasında illik faiz dərəcəsi 30%-dən çox olmamaq şərti ilə, *20 (bir yüz iyirmi) ay müddətinə (*8.08.2033- cü ilədək) 400 000 (dörd yüz min) AZN kredit limiti razılaşmasına əsasən kredit xətti açılması ilə bağlı 9*80823-*6565990*L saylı, *8.08.2023-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliklərin təmin olunması üçün onunla kreditor "xxxx" ASC arasında *8.08.2023-cü il tarixli, 9F*ZAM*6892960* saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh Xüsusi notariusu X2 0* oktyabr 2025-ci il tarixli, Reyestrdə 8İ- 7429 № ilə qeyd edilmiş İcra Qeydi ilə 9F*ZAM*6892960* saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödnilməmiş 24023,04 manat (iyirmi dörd min iyirmi üç manat, dörd qəpik) pulun və tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat dövlət rüsumunun, ümumilikdə 24048,04 manat (iyirmi dörd min qırx səkkiz manat dörd qəpik) pulun ondan tutulması təklif edilmiş və İcra Qeydi Goranboy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bununla bağlı Goranboy Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X5 tərəfindən 02.*0.2025-ci il tarixdə icraata başlamaq haqqında Qərar qəbul edilmiş və Qərarın könüllü icrası ilə bağlı 02.*0.2025-ci il tarixli, e205977/2025-9- *3 №-li bildirişin Qərarla birlikdə şəkilləri 03.*0.2025-ci il tarixdə WhatsApp sosial şəbəkəsi üzərindən ona göndərilmişdir. Onu da əlavə edir ki, Cavabdeh Xüsusi notariusu X2 0* oktyabr 2025-ci il tarixli, Reyestrdə 8İ-7429 № ilə qeyd edilmiş İcra Qeydi də yalnız 03.*0.2025-ci il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru Səbinə Camalova tərəfindən WhatsApp sosial şəbəkəsi üzərindən ona göndərilmişdir. Hesab edir ki, Cavabdeh Xüsusi notariusu X7 tərəfindən 0* oktyabr 2025-ci il tarixli, Reyestrdə 8*-7429 № ilə qeyd edilmiş İcra Qeydi Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı və 77-ci maddələrinin tələbləri pozulmaqla aparılmışdır. Buna görədə hazırki ərizə ilə məhkəməyə müraciət edərək icra qeydinin ləğvini istəmək qərarına gəlmişdir. İcra Qeydi aparılarkən aşağıda qeyd edilən pozuntulara yol verildiyini məhkəmənin diqqətinə çatdırır. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Həmin maddənin altıncı hissəsində qeyd edilir ki, Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Bununla bağlı ona tələbkar tərəfindən hər hansı bildiriş göndərilməyibdir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsində İcra qeydində hansı məlumatların qeyd edilməsi öz əksini tapmışdır. Həmin maddənin 4-cü hissəsində qeyd edilir ki, ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə) dəqiq göstərilməlidir. Lakin təqdim edilmiş icra qeydində nə götürülmüş kreditin məbləği, nə gecikmənin dəqiq tarixi və hansı dövrləri əhatə etdiyi, nə çatası faizlərin və dəbbə pullarının miqdarı öz əksini tapmamış, bununla bağlı nə adi riyazi hesablama, nədə ki, hər hansı bir mütəxəssis və ya audit rəyi təqdim edilməmişdir. Tələb olunan məbləğin hansı əsaslarla formalaşdığı ümumiyyətlə qeyri-müəyyəndir. Həmin maddənin 8-ci bəndində qeyd edilir ki, İcra Qeydində həmin qeydi. aparan notariusun imzası və möhürü olmalıdır. Lakin təqdim edilən İcra Qeydindən aşkar şəkildə görünür ki, həmin İcra Qeydində imza və möhür yoxdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, əsas borclu "xxxx" MMC ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və *20 ay müddətinə, illik 30% dən çox olmamaq şərti ilə 400000 manat məbləğində kredit limiti ayrılmış və razılaşmaya əsasən MMC-yə 24 ay müddətinə, illik 2*% haqq ödəmək şərti ilə 35000 manat məbləğində kredit verilmişdir. Əsas kredit öhdəliklərinin təmin olunması üçün bankla hazırkı iş üzrə iddiaçı olan İddiaçı arasımnda zaminlik müqaviləsi bağlanmış və iddiaçı əsas borclunun kreditor qarşısında birgə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İddiaçı kredit limiti razılaşması, həmin razılaşma çərçivəsində bağlanmış ödəniş cədvəli ilə razı olmuş və əl imzası ilə təsdiq etmişdir. Beləliklə, aydın görünür ki, qeyd edilən borc tələbi tamamilə mübahisəsizdir. Tələb olunan məbləğin hansı əsaslar ilə formalaşdığı haqqında sənədlər notariusa müraciət edilərkən təqdim edilmişdir. Göstərilənlərə əsasən iddiaçının tələbinin əsassız və qanunsuz olduğunu, zamin olaraq üzərinə götürdüyü öhdəlikdən yayınmaq və icra qeydi üzrə icra prosessini ləngitmək niyyəti ilə verdiyini nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı olu iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, notarius tərəfindən icra qeydi qanunun tələbləri pozulmaqla aparılmışdır. Belə ki, tələbkar tərəfindən hər hansı bildiriş göndərilməmiş, icra qeydi İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən göndərildikdən sonra məlumatı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Goranbot rayonu notariat ofisinin Xüsusi notariusunun 0*.*0.2025-ci il tarixli icra qeydindən görünür ki, borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 24048 manat 04 qəpik pul tutulması təklif olunmuşdur. Bank Respublika ASC-nin *3.08.2025-ci il tarixli “ İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən” bildirişindən görünür ki, borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, X3, X*, İddiaçı *8.08.2023-cü il tarixli 9*80823-*6565899099*L saylı kredit razılaşmasından irəli gələrək 09.0*.2025-ci il tarixə banka olan 22254,*6 manat əsas borc,*768,88 manat fai borc olmaqla, cəmi 24023,04 manat ödənilməsi və borc 20 gün müddətində ödənilmədiyi halda Notariat haqqında AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notariius tərəfindən icra qeydi aparılacağı haqqında xəbərdar olunmuşdurlar. Goranboy Rayon İcra və probasiya şöbəsinin 02.*0.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, borclu İddiaçı *0 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Goranboy Rayon İcra və probasiya şöbəsinin İddiaçı ünvanladığı 02.*0.2025-ci il tarixli e205977/2025-9-*3 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Goranboy Rayon Notariat Kontorunun 8İ-7429 nömrəli, 0*.*0.2025-ci il tarixli icra sənədində göstərilən tələbin *0 gün müddətində könüllü icra etməyi xahiş olunmuş, icra könüllü təmin edilmədikdə, borclu barəsində məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulması barədə xəbərdar olunmuşdur. *8.08.2023-cü il tarixli 9FİZAM*6892960* nömrəli zaminlik müqaviləsindən görünür ki, Bank Respublika ASC tərəfindən kredit verilmiş, İddiaçı borclunun öhdəliyini icra etməsi üçün zamin kimi müəyyən olunmuşdur. AA seriyalı, 23080*5 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*995-ci il tarixdə anadan olmuşdur; "xxxx" ASC tərəfindən verilmiş *0.*0.2025-ci il tarixli, *887455**9 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə *00 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə proses iştirakçısının izahatını dinləyib, təqdim olunmuş sübutları və iddia tələbinin dəlillərini digər yanaşı sübutlarla yoxlayaraq, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış *8.08.2023-cü il tarixli, 9*80823-*65699099*L saylı kredit limiti Razılaşma müqaviləsinə əsasən *20 ay müddətində, illik 30%-dən çox olmamaq şərti ilə 400000 manat məbləğində kredit limti ayrılmışdır. *8.08.2023-cü il tarixli, 9*80823- *65699099*L saylı əsas kredit limiti Razılaşmasına əsasən "xxxx" MMC-yə 24 ay müddətinə, illik 2*% haqq ödəmək şərti ilə 35000 manat kredit verilmişdir. Həmin kredit məbləğinin təminatı olaraq İddiaçı Taryel oğlu ilə "xxxx" ASC arasında eyni tarixli 90FİZAM*6892960* saylı zaminlik müqaviləsi bağlanmışdır. Borc vaxtında ödənilmədiyinə görə bank ərizə ilə notariat orqanına müraciət etmiş, Cavabdeh Xüsusi notariusu X2 bir 0* oktyabr 2025-ci il tarixli, reyestrdə 8İ-7429 nömrəli icra qeydi verilmişdir. İcra qeydinə görə İddiaçı Taryel oğlundan "xxxx" ASC-nin xeyrinə cəmi 24048,04 manat pul tutulmalıdır. Hazırda İddiaçı Taryel oğlu qızı Cavabdehnə qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Xüsusi notariusu X2 bir 0* oktyabr 2025-ci il tarixli, reyestrdə 8İ-7429 nömrəli icra qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.*-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442 və 445.2.*-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 76-cı maddəsinə görə borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatının: *6*-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə * (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir... Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir; *62-ci maddəsinə görə icra qeydi aşağıdakı hallarda aparılır: *) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, *56 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının: 2-ci bəndinə əsasən borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Məhkəmə qeyd edir ki, qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Çünki tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. İş materiallarından da görünür ki, məlum icra qeydi verilərkən Notariat Ofisi tərəfindən qanun pozuntusuna yol verilməmişdir. İşdəki *3.08.2025-ci il tarixli bildirişdən görünür ki, kreditor "xxxx" ASC tərəfindən borclular "xxxx" MMC, X6, X4 və İddiaçı ümumilikdə 24023,04 manat borcunun 20 gün ərzində ödəməli olması barədə xəbərdarlıq edilmişdir. Lakin İddiaçı həmin bildirişə heç bir münasibət (borcun ödənilməsi və ya etiraz) bildirməmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, borcluya bildirişin çatdırılmaması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iş üzrə bildirişdə borcalanın ünvanı kimi ünvan 2ə iddiaçı eyni ünvanı göstərmişdir. Bank tərəfindən həmin bildiriş göndərilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq da göndərildiyi tarixdən 5 gün keçdikdən sonra borcluya çatdırılmış sayılmışdır. Yuxarıda qeyd olunduğu kimi, “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə uyğun olaraq, icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. İddiaçının borcun mübahisəli olması dəlili ilə bağlı qeyd olunmalıdır ki, icra qeydinin verilməsi üçün zəruri şərtlərdən biri - borcun mübahisəsiz olmasıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli *56 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Hazırki iş üzrə borcun gecikdirilməsi, icra qeydinin aparılacağı barədə bildirişin borcluya göndərilməsi iş materialları ilə təsdiq olunur. Eləcə də bank tərəfindən icra qeydi alınarkən yuxarıda qeyd edilən Siyahıda göstərilən sənədlər (əsas kredit razılaşması, sms mətni, restrukturizasiya müqaviləsi, maliyyə arayışı, bildirişin borcluya göndərilməsini təsdiq edən sənəd və s.) təqdim edilmişdir. Göstərilənlər, mövcud qanunvericilik normaları baxımından borcun mübahisəsiz olduğunu təsdiq edən hallardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hər bir halda tələbkar (kreditor) tərəfindən iddiaçıya (borcluya) borcun ödənilməsi, eləcə də icra qeydinin aparılacağı barədə bildirişlər göndərilmiş, həmin bildirişlərin ona göndərildiyini təsdiq edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmuşdur. İcra qeydi aparılarkən qanunvericiliyin tələblərinin pozulması öz təsdiqini tapmadığından iddia tələbi təmin edilə bilməz. Hazırki iş üzrə iddiaçı müvafiq tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, icra qeydinin ləğvi ilə bağlı formal tələb irəli sürmüşdür. Eyni zamanda iddiaçının dəfələrlə keçirilən məhkəmə iclaslarında iştirak etməməsi və cavabdeh tərəfindən təqdim edilən sübutlara münasibət bildirməməsi irəli sürülmüş tələbin formal olmasını bir daha təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir; 2*7.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı (“Bank Respublika Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) "icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmamalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **9.*, 2*6-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı (“Bank Respublika Açıq Səhmdar Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) "icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar