Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1961/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra tələbin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh cəmi 5000 (beş min) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdehla münasibəti yaxşı olmuşdur. Ona bir insan kimi hörməti olmuşdur. Cavabdeh problemi olduğu üçün ondan 8000 manat borc pul istəmişdir. O, ona inanıb həmin məbləğdə pulu xx.xx.2024-cü il tarixdə borc olaraq vermişdir. Cavabdeh ondan 8000 manat pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu xx.xx.2024-cü il tarixədək qaytaracağına, əgər qaytramasa onun ondan 8000 manatı məhkəmə vasitəsilə ilə tələb etməyinə etirazı olmadığını qeyd etmiş və söz vermişdir. Beləliklə, o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 8000 manat pulu vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh vediyi borc pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istəyəndə Cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq o, onunla əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh xəbərdarlıq edib ki, pulu verməsə onu məhkəməyə verəcək, yenə müsbət nəticə olmamışdır. O, pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xeyli müddətdir ki, onun pulunu qaytarmamışdır. Onun cavabdehdə 5000 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərə, iddianı qəbul etdiyini və təmin olunması barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı həmin tarixdə 8000 (səkkiz min) manat borca pul götürmüş və həmin borcu xx.xx.2024-cü il tarixdə geri qaytarılacağı barədə öhdəlik götürmüşdür; Tərtə Rayon İcra Hakimiyyəti başçısının Şıxarx qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əsədov X2 rayonundan məcburi köçkündür, hazırda Tərtər rayonun Şıxarx qəsəbəsində müvəqqəti qeydiyyatdadır; “Elektron Məhkəmə İnformasiya” sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçılığına görə 80 manat məbləğində müavinət alır. Məhkəmə tərəflərinizahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc pulu iddiaçıdan alması və 5000 (beş min) manat hissəsini geri qaytarmaması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin (bundan sonra - Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci mаddəsinə əsаsən bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pоzuntusu üçün məsuliyyət dаşıyır; 448.4-cü mаddəsinə əsаsən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında sadə yazılı əqd əsasında borc öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıdan aldığı 8000 (səkkiz min) manat məbləğində borcunu şərtləşdirilmiş müddətdə qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini tam yerinə yetirməmiş, borcundan 5000 (beş min) manat hissəsini bugünədək ödəməmişdir. Cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etmiş, eyni zamanda tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına və əqdin etibarsız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə dövlət rüsumunun tutulmasına dair məhkəmə qeyd edir ki, hər iki tərəfin dövlət rüsumu ödəməkdən azad olunan kateqoriyaya aid olması nəzərə alınmalıdır. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində borc pul tutulmalıdır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində borc pul tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1961/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1961/2025
02.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver