Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-198/2023 28.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı, Cavabdeh Sadiq oğlunun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çəkisi 16 qram, əyarı 585 olan boyunbağı-1300 manat, çəkisi 5 qram, əyarı 585 olan brilyant qaşlı klon-450 manat, çəkisi 12 qram, əyarı 585 olan brilyant qaşlı sırğa-1000 manat, çəkisi 6 qram, əyarı 585 olan brilyant qaşlı üzük-530 manat, çəkisi 7 qram, əyarı 585 olan brilyant qaşlı qolbaq-650 manat, çəkisi 9 qram, əyarı 583 olanüzük-720 manat, çəkisi 3.8 qram, əyarı 583 olan üzük-320 manat, çəkisi 2 qram, əyarı 583 olan üzük-200 manat, çəkisi 4 qram, əyarı 583 olan boyunbağı-320 manat, çəkisi 2 qram, əyarı 583 olan boyunbağı-200 manat, çəkisi 2 qram, əyarı 583 olan qolbağı-200 manat, çəkisi 4 qram, əyarı 583 olan boyunbağı-320 manat, çəkisi 4 qram, əyarı 583 olan sırğa-320 manat, onlar olmadıqda dəyərlərinin 6530 (altı min beş yüz otuz ) manatın, həmçinin 56 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, məhkəmə prosesi gedişində tələbi cavabdeh tərəfindən tam təmin olunduğu üçün iddiasından imtina edir və hazırkı mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sadiq oğlunun nümayəndəsi və vəkili X2 izahatında bildirdi ki, sözügedən iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam təmin edilmişdir. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə işin halların və tərəflərin qanunala qorunan mənafelərini nəzərə alaraq, eyni zamanda iddiaçı tərəfə imtinanın nəticəsini izah edərək hesab edir ki, iddiadan imtina edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı və qanuna zidd olmadığı üçün imtina məhkəmə tərəfindən təsdiq olunmalı və icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 262, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “qızıl-zinət” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-198/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-198/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver