Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2001/2023 19.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı Cavabdehnə qarşı “Məcburetmə haqqında” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Goranboy Rayon Nizami kənd tam orta məktəbinin direktoru vəzifəsini icrasına başlanmsına Cavabdeh üzərinə vəzifə olaraq qoyulması, direktor vəzifəsinin icrasının davam edilməsinə dair maneələrin aradan qaldırılması və əvvəlki vəzifəsinin icrasına şərait yaradılmasından əlavə həm də X* Goranboy Rayon Nizami kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilməsi haqqında əmrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, *36 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatından görünür ki, Cavabdeh inzibati orqan statusuna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM): *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericinin normalarına əsasən hesab edirəm ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və əlavə olunmuş bütün sənədlər iddiaçıya rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in *53, 263, 264, 267-268-ci maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı “Məcburetmə haqqında” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddia ərizəsi və əlavə olunmuş bütün sənədlər iddiaçıya rəsmi qaydada verilsin. İddiaçı aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə müraciət etməsi izah olunsun. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimTaleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2001/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2001/2023
19.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver