Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2014/2025 29.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.120 (otuz min yüz iyirmi) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb mənə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh 2019-cu ildən Naftalan şəhərində işlədiyi redaksiyadan tanıyır. Həmin vaxtlardan cavabdehlə aralarında tanışılıq yaranmışdır. Cavadeh ondan 2024-cü ilin yanvar ayından müxtəlif vaxtlarda hissə-hisə borca qaytarmaq şərti ilə 30.220 (otuz min ikiyüz iyirmi) manat pul alıbdır. O, cavabdehin hər ondan aldığı pulla bağlı yazdığı qəbzin surətini ərizəyə əlavə edir. Cavabdeh axırıncı dəfə xx.xx.2025-ci ildə 1000 manat pulu alanda, sentyabr ayının 20-nə kimi bankdan kredit götürüb kom 30.120 (otuz min yüz iyirmi) manat pulu qaytaracağını bildirmişdir. O da sentyabr ayının 20-ni gözləmiş, lakin cavabdeh yenə pulu gətirmədiyi üçün ona zəng etmiş və sonrada işlədiyi iş yerinə getmişdir. Eyni qayda ilə cavadeh yenədə ona 2-günə kimi vaxt verməyini, bankdan kredit götürüb verəcəyini demişdir. O, iki günü gözləmiş, oktyabr ayının 03-04 günü neçə dəfə cavabdehlə pulun qaytarılması ilə əlaqə saxlasa da min cür bəhanələr edərək pulun qaytarmasından boyun qaçırmışdır. Aradan 1 (ay keçməsinə baxmayaraq cavabdeh ondan aldğı 30.120 (otuz min yüz iyirmi) manat pulu vermədiyi üçün məcbur məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini, iddia tələbini qəbul etdiyini, mülki işə baxıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM-in) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AZE №0******* seriyalı surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Tərtər rayonunun Dəmirçilər kəndində anadan olmuşdur; Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti Başçısının Dəmirçilər kənd İnzibati ərazi X1 xx.xx.2024-cü il tarixli 392 № li arayışından görünür ki, Əliyev X2 rayonunun Dəmirçilər kəndində qeydiyyatdadır və yaşayır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 183 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 30.120 (otuz min yüz iyirmi) manat məbləğində pulun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 30.120 (otuz min yüz iyirmi) manat məbləğində pulun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-2014/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2014/2025
29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver