Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2015/2025 29.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə ödənilməmiş borc qismində 2500 manat və ödədiyi 45 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir yerdə işləmiş, aralarında hörmət, inam, etibar olmuşdur. 2024-cü ilin noyabr ayında o, etibarından sui-istifadə edib, borc olaraq kredit kartından 3 günlüyə 2500 manat götürüb, qaytarmamışdır. Az sonra ondan bir təhər, daha dəqiq desək, müdirinin köməyi ilə 400 manat və 150 manat ala bilmişdir. Borcu ona kredit kartından verdiyindən onun qaytardığı pullar faizə silinmiş, 2500 manat borc isə olduğu kimi qalmışdır. Onu dələduz sayıb, Gəncə şəhər 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Araşdırma zamanı Səadətin dələduzluq etməsi müəyyən olunmasa da, ondan 2500 manat borc alıb, qaytarmamasını etiraf etmişdir. Həmin etirafedici məlumat Gəncə şəhər 1-ci Polis Şöbəsindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Bütün sübutlarını disk formasında məhkəməyə təqdim etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM-in) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №1749780 seriyalı surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Göygöl rayonunun Ayqestan kəndində anadan olmuşdur; 05 dekabr 2024-cü il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 2500 manat borca pul götürmüş və həmin pulu yaxın vaxtda xx.xx.2024-cü il tarixdə qaytarcağını öz öhdəsinə götürmüşdür; Gəncə Şəhər 1-ci Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 57-1xx-xx/20996/11/25 nömrəli məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; Gəncə Şəhər 4-cü Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-57-4/2-B- 92xx/xx/2024 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə AR DİN-nin 102 xidmətinə etmiş olduğu müraciəti araşdırılmış, İddiaçı şikayət və tələbinin olmadığı nəzərə alınaraq aparılan araşdırmanın dayandırıldığı bildirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 45 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanununun tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində pulun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-2015/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2015/2025
29.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver