Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2023/2023 22.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon Notariat Kontoruna, Azərbaycan Respublikası DƏDRXnin 7 saylı Ərazi İdarəsinə qarşı “mirasın faktiki məxsus olması” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon Notariat Kontoruna, Azərbaycan Respublikası DƏDRXnin 7 saylı Ərazi İdarəsinə qarşı “mirasın faktiki məxsus olması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə riayət olunmamaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, MPM-in: 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 307.2 və 307.2.9-cu maddələrinə əsasən mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı tələbində faktiki olaraq mirasın qəbul edilməsi faktının müəyyən edilməsini xahiş edir. Lakin, iddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməli olduğu halda bu tələbə riayət etməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı tərəfindən iş materiallarına 2 fərqli iddia ərizəsi əlavə edilmişdir ki, onlardan birində mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, digərində isə vərəsə kimi tanınmağı məhkəmədən xahiş olunmuşdur. MPM-in: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 15188 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Qeyd olunanlara əsasən və MPM-in 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon Notariat Kontoruna, Azərbaycan Respublikası DƏDRXnin 7 saylı Ərazi İdarəsinə qarşı “mirasın faktiki məxsus olması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-2023/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2023/2023
22.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver