Məhkəmə qərarları › İş №2(045)-2025/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2025/2023

29.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2025/2023 29.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman qızının sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçı ona (Goranboy rayonu, Bəşirli kəndi, Abonent kodu: **********00000) hesablanmış 394 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu, Bəşirli kəndində Cavabdeh abonenti olduğu üçün 2008-ci ildən təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Heç bir vaxt Cavabdeh nümayəndələri ilə aralarında heç bir mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. Cavabdeh əməkdaşları qeydiyyatda olduğu ünvana qaz sayğacına baxış keçirərək sızma aşkar etdiklərinə görə onun iştirakı ilə xx.xx.2023cü il tarixdə ******* №-li akt tərtib etmiş və o, akta imza etmişdir. Cavabdeh əməkdaşları qeydiyyatda olduğu ünvana qaz sayğacına ümumi baxış keçirərək sayğacdan qazın keçməsinə baxmayaraq, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə xx.xx.2023-cü il tarixdə ******* №-li akt tərtib etmiş, aktı həyat yoldaşı Xatirə Məmmədova imza etmiş, **********2 №-li sayğac çıxarılmış, **********5 №-li sayğac quraşdırılmışdır. Bundan sonra Cavabdeh Gəncə X2 İdarəsi D/M Xidmət Sahəsinin əməkdaşları sahə rəisi E.Rüstəmov, mühəndis Vüsal Sarıyev, nəzarətçi Murad Rzayev tərəfindən mülkiyyətində olan fərdi ev üzrə xx.xx.2023-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* №-li akt tərtib edilmişdir. Aktda istehlakçının istifadəsində olan qaz sayğacı G-4, №-si **********2, mexaniki, istifadə olunan qaz işlədiciləri: PQ-4, boru en kəsiyi - 15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd, radiator peçi, boru en kəsiyi - 15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd göstərilmiş, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə - MSK-14-2-2/3-5-4567/Q002 saylı aktına əsasən sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Tələb: Dəymiş ziyanın hesablanması göstərilmiş, aktı yuxarıda adları qeyd edilmiş şəxslər özləri imza etmiş, istehlakçının isə özünün iştirak etmədiyi halda imtina edildiyi yazılmışdır. Cavabdeh İB Gəncə Regional Qİ İdarəsinin xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnaməsi”ndə göstərilmişdir: “İstehlakçı: İddiaçı, Fəaliyyət növü: əhali, Ünvan: Goranboy, Bəşirli kəndi, ev 95 Abonent kodu: **********00000. Aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK- 14-2-2/3-5-4567-2 №-li aktına əsasən G-4 markalı **********2 №-li sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Cavabdehin ondan 2880 m3 qazın pulunu 394 manat tələb etməsi tamamilə qanunsuzdur. O, hər ayın sonunda vaxtı-vaxtında qaz borcunu gecikdirmədən ödəmişdir. Yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacına ailə üzvləri tərəfindən də heç vaxt heç bir müdaxilə edilməmişdir. Bu vaxta kimi istehlak etdiyi təbii qazla bağlı heç bir problem olmamış, ödənişlərdə gecikmələri yaranmamış və ya sayğaca müdaxilə halları olmamışdır. Belə olan təqdirdə 60 günə uyğun sərfiyyat necə aparılmış və aylıq saz vəziyyətdə olan sayğaca 2 ay əvvələ necə cərimə hesablanmışdır. Göründüyü kimi onun sahibliyində olan evdə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ ondan tələb edilmişdir. Göründüyü kimi Cavabdeh əməkdaşları belə bir akt tərtib edib istehlakçını əsassız cərimə etmək istəmişlər. Buna görə də hesab edir ki, cavabdehin tərtib etdiyi xx.xx.2023-cü il tarixli, ******* №li akt və dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 394 manat məbləğində borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, silinməsini tələb etdiyi məbləğin 345.6 manatı akt əsasında hesablanmış borcdur. Qalan məbləğ isə onun debitor borcudur. Bundan başqa iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə onun 45 manat məbləğində debitor borcu tərəfindən ödənilmişdir. Həmin sənədi məhkəməyə təqdim etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktan görünür ki, MSK-14-2-2/3-5-4567/Q002 saylı akta əsasən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır; Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 345.6 manat pul abonentdən tələb olunur (akt üzrə); xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən təbii qazın istehlakına görə 45 manat ödəniş olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 345.6 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. İddia tələbinin debitor borcun silinməsinə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, hazırda cavabdeh 394 manat məbləğində borcun silinməsini xahiş edir. Bu məbləğin 345.6 manatı akt əsasında hesablanmışdır. Digər hissəsi isə abonentin debitor borcudur. Məhkəmə iclasında iddiaçı xx.xx.2023-cü il tarixdə debitor borcundan 45 manat ödədiyini bildirmiş və buna dair müvafiq qəbzi məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, tələb debitor borcun silinməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na 2 nömrəli Əlavə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin: 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur; 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Məhkəmə, MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırki tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Hazırda Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 345.6 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Bəşirli kəndi, ev 95 (Abonent kodu: **********00000). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 345.6 manat məbləğində borc silinsin (Goranboy rayonu, Bəşirli kəndi, ev 95 (Abonent kodu: **********00000). 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar