Məhkəmə qərarları › İş №2(045)-2105/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2105/2025

24.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2105/2025 24.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil*, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxsin xüsusi notariusu X3 iştirakları ilə, İddiaçı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən, *000 kv.m. həyətyanı torpaq sahəsinə və 30.06 kv.m. fərdi yaşayış evinə dair mənimlə X6 arasında bağlanmış *3 iyul 202*-ci il tarixli, 4Ə-455 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o qeyd etdiyi ünvanda tək yaşayır. İİ qrup əlildir. Goranboy rayon Mərkəzi Xəstəxanasında ruhi-əsəb kabinetində qeydiyyatda durur. Şizofreniyaya bənzər pozğunluq, neyroleptik sindromla xəstəliyinden mütamadə müalicə olunur. Məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X*2in 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23.**.2024-cü il tarixli 725 nömrəli arayışdan görünür ki, onun mülkiyyətində Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində xx.xx.2023-cü il tarixdə, reyestr nömrəsi *8*300650* olan fərdi yaşayış evi olmuşdur. Lakin, hazırda cavabdeh həmin yaşayış evini qeyri-qnuni olaraq öz mülkiyyətinə keçirmişdir. Diqqətə çatdırır ki, Cavabdeh ərinin qardaşının arvadı, yəni qaynının arvadıdır. Hər il yay aylarında qaynı X6 ilə birlikdə gələrək onun evində qalıb, istirahət edirlərmiş. O da onları həmişə bir qonaq kimi qəbul edib, bacardığı kimi qulluq göstərmişdir. Qış aylarında da qaynı onu aparıb yaşadıqları Bakı şəhərində saxlayırmış. Bir-birilərinə yaxşı münasibətləri var imiş. Çox vaxt dərmanlarını da qaynı özü alıb gətirirmiş. 202*-ci ilin iyul ayında qaynı Mənsur Hümbətov yenə də ailəsi ilə birlikdə onun yanına istirahətə gəlmişdilər. Bir aydan çox qalmışlar. O da həmin günlər ağrayırmış, özünü yaxşı hiss etmirmiş. Bir gün qaynı ona bildirdi ki, “gəl dərmanlarını almaq üçün rayona gedək” və sənədlərinin harda olduğunu soruşmuşdur. O da şkafda olduğunu demişdir. Qaynı şkafdan bütün sənədləri götürmüş, sonrada onu maşına oturdaraq Goranboya gətirmişdir. Qaynı onu maşında qoyaraq harasa getmiş, xeyli müddətdən sonra gələrək ona “gedək dərmanlarını götürmək üçün imza et” demişdir. O da düşüb getmiş, orada ona hansısa sənədlərə imza etdirmişdirlər. Sonra onu maşına gətirib, “otur gözlə dərmanlarını götürüb gəlirəm” demişdir. O, həmişəki kimi qış aylarında qaynıgilə getmişdir. Qaynı *2 fevral 2024-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra cavabdeh heç elə bil həmin adam deyilmiş, onunla çox pis rəftar edirmiş. Cavabdehin ona qarşı olan pis rəftarından yorulduğu üçün evinə qayıtmaq isdəyirmiş. Ona görə də cavabdehə onun sənədlərini özünə verməsini xahiş etmiş, o isə əvəzində ona ”hara gedəcəksən ki, sənin heç nəyin yoxdur” bildirnmişdir. O bunun nə demək olduğunu soruşduqda isə evi öz adına keçirdiyini demişdir. Bu günlərdə bilmişdir ki, guya, o evini qaynı X4 bağışlamış və bu barədə Goranboy rayon Notariat Ofisində *3.07.202*-cı il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlamışdır. O hesab edir ki, həmin Bağışlanma müqaviləsi qanunun tələblərinə zidd olaraq bağlanmışdır. Çünki, qaynı onun xəstə olmağından isdifadə edərək həmin müqaviləyə imza etdirmişdir. Həmin vaxt o xəstə olmuş, nəyə imza etdiyini bilməmişdir. Notarius isə ona heç nəyi izah etməmişdir. Ona görə de həmin bağışlama müqaviləsi ləğv edilməli, evi və torpaq sahəsi özünə qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil* iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.Əlavə olaraq bildirdi ki, iddiaçı şizofreniya xəstəsi olmuşdur, bağışlanma müqaviləsinin bağlanılması vaxt özündə olmamışdır, orada nəyə, nə səbəbdən imza atdığını bilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, qeyd edilən evin əldə olunmasında mərhum Mənsurun rolu olduğunu, həmin evin faktiki olaraq Mənsura aid olduğunu, müəyyən müddətdə qardaşının istifadəsi üçün onlara verdiyini bildirmişdir. Əlavə olaraq bildirdi ki,onlar çox mehriban olublar, Xəzəngülü Bakıda olan evlərinə aparıblar hər zaman, onun qayğısına qalıblar. 2020-ci il tarixində Mənsurun adına etibarnamə verilib ki, istədiyi kimi sənədləşdirə bilsin. 202*-ci il tarixində isə tərəflər (yəni cavabdehin yoldaşı Mənsur və Xəzəngül) arasında bağışlama müqaviləsi bağlanılıbdır. Mənsur vəfat etdikdən sonra da Xəzəngül cavabdehin evində qalıb və aralarında elə böyük intriqa olmuyubdur. İddiaçının məhdud fəaliyyət qabiliyyətli olduğuna dair məhkəmə qərarının olmadığının, halhazırdakı iddia tələbinin iddia ərizəsinə imzalamaq qabiliyyətinə malik olması, onun heç bir şizofreniya və ya başqa ruhi xəstəliyinin olmadığını təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin rəisi Xəqani Aslanov *3 iyul 202*-ci il tarixli, 4Ə-455 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin tərəfindən rəsmiləşdirildiyini bildirmişdir. Bu zaman onların şəxsiyyətləri müəyyən edilmiş, gəlmələrinin məqsədi və məramları barədə suallar verilərək tam fəaliyyət qabiliyyətli olmaları müəyyən edilmiş, könüllü, heç bir əlavə təsir olmadan, öz iradələrini ifadə etmişdirlər. Özlərini tam sərbəst aparıblar və şübhəli heç nə aşkar olunmamış, şizofreniya və s. hər hansı bir xəstəlik əlamətləri müşahidə olunmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı Ermənistandan qaçqın olduqları üçün həmin evin dövlət tərəfindən təsis olunduğunu bildirdi. Sədirlik edəni sualına cavab olaraq bildirdi ki,evin əldə olunmasında Mənsurun heç bir rolunun olmadığını, qaynı vəfat etdikdən sonra Yeganənin ona pis davrandığını, bu səbəblə ondan evinin sənədlərini istədiyini, ancaq Yeganənin “sənin heç nəyin yoxdur, hara gedəcəksən” dediyini, həmin zaman Bağışlama müqaviləsinin bağlandığından xəbəri olduğunu qeyd etdi. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X*2inin 7 saylı Bərdə Ərazi İdarəsi daşınmaz əmlakın Dövlət reyestrindən 23.**.2024-cü il tarixli 725 nömrəli arayışından görünür ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən fərdi yaşayış evi 5 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisinin *7.08.2024-cü il tarixli 2V-442 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasında Cavabdeh adına qeydiyyata alınmışdır; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *2.**.2025-ci il tarixli AZ-İİ seriyalı 400865 nömrəli arayışından görünür ki, X6 *0.02.2024-cü il tarixdə “ürəyin işemik xəstəliyi” səbəbindən ölmüşdür; Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş *4.06.2025-ci il tarixli, 3-*3-75/2- H-9780/**/20235 nömrəli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə qaynının yoldaşı Yeganə Quluyevanın hazırda yaşadığı Aşağı Ağcakənd qəsəbəsindəki evi onun adından çıxararaq mənimsəməsi ilə bağlı Goranboy RPŞ-nə etmiş olduğu müraciəti araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, müraciəti məhkəmə orqanlarının səlahiyyətinə aiddir, odur ki, tələbi ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur; *3 iyul 202*-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”ndən görünür ki, İddiaçı Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yerləşən, ümumi sahəsi 30.06 kv/m, yaşayış sahəsi 22,8 kv/m, yardımçı sahəsi 7,8 kv/m olan * otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə tam mülkiyyət üzrə onlara məxsus hissəsindən aşağı da göstərilən hissəni “Hədiyyə alana” bağışlanmışdır; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.*954-cü ildə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur; Granboy Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Ağcakənd Qəsəbə İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş 05.*2.2025-ci il tarixli, 243 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölçmələrini İdarəetmə Birliyi” X** “Goranboy Rayon Mərkəzi Xəstəxanası” X*2 tərəfindən xx.xx.2025-ci il tarixli *8-*-39/2- H-96*-42-885/2025 nömrəli arayışından görünür ki, İddiaçı *8.**.2002-ci il tarixdən Goranboy RMX-nın polikliniksının ruhi-əsəb kabinetində qetdiyyatda dayanır. Diaqnoz: F23.2.Şizofreniyaya bənzər pozğunluq. Neyroleptik sindromla. Xəstə İİ qrup əlildir; *3.**.2025-ci il tarixli, *9047*7228 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə *00 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı *3.07.202*ci il tarixli, 4Ə-455 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən ümumi sahəsi 30.06 kv/m, yaşayış sahəsi 22,8 kv/m, yardımçı sahəsi 7,8 kv/m olan * otaqlı fərdi yaşayış evini qaynı X5 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən ümumi sahəsi 30.06 kv/m, yaşayış sahəsi 22,8 kv/m, yardımçı sahəsi 7,8 kv/m olan * otaqlı fərdi yaşayış evini X2 adına daşınmaz əmlakın dövlət reyestrində *8*300650* qeydiyyat nömrəsi ilə 20.09.20*3-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı onun tərəfindən verilmiş etibarnamənin onun xəstəliyindən istifadə olunaraq onu aldadaraq verildiyini, onun öz hərərkətlərinə rəhbərlik edə bilməyən vəziyyətdə olmasını, bununla da, cavabdehin saxta notariat hərəkətinin aparıldığını bildirərək bağışlama müqaviləsinin etibarsız sayılmasını və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçılarının bağışlama müqaviləsinin etibarsız hesab edilməsilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 337.*-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-ci maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 66*.*-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 667.*-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 668.*-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.*-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Mülki Məcəllənin 346.*-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.Bu halın sübut olunması isə hazırki iddia tələbi üzrə iddiaçının üzərinə düşür.İddiaçının nümayəndəsi və vəkili Vəkil* tərəfindən irəli sürülən arqumentlər ziddiyyətlidir və iş üzrə iddianın əsassızlığını bir daha təsdiq edir. Hətta iş materiallarından açıq-aşkar görünür ki, hazrki iddiada da iddiaçı eyni notarusda öz nümayəndəsinə məhkəmə iclasında iştirakı üçün etibarnamə vermiş və məhkəmə iclasında hüquqlarını təmsil edilməsi məqsədi ilə vəkilinə etibar etdiyinə dair sərbəst şəkildə iradə ifadəsini açıq şəkildə göstərmişdir.Buda onu göstərik ki, iddiaçı sərbəst şəkidə öz iradəsini ifadə edə bilmək qabiliyətindədir. Qeyd edilməlidir ki, notariat hərəkətlərinin həyata keçirilməsi zamanı notarius tərəfindən tərəflərin şəxsiyyəti, fəaliyyət qabiliyyəti, iradə azadlığı və əqdin mahiyyətini dərk etmələri yoxlanılır. İş üzrə üçüncü şəxs qismində iştirak edən notariusun izahatından da görünür ki, müqavilə bağlanan zaman iddiaçı özünü sərbəst aparmış, hər hansı psixi pozuntu əlamətləri müşahidə edilməmiş və onun iradə ifadəsi azad və könüllü olmuşdur. İddiaçının notariat orqanına şəxsən müraciət etməsi, sənədləri imzalaması və hüquqi münasibətlərdə fəal iştirak etməsi onun iradə qabiliyyətinin mövcud olmasını göstərən hallardır və bu faktlar iddiaçının anlaqsız vəziyyətdə olması barədə iddiaları ilə uzlaşmır.Nəticə etibarilə, iddiaçı tərəfin təqdim etdiyi arqumentlər ziddiyyətli, sübutlarla təsdiq olunmamış və hüquqi baxımdan əsassız olduğundan, mübahisəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, hər bir tərəf öz iddiasını sübut etməlidir. Lakin iddiaçı ərizəsində göstərdiyi halları təsdiq edən mötəbər, birbaşa və kifayət qədər sübutlar təqdim etməmişdir.İddiaçı bildirir ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi onun iradəsindən kənar və ya qeyri-qanuni şəkildə bağlanmışdır. Lakin,müqavilənin etibarsız sayılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar (aldatma, zorakılıq, hədə-qorxu, yanılma və s.) konkret sübutlarla təsdiqlənməlidir,iddiaçı tərəfindən bu halları təsdiq edən heç bir sənəd, şahid ifadəsi və ya digər sübut təqdim olunmamışdır,Bundan əlavə, iddiaçı özünün sağlamlıq vəziyyətinə istinad edərək müqaviləni dərk etmədiyini iddia edir. Lakin,onun hüquqi fəaliyyət qabiliyyətinin məhdud olması barədə məhkəmə qərarı təqdim edilməmişdir,tibbi arayışlar belə hüquqi nəticə üçün kifayət deyil və birbaşa müqavilə bağlanan anda onun iradəsinin formalaşmasına təsiri sübut olunmamışdır.İddia ərizəsində göstərilən faktlar əsasən fərziyyə və şəxsi mülahizələrdən ibarətdir. Hadisələrin təsviri ziddiyyətlidir və obyektiv sübutlarla dəstəklənmir. Bu isə iddianın etibarlılığına ciddi şübhə yaradır. Həmçinin qeyd olunmalıdır ki, daşınmaz əmlakın bağışlanması müqaviləsi qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. Belə müqavilənin etibarsız hesab edilməsi yalnız istisna hallarda və ciddi sübutlar əsasında mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki: iddia sübuta yetirilməmişdir; irəli sürülən hallar hüquqi baxımdan əsaslandırılmamışdır; Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.*, 670.*, 670.3 və 673.*-ci maddələrinin şərh edilməsinə dair” *9 dekabr 20*2-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin *52.*-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir.” Bundan başqa Mülki Məcəllənin 354.2-ci maddəsində qeyd olunduğu kimi iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilərdi və bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 202*-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun qərarında qeyd olunan şəkildə kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi iddiaçının hüququn xitamına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsin və mənzilə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsin və mənzilə dair bağlanmış *3.07.202*-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpaq sahəsin və mənzilə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsin və mənzilə dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. MPM-nin: *4.2-ci mаddəsinə əsаsən məhkəmə işə tərəflərin təqdim еtdikləri sübutlаr əsаsındа bахır və yаlnız оnlаrdаn istifаdə еdir. 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələbinin və еtirаzının əsаsı kimi göstərdiyi hаllаrı sübut еtməlidir. 2*7.2-ci mаddəsinə əsаsən qətnаmə mübаhisəli hüquq münаsibətinin yаrаndığı zаmаn qüvvədə оlmuş mаddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə оlаn prоsеssuаl hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə bеlə nəticəyə ki, İddiaçı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia təmin edilməməlidir. Göstərilənlərə əsаsən MPM-in 2*3, 2*6-220, 227, 230-cu maddələrini rəhbər tutub, məhkəmə QƏTЕTDİ: İddiaçı Cavabdeh (Maraqlı şəxs üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar