Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2133/2023 01.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh Goranboy rayonu, X** orta məktəbinin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı cаvаbdеh Goranboy rayonu, X** orta məktəbinə qаrşı “işə bərpa” tələbinə dаir iddiаsı üzrə mülki işə аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ЕTDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 04 sentyabr 2023-cü il tarixli 78 saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mediasya üçün ödədiyi 50 manat rüsumun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.*979-cu il tarixdə Kəlbəcər rayonun Bəzirxana kəndində anadan olmuşdur. Kəlbəcər rayonu *993-cü ildə erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində boşaldılan zaman o, valideynləri ilə birlikdə oradan köçrərək Goranboy rayonunun Qaraçinar kəndində müvəqqəti olaraq məskunlaşmışdır. Sonradan o, *4.*0.200*-ci il tarixdə yerli sakin olan X5 adlı şəxs ilə ailə həyatı qurmuşdur. Onunla birgə nikahdan X3 və X* adlı övladları dünyaya gəlmişdir. O, 2003 -cü ilin fevral ayının *-də 6 saylı əmr əsasında Cavabdehnə sinif müəlliməsi təyin edilmişdir. Həmin vaxtdan 04 sentyabr 2023-cü il tarixədək həmin məktəbdə müəllimə kimi çalışmışdır. 04 sentyabr 2023-cü il tarixdə məktəbin direktoru onun sertifikasiyadan keçəmədiyini əsas gətirərək onun işdən azad edilməyi ilə bağlı 78 saylı əmr vermişdir. Əmri onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixdə *55 saylı qərarın 5.4-cü bəndinə əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd etmək istəyir ki, o, həyat yoldaşından boşanmış və himayəsində 2007-ci il təvəllüdlü birinci qrup əlil uşağı vardır. Belə ki, X* 2007-ci il tarixdə dünyaya gəlib və birinci qrup əlildir. Hesab edir ki, onun işdən çıxarılmağı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, öhdəliyində İ dərəcəli əlil uşaq olması barədə məktəb direktoruna rəsmi sənəd təqdim etməsə də, direktorun bundan qabaqcadan məlumatı olmuş, hətta özü direktoru bu barədə şifahi qaydada xəbərdar etmişdir. Sertifikatlaşdırmanın test mərhələsində ona tədris etdiyi fənlər (“Həyat bilgisi”, “Texnologiya”, Fiziki tərbiyə” və “Musiqi”) üzrə suallar təqdim edilməmişdir. Bu halı da direktorun diqqətinə çatdırsa da, müraciəti nəticəsiz qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayonu, X** orta məktəbinin direktoru Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, iddiaçının öhdəliyində İ dərəcəli əlil uşağı olmasına görə o, məktəbdə dərnək müəlliməsi işi ilə təmin edilmişdir. İddiaçının öz ixtisasına uyğun fənləri tədris etməməsi onun sertifikatlaşdırmadan keçməməsinə haqq qazandıra bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı *03706 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında *7 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qaraçinar kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 887882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X* *9.02.2007-ci ildə Goranboy şəhərində doğulmuş, atası X4, anası İddiaçıdır; “X2 Mərkəzi” Publik huquqi şəxs tərəfindən verilmiş tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X* 25.05.20*5-ci il tarixdən sağlamlıq imkanı məhdud olduğundan əlildir; Goranboy-Naftalan təhsil sektoru X** orta məktəbinin 78 nömrəli, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrindən görünür ki, Goranboy rayonu X** orta məktəbinin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əsas 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 29/3-2-537F/2023 nömrəli əmri; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2- 537F/2023 nömrəli əmrinnin 2.*-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 05 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin olunmalıdır; 0*.09.*995-ci il tarixli, **52*53 nömrəli əmək kitabçasının 2 və 3-cü səhifələrinə edilmiş qeydlərdən görünür ki, İddiaçı ərizəsinə əsasən 0*.02.2003-cü il tarixli, 6 nömrəli əmrlə Qaraçinar kənd orta məktəbinə sinif müəllimi təyin edilmişdir; Goranboy * saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Goranboy-Naftalan təhsil sektoru X** orta məktəbi ilə arasında 0*.02.2003-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və ona sözügedən məktəbdə ibtidai sinif müəllimi vəzifəsi həvalə edilmişdir. Goranboy-Naftalan təhsil sektoru X** orta məktəbinin 78 nömrəli əmri ilə ibtidai sinif müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının öhdəsində *8 yaşına çatmamış əlilliyi müəyyən edilmiş ailə üzvü olan oğlu vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir; 79-cu maddənin *-ci bəndinə əsasən: işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində *8 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 8*-*00 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır; 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli *55 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydasının 5.4-cü müddəasına əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçir ildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi əsasında xitam edilməsinin əsası kimi təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi çıxış edir. Cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinə istinad edilsə də, məhkəmədə tədqiq edilmiş iş materialları və tərəflərin izahatı əsasında müəyyən olunur ki, işçinin əmək müqaviləsinə öhdəliyində *8 yaşınadək əlilliyi müəyyən edilmiş ailə üzvü olan uşağı olduğuna görə müəssisənin ləğv edilməsi, müqavilə müddətinin bitməsi və öz təşəbbüsü ilə xitam verilən hallar istisna edilməklə qalan hallarda xitam verilə bilməzdir (əsas: Əmək Məcəlləsinin 79-cu maddəsi). Göründüyü kimi, cavabdeh tərəfindən buna dair hər hansı sübut (müəssisənin ləğv edilməsi, müqavilə müddətinin bitməsi və öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) təqdim edilməmişdir. İşəgötürən yalnız əmək müqaviləsinə xitam verərkən iddiaçı barəsində 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinə əsaslanmaqla Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Odur ki, Goranboy-Naftalan Təhsil Sektoru X** Orta Məktəbin 78 nömrəli, xx.xx.2023cü il tarixli əmri ləğv edilməli və İddiaçı əvvəlki işinə bərpa olunmalıdır. Belə olan halda iddiaçı əvvəlki işinə bərpa olunduğundan, məcburi iş buraxmaya görə iddiaçıya əvvəlki işinə bərpa olunacağı günədək əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Sözügedən Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi və mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; **9.*-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının cavabdehdən onun xeyrinə 50 (əlli) manat məbləğində mediasiya xərcinin tutulması tələbinə dair qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5ci maddəsinə əsasən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Goranboy-Naftalan Təhsil Sektoru X** Orta Məktəbin 78 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv edilməli və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa eilməlidir. Həmçinin, cavabdeh Goranboy-Naftalan Təhsil Sektoru X** Orta Məktəbindən İddiaçı xeyrinə 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 2*6-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Goranboy-Naftalan Təhsil Sektoru X** Orta Məktəbin 78 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı əvvəlki işinə bərpa edilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərcinin 25 (iyirmi beş) manat hissəsi cavabdeh Goranboy-Naftalan Təhsil Sektoru X** Orta Məktəbindən İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2133/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2133/2023
01.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver