Məhkəmə qərarları › İş №2(045)-2137/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2137/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2137/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 681,86 (altı yüz səksən bir manat səksən altı qəpik) manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş ‘‘Azərişıq” ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildirir ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Proqram bazasında **********00676 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış CE 6807B tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi istifadə etmiş, M550 tipli, zavod nömrəsi 19204238 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi istifadə etmiş, xx.xx.2018-ci il tarixindən hal-hazıra kimi isə PAUD MP 106 tipli zavod nömrəsi **********3 elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. xx.xx.2023-cü il tarixdə Goranboy EŞ-nin əməkdaşları Goranboy rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən “EEİQ” na riayət edilməsi vəziyyətini yoxlayarkən Cavabdeh yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirmişlər. Baxış keçirilən zaman elektrik sayğacının sxeminin dəyişdirildiyi, sayğacdan keçən yükün çıxış xəttindəki enerji miqdarı ilə eyni olmadığı, ölçü zamanı naqildən keçən enerjinin miqdarının İ=8,3 A, U=0,22 kV, Pfak=1,82 kVt və PSAY=0,57 kVt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı Cavabdeh barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq AKT R № 283852 saylı akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Sayğacın uçot komplekti normallaşsın. “Hesablanacaq məbləğ ödənilsin.” qeydiyyatı aparılmışdır. Aktda həmçinin “Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır.” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Cavabdeh aktın tərtibatında iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. “Mərkəzi Aran ” RETSİ-də fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən cavabdeh barəsində tərtib olunmuş akta əsasən “Qaydalar”ın 8.17-ci bəndinin tələblərinə uyğun olaraq sutkanın 24 saatı nəzərə alınmaqla 180 gün müddətinə hesablama aparılaraq dəyəri 371,88 manat təşkil edən 3341 kVt P=l,25 kVt W=l,25 kVt x 24 saat x 180 gün x 0,7-439 = 3341 kVt saat 767 kVt saat x 0.08 = 61,36 manat 600 kVt saat x 0.09 = 54 manat 3341 kVt saat x 0,13 =256,62 manat olmaqla, cəmi: 371,98 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixinə onun iddiaçı "xxxx" ASC-yə 681.86 manat məbləğində debitor borcu qalmışdır. Tərəfimizdən Cavabdeh yaşadığı ünvana 12 may 2023-ci il tarixli 20 №-li Pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 747,86 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Goranboy EŞ-nin ilə Cavabdeh arasında bağlanmış 616388 nömrəli “enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli” müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC istehlakçını elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə "xxxx" ASC tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 fevral 2023-cü il tarixli, seriyalı 283852 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman elektrik sayğacın sxemi dəyişdirilmiş, sayğacdan keçən yüklə çıxış xəttindəki enerji miqdarı eyni olmadığı aşkar edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 283852 nömrəli icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh məxsus (abonenti kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən ünvanında sayğacın yenisi ilə əvəz edilməsi qeyd edilmiş və abonentə 371,98 manat məbləğində borc hesablanmışdır; "xxxx" ASC tərəfindən verilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 747,86 manat məbləğində borcun 7 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli, 283852 nömrəli aktdan görünür ki, abonentin sayğacına baxış keçirilən zaman abonentin elektrik sayğacının sxeminin dəyişdirildiyi və sayğacdan keçən yüklə çıxış xəttindəki enerji miqdarının eyni olmadığı müəyyən olunmuşdur; Məhkəmə iclasında “DVD” görüntüsündən görünür ki, abonentin sayğacının sxemi dəyişdirilmiş və sayğacdan keçən yüklə çıxış xəttindəki enerji miqdarı eyni deyildir; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir; Abunə haqqında cədvəldən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-yə debitor borcu 648,86 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy EŞ-nin əməkdaşları tərəfindən Goranboy rayon, Xanqərvənd kəndində elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən Goranboy rayon, Xanqərvənd kəndində yerləşən fərdi yaşayış evində elektrik sayğacının sxemi dəyişdirildiyi və sayğacdan keçən yükün çıxış xəttindəki enerji miqdarının eyni olmadığı aşkar edilmiş və buna dair akt tərtib olunmuşdur. Cavabdeh 371,98 manat məbləğində borc hesablanmışdır. Hazırda Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə 648,86 manat debitor borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə Müqavilə bağlanmış, bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən cavabdehin evində elektrik enerjisinin sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə elektrik enerjisindən istifadə qaydalarını pozmuş, bununla da "xxxx" ASC-yə ziyan vurmuşdur. Elektrik Enerjisindən istifadə Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plonıb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox otmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbu/edici/ərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ” 8.17-1-ci bəndinə əsasən “ istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşuldaqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.” 8.17-2-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC iddia tələbində 30,40 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı hazıkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmiş və həmin məbləğin köçürülməsi üçün iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. İddiaçının xidmət haqqının tutulması ilə bağlı tələbi olmadığından məhkəmə hesab edir ki, tələb həmin hissədə qismən təmin edilməlidr. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 648,86 (altı yüz qırx səkkiz manat səksən altı qəpik) manat borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 648,86 (altı yüz qırx səkkiz manat səksən altı qəpik) manat borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar