Məhkəmə qərarları › İş №2(045)-2144/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2144/2024

06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2144/2024 06.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən Goranboy rayon məhkəməsinin hakimi X* İddiaçı Cavabdehnə qarşı qətnamənin icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdehnə qarşı qətnamənin icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək Goranboy rayon məhkəməsinin *2 sentyabr 2007-ci il tarixli 2-2*0/2007 saylı qətnaməsinin icrasının təmin edilməməsi nəticəsində vurulmuş 32000 maddi və 20000 mənəvi ziyanın Cavabdehndən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, məhkəmə aidiyyəti qaydalarına riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göründüyü kimi İddiaçı oğlunun hazırki tələbi əslində inzibati orqan hesab edilən Cavabdeh hərəkətsizliyi nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqanın məsuliyyət daşıması və maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədədir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respubikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 saylı qərarının 7.*-ci bəndə əsasən inzibati orqanların ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin icrasından doğan qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli *36 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.*.*-ci bəndinə əsasən Ədliyyə Nazirliyinin icra xidməti və probasiya qurumları inzibati orqanların təsnifatına daxil edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.*-ci maddəsində qeyd olunur ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin *7 avqust 2006-cı il tarixli 447 saylı Fərmanı ilə qeyd olunan mübahisəyə dair işə baxılması ərazi yurisdiksiyası üzrə Gəncə şəhər İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *3.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət etməlidir. zərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *52.*.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsinin məhkəmə aidiyyatı Lənkaran rayon məhkəməsinə aid olmadığından şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər zərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *52.*.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən zərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin *52,263-264,266-268-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdehnə qarşı qətnamənin icra edilməməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələb inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılması İddiaçı izah edilsin. Qərardaddan *0 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar