Məhkəmə qərarları › İş №2(045)-2231/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2231/2023

19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2231/2023 19.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 1517,67 (bir min beş yüz on yeddi manat altmış yeddi qəpik) manat borc və ödənilmiş 35,18 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildirir ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Proqram bazası”nda **********00739 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi və həmin tarixdən hal-hazıra kimi PAUD-MP 106 tipli elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Cavabdeh Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh X1yə görə 07.10.215-ci il tarixinə 428,02 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğacından kənar xətt vasitəsi ilə X1 etdiyinə görə xx.xx.2019-cu il tarixdə barəsində X1 Qaydalarının pozulması haqqında 142655 saylı akt tərtib edilərək qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 241,61 manat məbləğində enerji haqqı dəyəri hesablanmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatı Goranboy EŞnin əməkdaşları tərəfindən yoxlanılarkən Cavabdeh enerjidən sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilərək barəsində “Qaydalar”ın tələblərinə uyğun olaraq 182915 saylı akt tərtib edilmişdir. Akta əsasən “Mərkəzi Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə komissiya” tərəfindən dəyəri 378,72 manat təşkil edən 4200 kv saat miqdarında itirimiş elektik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh barəsində analoji pozuntuya görə, yəni enerjidən kənar xətt vasitəsi ilə istifadə etdiyinə görə 259889 saylı Akt tərtib olunaraq dəyəri 356,26 manat təşkil edən 3202 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə Goranboy Eşnin əməkdaşları nəzarət qaydasında Cavabdeh yaşadığı evin elekrtik enerjisi ilə təchizatına baxış keçirərkən onun enerjidən yaşayış evinin həyətində quraşdırılmış elektik hesaplma sayğacından kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar edilmişdir. Faktla bağlı Cavabdeh barəsində 263234 saylı akt tərtib edilərək dəyəri 505,68 manat təşkil edən 4536 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. P=1,5 kvt W=1,5kvt x 24s x 180g x 0.7 =4536kvts 1200 kvts x 0.08=96 man 600 kvts x 0,09=54 man 2736 kvts x 0.13=355,68 manat olmaqla, cəmi: 505,68 manat təşkil edir. Beləliklə, Cavabdeh xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən qanunsuz (kənar xətt vasitəsi ilə) istifadə etdiyinə görə 1683,67 manat məbləğində debitor borcu yaranmışdır. Tərəfindən Cavabdeh yaşadığı ünvana 12 may 2023-cü il tarixli 19 nömrəli “Pretenziya” göndərilərək həmin tarixə X1yə görə yaratmış olduğu 1683,67 (bir min altı yüz səksən üç manat almış yeddi qəpik) manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı evi elektrik enerjisi ilə təchiz edən elektrik hesblama sayğacı əvvəlcədən ödənişli smart kart tipli olduğu üçün Cavabdeh könüllü ödəniş etməkdən yayındığı üçün qeyd olunan sayğac “Proqram”laşdırılmışdır. Bu səbəbdən sayğacın kartına daxil edilən pul vəsaitinin 50% debitor borcun ödənilməsinə yönəldilmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixinə 1517,67 (bir min beş yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Cavabdeh Goranboy EŞ-nin “Proqram bazası’nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Goranboy EŞ-nin ilə Cavabdeh arasında bağlanmış 616386 nömrəli “enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli” müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC istehlakçının elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə, "xxxx" ASC tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 13 avqust 2023-cü il tarixli, seriyalı 263234 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh ( abonent kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman sayğacın giriş xətti zədələnmiş, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 263234 nömrəli icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00739) Goranboy rayon Xanqərvənd kəndində sayğac yenisi ilə əvəz edilmiş və 505,68 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06 may 2019-cu il tarixli, seriyalı 142655 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman sayğacın giriş xətti zədələnmiş, işlətdiyi bir-başa şəbəkəyə qoşulduğu aşkar aşkar edilmişdir; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06 iyul 2020-ci il tarixli, seriyalı 182915 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman sayğacın giriş xətti zədələnmiş, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 182915 nömrəli icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00739) Goranboy rayon Xanqərvənd kəndində sayğac yenisi ilə əvəz edilmiş və 378,72 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 27 may 2022-ci il tarixli, seriyalı 259889 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00676) Goranboy rayonu Xanqərvənd kəndində yerləşən sayğaca baxış keçirilən zaman sayğacın giriş xətti zədələnmiş, kənar xətdən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 182915 nömrəli icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00739) Goranboy rayon Xanqərvənd kəndində sayğac yenisi ilə əvəz edilmiş və 410,26 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC tərəfindən verilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh X1yə görə yaranmış 1683,67 manat məbləğində borcun 7 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; DVD-diskdən görünür ki, abonentin sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin elektrik sayğacının sxemi dəyişdirildiyi və sayğacdan keçən yükün çıxış xəttindəki enerji miqdarının eyni olmadığı müəyyən olunmuşdur; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 35,18 manat dövlət rüsumu ödəmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy EŞ-nin əməkdaşları tərəfindən Goranboy rayon, Xanqərvənd kəndində elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən Goranboy rayon, Xanqərvənd kəndində yerləşən fərdi yaşayış evində istismarda olmuş elektrik hesablama sayğacından kənar xətt vasitəsi ilə X1 etdiyi aşkar edilmiş və buna dair aktlar tərtib olunmuşdur. Cavabdeh 1683,67 (bir min altı yüz səksən üç manat almış yeddi qəpik) manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə Müqavilə bağlanmış, bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən cavabdehin evində elektrik enerjisinin sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə X1 qaydalarını pozmuş, bununla da "xxxx" ASC-yə ziyan vuraraq mülki hüquq pozuntusu törətmişdir. X1 Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plonıb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox otmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbu/edici/ərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ” 8.17-1-ci bəndinə əsasən “ istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşuldaqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.” 8.17-2-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1517,67 (bir min beş yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş 35,18 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1517,67 (bir min beş yüz on yeddi manat altmış yeddi qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş 35,18 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar