Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2300/2023 19.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh çoban işləyəcəyi adı ilə aldığı 1200 manat pulun və 800 manat yollara xərclədiyi pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi tanıyır. Cavabdeh Seleyman Süleymanov onun yanında çoban işləmək üçün 1200 manat pul almışdır. Dəfələrlə pulunu istəsə də, sonuncu pulu verməkdən boyun qaçırmışdır. Bu barədə Goranboy RPŞ-yə müraciət etmişdir. Cavabdeh onu aldadaraq 1200 manat pul almasını Goranboy RPŞ-də etiraf etmişdir. Lakin mülki məsələ olduğuna görə Goranboy RPŞ-si xx.xx.2022-ci il tarixli rəsmi məktub göndərərək, məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Həmçinin dəfələrlə gedib-gəlməkdə yollara 800 manat pul xərcləmişdir. Buna baxmayaraq cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Hesab edir ki, ondan aldığı 1200 manat pul alınaraq verilməklə bahəm maddi ziyana görə 800 manat da pul alınaraq ona verilməlidir. Ona görə də, o, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, yollara xərclədiyi 800 manata dair hər hansı sübutu yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş 197-7008A-3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində müraciətlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Cavabdeh Goranboy rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, o, İddiaçı 1200 manat borca pul almış və aldığı pulun əvəzində çobanlıq edəcəyini bildirmiş, lakin pulu olmadığı üçün borcunu qaytara bilməmişdir; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsin Bərdə rayon völməsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli 20 nömrəli arayışdan görünür ki, Azayev X1 rayonundan məcburi köçkündür. Hazırda Bərdə rayonu, Lənbəran kəndində müvəqqəti məskunlaşmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsi əsasında öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış şifahi borc müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi həmin Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış və öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş sözügedən müqavilənin mülki qanunvericidə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına dair hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı borca görə tələbində haqlıdır və iddia bu hissədə təmin edilməlidir. Məhkəmə iddia ərizəsinin yol xərci tələbi hissəsinə dair qeyd edir ki, İddiaçı Cavabdeh görə yola 800 manat məbləğində xərci çıxmasını göstərsə də, bu halı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi bu hissədə əsaslı deyildir və rədd olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. MPM-in 124.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat məbləğində borc pul və 32 (otuz iki) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə tutulmalıdır. Qeyd оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1200 (bir min iki yüz) manat məbləğində borc pul tutulsun. Cavabdeh dövlət büdcəsinə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2300/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2300/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver