Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2359/2023 29.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 2009,46 (iki min doqquz manat qırx altı qəpik) manat borc və ödənilmiş 47,96 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Bildiririk ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Proqram bazasTnda **********00930 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixinə kimi,xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixinə kimi M550 tipli zavod nömrəsi 18632849 olan elektrik hesablama sayğacı vasitəsi ilə xx.xx.2019-cu ildən hal-hazıra kimi zavod nömrəsi **********0 olan PAUD-MP 106 tipli elektrik hesablama sayğacı istifadə edir. Cavabdeh Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildiriş-Xəbərdarlığ”a uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh X1yə görə xx.xx.2015-ci il tarixinə 51,48 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğacından kənar xətt vasitəsi ilə X1 etdiyinə görə xx.xx.2015-ci il tarixdə barədisndə X1 Qaydalarının pozulması haqqında 008318 saylı akt tərtib edilərək ona qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 734.40 manat məbləğində enerji haqqı dəyəri hesablanmışdır.xx.xx.2016-cı il tarixdən Cavabdeh yaşadığı evdə istismarda olmuş DDS 26 tipli elektrik hesablama sayğacı yeni M 550 tipli zavod nömrəsi 18632849 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Yeni quraşdırılmış elektrik hesablama sayğacı vasitəsi ilə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə kimi dəyəri 277.15 manat təşkil edən 4106 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir.xx.xx.2019-cu il tarixdə Cavabdeh yaşadığı evə yeni,əvvəlcədən ödənişli PAUD-MP 106 tipli,zavod nömrəsi **********0 olan smart kart sayğacı quraşdırılmışdır. xx.xx.2019-cu il tarixdə Goranboy EŞnin əməkdaşları N. Mahmudov, E. Orucov, A. Süleymanov, E. Qədirovvə S. Quliyev tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evində elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə istifadə edildiyi müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar Cavabdeh barəsində EEİQ-nın tələblərinə uyğun olaraq Akt R № 142677 saylı akt tərtib edilmişdir. Kənar xəttdən keçən faktiki yükün 055 kvt təşkil etdiyi müəyyən edilmişdir. Mərkəzi Aran RETSİdə fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən cavabdeh barəsində tərtib edilmiş akta əsasən yenidən hesablama aparılaraq dəyəri 126,24 manat təşkil edən 1584 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Cavabdeh tərəfindən smart kart sayğacı vasitəsi ilə dəyəri 22.96 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Cavabdeh yaratmış olduğu debitor borc məbləğini ödəməkdən qəsdən yayındığı üçün yaşadığı evə quraşdırılmış smart kart tipli elektrik sayğacı “Proqramlaşdırıldığından” sayğacın kartına yüklənən pul vəsaitinin 50 %-i borcun ödənilməsinə yönəldilmişdir.Buna baxmayaraq Cavabdeh elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsi ilə qanunsuz istifadə etməkdə davam etmişdir. Belə ki, Goranboy EŞ-nin əməkdaşları E.Nuriyev, E.Orucov və İ.Məmmədov tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına 17 sentyabr 2020-ci il tarixdə növbəti dəfə baxış keçirilərkən Cavabdeh elektrik hesablama sayğacının giriş xəttini zədələyərək elektrik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etməsi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar mobil telefon vasitəsi ilə çəkiliş aparılaraq Cavabdeh barəsində EEİQ-nın tələblərinə uyğun olaraq Akt R № 191314 saylı akt tərtib edilmişdir.Kənar xətdən keçən enerjinin yükü xüsusi ölçmə vasitəsi olan “Amper” maşa ilə ölçülərək 0.77 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aktın tərtibatında iştirak edən Cavabdeh akta imza etməkdən imtina etmişdir. Mərkəzi Aran RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən cavabdeh barəsində tərtib edilmiş akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 360 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 587.83 manat təşkil edən 6653 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir.Hesabat aşağıdakı qaydada aparılmışdır: P=0,77 kvt W=0,77 kvt x 24s x 360g =6653 kvts 3600 kvts x 0.07=252 manat 3053 kvts x 0,11=335,83 manat olmaqla, cəmi: 252 manat+335,83 manat=587,83 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə Goranboy EŞ-nin əməkdaşları E.Nuriyev, E.Orucov və S.Musayev tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacın giriş xəttini kəsərək işlədiciləri birbaşa şəbəkəyə qoşaraq işlətməsi faktı aşkar edilmişdir. Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” ilə ölçü aparıldıqda faktiki istehlak olunan enerjinin gücünü 0.099 kvt təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı Cavabdeh barəsində Akt R № 259599 saylı akt tərtib edilmişdir. Akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 365 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 717,95 manat təşkil edən 6071 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə Goranboy EŞ-nin əməkdaşları Ə.Muradov, E.Orucov və S.Musayev tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatı nəzarət qaydasında yoxlanılarkən abonentin sayğacın giriş-çıxış xətlərini kəsərək enerjidən kənar xətt vasitəsi ilə istifadə etməsi faktı aşkar edilmişdir. Pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Cavabdeh barəsində EEİQ-nın tələblərinə uyğun olaraq akt R № 262848 saylı akt tərtib edilərək 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 102,96 manat təşkil edən 792 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2022-ci il tarixdə Goranboy EŞ-nin əməkdaşları M.Məmmədov, Ş.İbrahimov və S.Musayev tərəfindən Cavabdeh yaşadığı evin elektrik enerjisi ilə təchizatına baxış keçirilərkən sayğacın giriş kabelinin kəsilməsi və sayğacın sxemdən çıxarılaraq işlədicilərin kənar xətt vasitəsi ilə şəbəkəyə qoşulduğu müəyyən edilmişdir. Faktla əlaqədar Cavabdeh barəsində Akt R № 271844 saylı akt tərtib edilərək 150 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 294,84 manat təşkil edən 2268 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. xx.xx.2023-cü il tarixdə Goranboy EŞnin əməkdaşları Ə.Muradov, A.Nəsibov və S.Musayev tərəfindən Cavabdeh yaşadığı evin enerjisi ilə təchizatına baxış keçirilərkən sayğacın giriş xəttinin kəsilməsi və enerjidən kənar xətt vasitəsi ilə istifadə olunması aşkar edilmişdir. Aşkar edilmiş fakta görə Cavabdeh barəsində Akt R № 283755 saylı akt tərtib edilmişdir. Akta əsasən sutanın 24 saatı nəzərə alınaraq 30 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 176,80 manat təşkil edən 1360 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən qanunsuz (Kənar xətt vasitəsi ilə) istifadə etdiyinə görə 2795,34 manat məbləğində debitor borcu yaranmışdır. Borcun yaranması cavabdehin Goranboy EŞ-nin “Proqram bazasT’nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında “ məlumatda öz təsdiqini tapır. Tərəfindən Cavabdeh yaşadığı ünvana 10 iyul 2023-cü il tarixli 38 №-li Pretenziya göndərilərək həmin tarixə X1yə görə yaratmış olduğu 2795,34 (iki min yeddi yüz doğsan bes manat otuz dörd qəpik) manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi,əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.Cavabdeh xx.xx.2023-cü il tarixdə ona ünvanlanmış “Pretenziya”nı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş- xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq o ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASC-yə 2795,34 (iki min yeddi yüz doğsan bes manat otuz dörd qəpik) manat məbləğində ziyan vurmuşdur. Qeyd olunanlar Goranboy EŞ-nin ’’Proqram bazasf’nda qeydiyyatda olan istehlakçı kodu üzrə “İstehlak edilmiş elektrik enerjisinin miqdarı,dəyəri və ödənişini əks etdirən” Abunə haqqında məlumatda öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilən məbləğ həddindən artıq çoxdur və onun bu qədər borcunun yaranması mümkünsüzdür. Eyni zamanda bildirir ki, o, kənar xətdən bir neçə dəfə məcbur qalaraq istifadə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Goranboy EŞ-nin ilə Cavabdeh arasında bağlanmış 616343 nömrəli “enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının bir tipli” müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC istehlakçının elektrik enerjisi ilə təmin etmək, istehlakçı isə, "xxxx" ASC tərəfindən ona ötürülən elektrik enerjisini dəyərini ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 08 fevral 2023-cü il tarixli seriyalı 283755 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00930) Goranboy rayonu Səfikürd kəndində yerləşən sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 283755 nömrəlii icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00930) Goranboy rayon Səfikürd kəndində sayğacdan kənar çəkilmiş xətt ləğv edilmiş və 176,8 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli seriyalı 271844 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00930) Goranboy rayonu Səfikürd kəndində yerləşən sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 271844 nömrəlii icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00930) Goranboy rayon Səfikürd kəndində sayğacdan kənar çəkilmiş xətt ləğv edilmiş və 294,84 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli seriyalı 262848 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00930) Goranboy rayonu Səfikürd kəndində yerləşən sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş 262848 nömrəlii icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00930) Goranboy rayon Səfikürd kəndində sayğacdan kənar çəkilmiş xətt ləğv edilmiş və 102,96 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli seriyalı 259599 nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh (abonent kodu **********00930) Goranboy rayonu Səfikürd kəndində yerləşən sayğaca baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 259599 nömrəlii icra vərəqəsindən görünür ki, istehlakçı Cavabdeh (abonenti kodu **********00930) Goranboy rayon Səfikürd kəndində sayğacdan kənar çəkilmiş xətt ləğv edilmiş və 717,95 manat məbləğində borcu yaranmışdır; "xxxx" ASC tərəfindən verilmiş pretenziya məktubundan görünür ki, Cavabdeh X1yə görə yaranmış 2795,34 manat məbləğində borcun 7 gün ərzində təmin edilməsi xahiş edilmiş, əks tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, Cavabdehnın borcu 2810,95 manat təşkil edir; DVD-diskdən görünür ki, abonentin sayğacına baxış keçirilmiş, baxış zamanı bonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən olunmuşdur; Hökümət ödəniş portalının xx.xx.2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 47,96 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy EŞ-nin əməkdaşları tərəfindən Goranboy rayon, Xanqərvənd kəndində elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1 qaydalarına riayət edilməsi vəziyyətini yoxlayarkən Goranboy rayon, Səfikürd kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi aşkar edilmiş və buna dair akt tərtib olunmuşdur. Nəticədə cavabdehin "xxxx" ASC-yə 2009,46 manat məbləğində debitor borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddədə isə qeyd edilir ki, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə Müqavilə bağlanmış, bundan sonra iddiaçı "xxxx" ASC tərəfindən cavabdehin evində elektrik enerjisinin sayğacı quraşdırılmış və abonentin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə X1 qaydalarını pozmuş, bununla da "xxxx" ASC-yə ziyan vurmuşdur. X1 Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plonıb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox otmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbu/edici/ərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. ” 8.17-1-ci bəndinə əsasən “ istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşuldaqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.” 8.17-2-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Məhkəmə, iddia tələbinin ödənilmiş 47,96 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən əvəzi tutulmalı olan ödənilmiş dövlət rüsumunun məbləği 40,10 (qırx manat on qəpik) manat məbləğində müəyyən edilməli və 7,86 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2009,46 (iki min doqquz manat qırx altı qəpik) manat borc və ödənilmiş 40,10 (qırx manat on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2009,46 (iki min doqquz manat qırx altı qəpik) manat borc və ödənilmiş 40,10 (qırx manat on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyirinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2359/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2359/2023
29.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver