Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-238/2024 22.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 1800 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, Cavabdeh həmkəndlisi Faiq vasitəsi ilə tanımışdır. Belə ki, Faiq traktor işlədir. Onun da torpaq sahəsini əkib, səpib, becərmişdir. Onun Faiqə 1800 manat borcu yaranmışdır. O taxılı biçib Faiqə olan borcunu verməyi nəzərə tutmuşdur. Faiq ondan hər gün borcunu istəmiş, o da məhsulu satıb pulunu qaytaracağını bildirmişdir. Faiq Cavabdeh onlara göndərmiş, 3 ton taxılı kiloqramı 60 qəpikdən Abasa satmışdır. Cavabdeh ona bildirmişdir ki, taxılın pulunu, yəni 1800 manatı on günə ona verəcəkdir. Cavabdeh pulu tələb etsə də cavabdeh pulu verəcəyini, lazim gələrsə notarial qaydada borcu olduğunu yazmağa hazır olduğunu bildirmişdir. Onun vəsiqəsi üstündə olmadığından X1 1800 manat borcunun olduğuna dair notarial qaydada müqavilə yazmışdır. Lakin cavabdeh halhazıradək taxılın pulunu ona qaytarmamışdır. Buna görə də Cavabdeh 1800 manat pulun və ödənilmiş 38 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, İddiaçı sahəsində tarktorist kimi işləmişdir. O da taxılını satıb ona olan borcunu ödəyəcəyini bildirmişdir. İddiaçı taxılı 1800 manata Cavabdeh satmışdır. İddiaçı 1800 manatı taxılın pulunu aldıqda onun borcunu verəcəyini bildirmişdir. Cavabdeh onun yanında 1800 manat pulu ödəyəcəyini, lazım gələrsə notarial qaydada bunu təsdiq edəcəyini bildirmişdir. İddiaçı vəsiqəsi üstündə olmadığından formal olaraq onunla Cavabdeh arasında 1800 manat borcunun olmasına dair notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o sürücüdür. O, sadəcə 3 ton taxılı İddiaçı ünvanından götürərək öz yük maşını ilə Cavabdeh ünvanına daşıyıb aparmışdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh X2 1800 manat borc almış, xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 21269 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçını izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı taxıl almış, buna görə 1800 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər bu barədə şifahi razılaşmışlar. Cavabdeh iddiaçıdan götürdüyü taxılın pulunu ödəməyi öhdəsinə götürsə də ödəməmiş, borcunun olduğunu təsdiq edən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Cavabdeh İddiaçı taxıl götürməsi və onun dəyəri olan 1800 manat pulu ödəməyi öhdəsinə götürməsi iş üzrə mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Beləliklə iddiaçı və cavabdeh arasında yaranan münasibətlər alğı-satqı, öhdəlik münasibətləridir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri, qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul və ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 manat məbləğində pul və ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-238/2024
Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-238/2024
22.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver