Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-241/2023 31.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ömərova (Şirinova) Əfsanə Altay qızına qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, qızları X9 və X10 ilə hər həftənin şənbə və bazar günləri səhər saat 11:00-dan axşam saat 20:00-dək onunla ünsiyyətdə olmaq hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh X8 ilə nikahı Goranboy rayon Tap Qaraqoyunlu kənd icra nümayəndəliyində xx.xx.2015-ci il tarixdə rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı iki uşağı olmuşdur. “Nikahın pozulması tələbinə dair” X3 iddia ərizəsi üzrə mülki işə baxan Goranboy Rayon Məhkəməsinin (hakim Taleh Mustafayev) 12 oktyabr 2022-ci il tarixli 2(045)-1547/2022 saylı qətnaməsinə əsasən X8 ilə arasında nikah pozulmuş, birgə nikahdan olan uşaqları X4 və X5 anaları X3 himayəsində saxlanılmaları və onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabiq pul məbləğində alimentin ondan tutularaq X6 ödənilməli olması qət edilmişdir. Cavabdehlə birgə nikahdan olan uşaqları Mələk və Aylin Ömərovalar hazırda Goranboy rayonu Tap Qaraqoyunlu kəndində anaları X3 yanında yaşayırlar. Lakin cavabdeh Ömərova Əfsanə ona uşaqları ilə ünsiyyətdə olmaq, görüşmək və qayğılarına qalmalarına imkan vermir, məhkəmə qərarı olmasa, ona uşaqları ilə ünsiyyətdə olmağa icazə verməyəcəyini qəti olaraq bildirir. Hazırkı mübahisənin məhkəmədən kənar-“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediatorun vasitəçiliyi ilə həlli məqsədi ilə onun tərəfindən təşəbbüs göstərilərək Gəncə 1 saylı Mediasiya Təşkilatı vasitəsi ilə mediasiya prosesi başladılmışdır. Lakin cavabdeh Əfsanə Ömərova heç bir üzürlü səbəb olmadan ilkin mediasiya sessiyasında iştirak etmək üçün gəlməmiş, bununla da mübahisənin məhkəmədən kənar və qarşılıqlı razılaşma yolu ilə həllindən imtina etdiyini nümayiş etdirmişdir. Bu səbəbdən mediasiya xidmətinə görə qanunla müəyyənləşdirilmiş 50 (əlli) manat məbləğində rüsum da onun tərəfindən birtərəfli qaydada ödənilmişdir. O da ata olaraq hesab edir ki, qızları Mələk və Aylin ilə ünsiyyətdə olmaq valideyn kimi hüququ olmaqla bərabər, həm də uşaqların gələcək inkişafının, tərbiyəsinin və təhsilinin də xeyrinə olar. Uşaq yalnız anadan deyil, atadan da tərbiyə almalıdır, mənəvi cəhətdən yalnız anadan deyil, atadan da qidalanmalıdır, öyrənməlidir. Bu qız uşaqları üçün xüsusilə vacibdir, həm də bunu uşağın kiçik yaşlarından etmək lazımdır. Qızları Mələk və Aylinin onunla ünsiyyətdə olmasına onun tərəfindən maneçilik törədən heç bir səbəb yoxdur, spirtli içki içmir, heç bir zərərli vərdişi yoxdur, hətta siqaret də çəkmir. Uşaqları ilə daha çox ünsiyyətdə olmağın və müəyyən günlərdə onun yanında gecələməsi uşaqların ancaq xeyrinə ola bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Ömərova (Şirinova) Əfsanə Altay qızı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM-in) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 736653 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2016-cı ildə Goranboy rayonunda doğulmuş, atası İddiaçı, anası Cavabdehdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 894735 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2017-ci ildə Goranboy rayonunda doğulmuş, atası İddiaçı, anası X7r; Goranboy rayon Məhkəməsinin qanuni qüvvəsini almış 12 oktyabr 2022-ci il tarixli, 2(045)-1547/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı Sadıq oğlu ilə iddiaçı X8 arasında Goranboy rayon Tapqaraqoyunlu kənd icra nümayəndəliyində 22.05 2015-ci ı! tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 anaları X3 himayəsində saxlanılmış, cavabdeh İddiaçı Sadıq oğlundan xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci ıl təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 08 08.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulması qət edilmişdir; Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, adı çəkilən Komissiya xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 atası İddiaçı ilə ünsiyyətdə olmasını və görüş verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X3 birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Goranboy Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar cavabdehin yanında qalması və alimentin tutulması müəyyən edilmişdir. Uşaqlar hazırda cavabdehin himayəsindədir. İddiaçı ilə cavabdeh ayrı yaşayırlar. İddiaçı uşaqlarının inkişafı və tərbiyəsində yaxından iştirak etmək arzusundadır. İddiaçının əqli və fiziki cəhətdən sağlam olmadığı, habelə uşaqlara münasibətdə hər hansı mənfi təsirinin olması ilə bağlı hallar müəyyən edilməmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi ilə İddiaçı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olması yetkinlik çatmayanların hüquq və mənafeyinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Konstitusiyasının 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir; 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı və məhkəmə tərəfindən həyata keçirilir. 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir; 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarına dair BMT Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinə əsasən, iştirakçı dövlətlər təmin etməlidirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın. Həmin Konvensiyanın 3-cü maddəsinə görə, məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. “Valideyinlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 6/2011 nömrəli qərarına əsasən ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı sazişi bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) nümayəndəsinin iştirakı ilə onların yazılı rəyi və 10 yaşına çatmış uşağın fikri nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmələrin diqqətinə çatdırılsın ki, qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə, qanunvericiliyin yuxarıda sadalanmış müddəalarını əsas götürməklə İddiaçı azyaşlı övladları ilə ünsiyyət məsələsini araşdıraraq qeyd edir ki, tərəflər arasında olan münasibətlərin pozulması nəticəsində onların azyaşlı uşaqları cavabdeh X3 himayəsində qaldığı üçün iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən özündən ayrılıqda yaşayan övladları ilə ünsiyyətdə olmaq, onun tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Valideynlərin ayrı yaşaması onlardan hər birinin uşaqla bağlı hüquqlarına, o cümlədən ünsiyyət hüququna təsir etmir. İş üzrə Goranboy rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi, eləcə də iddiaçının övladları ilə ünsiyyət hüququnun həyata keçirilməsinə mane ola biləcək hər hansı səbəblərin müəyyən olunmadığı nəzərə alınmaqla iddiaçının ata kimi övladları ilə ünsiyyət hüququ təmin edilməlidir. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi qaydasına, yəni bu hüququn həyata keçiriləcəyi yerə, onun gününə və davam etmə müddətinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu zaman ilk növbədə uşaqların mənafeyi, o cümlədən valideynlərin hər ikisinin iş və məişət rejimi, onların münasibətlərindəki gərginlik və mübahisənin müəyyən olunmuş diqqətəlayiq digər halları nəzərə alınmaqla ünsiyyət qaydası mümkün qədər elə müəyyən edilməlidir ki, uşaqların yanında olmayan digər valideyn özünün ən əsas hüquqlarından biri olan övladları ilə ünsiyyət imkanından maksimum istifadə edə bilsin. Məhkəmə, hazırkı mübahisənin həlli zamanı, ilk növbədə azyaşlı uşaqların hüquqlarını və mənafeyini nəzərə almağı zəruri hesab edir. Eyni zamanda, tərəflərin bir-biri ilə ziddiyyətli münasibətlərini və iddiaçının uşaqlara münasibətdə hər hansı mənfi təsirinin müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının uşaqları ilə görüşü ananın iştirakı olmadan keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü saat 12:00-dan saat 20:00-dək və bazar günü saat 12:00-dan saat 17:00-dək cavabdeh Ömərova (Şirinova) Əfsanə Altay qızının iştirakı olmadan müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günü saat 12:00-dan saat 20:00-dək və bazar günü saat 12:00-dan saat 17:00-dək cavabdeh Ömərova (Şirinova) Əfsanə Altay qızının iştirakı olmadan müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-241/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-241/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver