Məhkəmə qərarları › İş №2(045)-246/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-246/2024

16.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-246/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı icra məmuru X8, Cavabdeh X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh X4 qarşı “cavabdeh (məhkum) tərəfindən istismara yararsız hala salınmış elektron nəzarət vasitəsinin dəyəri 2277.4 manat pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (məhkum) Cavabdeh tərəfindən yararsız hala salınmış elektron nəzarət vasitəsinin dəyəri 2277.4 manat (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) pulun cavabdehdən alınaraq Ədliyyə Nazirliyinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Naftalan Şəhər Məhkəməsi tərəfindən verilmiş *(052)-0*8/2022 saylı *0.**.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *0.02.2023-cü il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum Cavabdeh İddiaçınə dəvət olunaraq *0.02.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) Cavabdeh ayağına elektron qolbağ 2*.02.2023-cü il tarixdə bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh artıq 09 aydan artıq müddətdir ki, elektron nəzarət vasitələri ilə nəzarət olunur. Lakin, bu bir neçə ay ərzində cavabdeh (məhkum) Cavabdeh elektron nəzarət vasitəsini qorumaq vəzifəsini pozmuşdur. Belə ki, Cavabdeh “Attenti” markalı mobil qurğunu ehtiyatsızlıq edərək hündür dam örtüyünə çıxaraq üzərindən yerə salmış və nəticədə mobil qurğu sınaraq yararsız hala düşmüşdür. “Attenti” markalı elektron nəzarət vasitəsindən biri sındıqda isə başqa elektron nəzarət vasitəsi ilə koplektləşmədiyi üçün elektron nəzarət vasitəsinin tam dəyəri tələb olunur. Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsinin təqdim etdiyi arayışdan görünür ki, həmin elektron nəzarət vasitəsinin dəyəri 2277.4 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi icra məmuru X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbini qəbul edərək bildirdi ki, Naftalan Şəhər Məhkəməsi tərəfindən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, “Attenti” markalı mobil qurğunu ehtiyatsızlıq edərək hündür dam örtüyünə çıxaraq üzərindən yerə salmış və nəticədə mobil qurğu sınaraq yararsız hala düşmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Naftalan Şəhər Məhkəməsi tərəfindən verilmiş *(052)-0*8/2022 saylı *0.**.2022-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikası CM-in 234.*-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X3 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və s. vəzifələr qoyulmuşdur; 22.**.2022-ci il tarixli elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış zamanı müəyyən olunmuşdur ki, “Atenti” V6 mobil qurğunun komplektasiyası pozulmuş, komplektə daxil olan TX 700 qolbağı və kabura aşkarlanmamış, qurğu zərbəyə məruz qaldığı səbəbdən işlək vəziyyərdə deyil, həmçinin adaptorun qırıq olması və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir; Ədliyyə Nazirliyi Maliyyə Təminat İdarəsi tərəfindən verilmiş D-8/*3* nömrəli, 06 avqust 202*-ci il tarixli məktubundan görünür ki, sadə elektron qolbağ mobil nəzarət qurğusu (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) və ağıllı elektron qolbağ (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazla) 2277,4 manat müəyyən edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Naftalan Şəhər Məhkəməsi tərəfindən verilmiş *(052)-0*8/2022 saylı *0.**.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.*-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hökmün icrası barədə göstəriş İddiaçı icraatına *0.02.2023-cü il tarixdə daxil olduqdan sonra hökmün icraata qəbul edilməsi barədə müvafiq məhkəməyə məlumat verilmişdir. Bundan sonra məhkum X* Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq 2*.02.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Cavabdeh (məhkum) X3 ayağına elektron qolbağ bağlanmış və mobil qurğuda ona təhvil verilmişdir. Cavabdeh (məhkum) X5 cəzasını çəkən müddətdə mobil qurğunu ehtiyatsızlıq edərək hündür dam örtüyünə çıxaraq üzərindən yerə salmış və nəticədə mobil qurğu sınaraq yararsız hala düşmüşdür. Odur ki, cavabdeh (məhkum olunmuş şəxs) X2 mobil qurğunun dəyəri tam olaraq 2277,4 manat pulu alınıb Ədliyyə Nazirliyinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması iləəlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə, cavabdehin dəlili üzrə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ona təhvil verilmiş elektron nəzarət sisteminin yararsız vəziyyətə düşməsinə görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 2*.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; *096.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir (hərəkət və ya hərəkətsizlikdir); *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*8-ci il *0 aprel tarixli, *44 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o, yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; **9.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, məhkəmə prosesi zamanı cavabdeh tərəfindən xüsusi proqram təminatlı mobil nəzarət qurğusunun yararsız vəziyyətə salınmasına görə iddiaçıya 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat zərərin vurulması təsdiq edilmiş, iddiaçının zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehdən dəymiş zərərin əvəzi üzrə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə tutulmalı, yəni iddia təmin edilməlidir. Həmçinin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.*.2, 9.*.*4 və 9.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, cavabdehdən dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olununlara əsasən MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xeyrinə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutulsun. Cavabdeh X2 dövlət büdcəsinə 42,77 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar