Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-25/2025 23.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkilləri Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh* iştirakı ilə, İddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3nə (* saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı* Saburəddin oğlu, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 məxsus daşınmaz əmlakların bağışlanması haqqında *2.03.202*-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilə əsasında Cavabdeh* verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar - İddiaçı*, İddiaçı2, İddiaçı3 və İddiaçı4 *7.04.2023-cü il tarixdə vəfat etmiş X4 övladları olmaqla onun birinci növbə vərəsələridir. Onların anası ilə atası uzun illər öncə boşanmış və həmin vaxtdan etibarən onlar atalarından ayrı yaşamışlar. Onların ataları X*2 vəfat etdikdən sonra onlar qanun üzrə vərəsə olmaqla mirasda məcburi paya və həmin payın atasının mülkiyyətində olmuş miras əmlak(lar) hesabına tamamlanması ilə bağlı niyyətlərini ifadə etmişlər. Lakin, atalarına məxsus olmuş Goranboy rayonu, Qaradağlı kəndində yerləşən daşınmaz əmlakların ataları tərəfindən nəvəsinə bağışlanması barədə şifahi məlumat əldə etdiklərindən bu məsələni dəqiqləşdirmək üçün müvafiq vəkil sorğularının hazırlanıb göndərilməsi məqsədilə ‘‘Qanunçuluq" Vəkil Bürosunun vəkili ilə müqavilə bağlamışlar. Vəkil tərəfindən Cavabdeh3nə göndərilmiş xx.xx.2023-cü il tarixli, 54 nömrəli sorğuya cavab olaraq daxil olmuş *0.08.2023-cü il tarixli, 240 nömrəli məktubdan iddiaçılara məlum olmuşdur ki, * saylı Gəncə “Asan Xidmət” Mərkəzində notariat ofisində *2.03.202*-ci il tarixdə 4Ə-586 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 rayonu Qardağlı kəndi ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini nəvəsi Cavabdeh* bağışlamışdır. Bu müqavilə X4 əvəzinə Cavabdeh3 tərəfindən *5.*2.2020-ci il tarixdə 7E-3684 reyestrlə rəsmiləşdirilmiş etibarnamə əsasında əmlakın bağışlandığı Cavabdeh* atası Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan sonra vəkil tərəfndən * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə göndərilmiş 3*.08.2023-cü il tarixli, *00 nömrəli sorğuya cavab olaraq daxil olmuş *2.09.2023-cü il tarixli, 2629 nömrəli məktubla *2.03.202* -ci il tarixli 4Ə-586 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsi işinin içərisində olan bütün sənədlər təsdiqlənərək onlara verilmişdir. Verilmiş sənədlər öyrənildikdən sonra onlar *2.03.202*-ci il tarixli 4Ə-586 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsinin aşağıda qeyd olunacaq dəlillərə görə etibarsız sayılması və həmin müqavilə əsasında verilmiş daşınmaz əmlaklar barədə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı çıxarışın ləğv edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Onların atası X*2 həm 2020-ci ilin dekabrında etibarnamə verdiyi, həm də 202*-ci ilin martında əqd bağladığı zaman fəaliyyət qabiliyyəti olsa da, öz hərəkətlərinə rəhbərlik edə bilməyən vəziyyətdə olmuşdur. Belə ki, X*2 təxminən 20*9-cu ildən etibarən ALS - X*6 xəstəliyindən əziyyət çəkməyə başlamış və həmin xəstəlik müntəzəm olaraq şiddətlənmişdir. 2020-ci ilin ikinci yarısında onun əl-qol və ayaqlarında tutulmalar artmış, hərəkətliliyində ciddi fəsadlar yaranmış, danışma və fikrini çatdırmada ciddi çətinliklər və pozuntular yaranmışdır. "xxxx" MMC-dən verilmiş X4 “Elektroneyromioqrafıya” müayinəsinin nəticələri ilə bağlı *2.**.2020-ci il tarixli epikrizdən görünür ki, X5 müşahidə edilən əlamətlər motor neyron və onların aksonlarının generalizə olunmuş zədələnməsi (ALS) lehinədir. Açıq onlayn tibbi resurslarda yerləşdirilmiş məlumatlara əsasən, ALS xəstəliyinin ilkin əlamətləri qol və ayaqlarda kəskin gücsüzlük, danışmanın pozulması, qıc olmadan ibarətdir. Xəstəlik zamanla şiddətləndikcə digər çoxsaylı simptomlar, o cümlədən halsızlıq və zəiflik, qollara və əllərə nəzarətin itirilməsi, yazı yazmaq qabiliyyətinin zəifləməsi, xroniki yorğunluq, danışığın zəifləməsi, pəltəklik, kəlmələri doğru tələffüz etməmə, nəfəs darlığı və hətta hərəkət edə bilməmə (iflic) ortaya çıxa bilir. ALS xəstəliyinə düçar olmuş şəxsin yatağa bağlı hala gəlməsi də mümkündür. X*2 *7.04.2023-cü il tarixdə ölmüş, ölüm haqqında şəhadətnamədə onun ölüm səbəbi kimi durğunluq ürək çatışmazlığı göstərilmişdir. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tərtib edilmiş “ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə Klinik Protokol-a əsasən durğunluq ürək çatışmazlığı XBT-*0 üzrə təsnifata uyğun olaraq *50.0 kodu ilə göstərilməklə ürək çatışmazlığının bir növüdür və spesifik əlamətlərə malik olan xəstəlikdir. Həmin əlamətlər arasında xəstənin xroniki yorğunluğu, təngənəfəsliyi, ümumi durğun vəziyyətə düşməsi, hərəkətsizliyi və digər oxşar hallar vardır ki, bu da X4 ölümündən əvvəlki dövr ərzində ALS xəstəliyindən əziyyət çəkməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Digər tərəfdən işin faktiki hallarından görünür ki, X4 öz kürəkəni Cavabdeh2 etibarnamə verdiyi tarixlə (*5.*2.2020), X7 məxsus daşınmaz əmlakların sonuncu tərəfindən nəvəsinə bağışlaması haqqında müqavilənin tarixi (*2.03.202*) arasında cəmi 03 (üç) ay fərq var. Belə olduqda sual yaranır ki, əgər X*2 özünün könüllü iradə ifadəsinə uyğun olaraq ona məxsus olan daşınmaz əmlakları öz nəvəsi Cavabdeh* bağışlamaq niyyətində idisə bunu niyə özü birbaşa şəkildə həyata keçirməmişdir? Bu cavabsız sual ona dəlalət edir ki, X*2 bir tərəfdən 2020-ci ilin sonunda və 202*-ci ilin əvvəllərində öz hərəkətlərinə rəhbərlik edə bilən vəziyyətdə olmamış, digər tərəfdən ona məxsus olmuş daşınmaz əmlakların bağışlanması ilə bağlı əqd onun zəruri və yetərli iradə ifadəsini əks etdirməmişdir. X7 məxsus olan şəxsiyyət vəsiqəsində əks olunmuş sonuncuya məxsus imza ilə kürəkəni Cavabdeh2 verilmiş *5.*2.2020-ci il tarixli etibarnamədə X4 adının qarşısındakı imza arasında kəskin fərq mövcuddur. Eyni zamanda həmin etibarnamənin verilməsi ilə əlaqədar “Elektron notariat" X* çıxarışdan görünür ki, etibarnamənin verilməsi ilə əlaqədar notariat hərəkət edilərkən X4 və Cavabdeh2 fotoşəkilləri çəkilməyib. Halbuki “Notariat hərəkətlərinin aparılması qaydası haqqında" Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin **.09.2000-ci il tarixli *67 nömrəli qərarının *3-* bəndinin müddəalarına əsasən, barəsində notariat hərəkəti aparılmış şəxslərin (və ya onları təmsil edən səlahiyyətli nümayəndələrin) fotoşəkli notariat hərəkətinə dair sənəddə əks olunur. Qeyd edilən *3-*-ci bənd ** iyun 20*8-ci il tarixli 26* nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Notariat hərəkətlərinin aparılması qaydası haqqında" Təlimata əlavə edilmişdir. Yəni, **.06.20*8-ci ildən etibarən notariat ofisləri, o cümlədən Cavabdeh3 tərəfindən notariat hərəkəti aparılmış şəxslərin fotoşəkilləri həmin hərəkətə dair sənədə əlavə edilməli idi. İddiaçı tərəfin əldə etdiyi şifahi məlumat ondan ibarət olmuşdur ki, Goranboy Notariat Ofisində fotoşəkillərin notariat hərəkətinə dair sənədə əlavə edilməsi üçün texniki imkanlar mövcuddur və Nazirlər Kabinetinin Qərarına uyğun olaraq fotoşəkillər notariat hərəkətinə dair sənədlərdə əks olunur. Belə olduğu halda hazırkı mübahisənin predmeti olan etibarnamə üzrə *5.*2.2020-ci il tarixdə barəsində notariat hərəkətlərinin aparıldığı şəxslərin fotoşəkillərinin həmin hərəkətin aparılmasına dair sənəddə əks olunmaması, eyni zamanda imzalar arasında aydın şəkildə görünən kəskin fərq etibarnamənin X*2 tərəfindən verilmədiyinə və cavabdehlər Cavabdeh2 və Goranboy Notariat Ofisinin saxta notariat hərəkətinin edildiyinə dəlalət edir. Nəticə etibarilə bu hərəkət də *2.03.202*-ci il tarixdə Gəncə * saylı “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiqlənmiş bağışlanma müqaviləsinin etibarsızlığı üçün əsaslardan biri kimi çıxış edir. Yuxarıda qeyd olunan iki dəlil həm də onu göstərir ki, X4 nümayəndəsi kimi çıxış edərək bağışlanma müqaviləsinə imza atan Cavabdeh2 ilə müqavilənin digər tərəfi kimi çıxış edən Cavabdeh2 doğma qızı Cavabdeh* pis niyyətlə razılığa gələrək mübahisə predmeti olan *2.03.202*-ci il tarixli müqaviləni bağlamışlar. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 4Ə528 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyində mülki prosessual qanunvericilik tələblərinə zidd olaraq aparılmış tədqiqatların müfəssəl təsviri və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməmişdir. Belə ki, iddiaçılar tərəfindən “X*0”ndən əldə edilmiş rəylə hazırki rəy əsasında açıq ziddiyyət təşkil edir. Göründüyü kimi iş materiallarında eyni sənəddə icra edilmiş imza və yazılarla bağlı iki fərqli, bir-birini təkzib edən rəylər mövcuddur. Ona görə də, təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, X*2 onun dayısıdır və rəhmətə getmişdir. Belə ki, *2.03.202*-ci il tarixdə X3 rayonu Qardağlı kəndi ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini nəvəsi Cavabdeh* bağışlamışdır. Keçirilmiş məhkəmə ekspertizasının rəyindən də görünür ki, həmin imza Sabrəddin Əliyev tərəfindən icra olunmuşdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh* iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh3nə və üçüncü şəxs * saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişlər və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş AZ-İ seriyalı *47244 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 0* iyul *985-ci ildə Qasım-İsmayılov rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X*8r; Qasım-İsmayılov rayonu, Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş İX-ЖГ seriyalı 484980 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı* xx.xx.*984-cü ildə Qasım-İsmayılov rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X*8r; Qasım-İsmayılov rayonu, Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş Xİ-ЖГ seriyalı 400954 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Sabirəddin oğlu xx xxx *986-cı ildə Qasım-İsmayılov rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X*8r; Qasım-İsmayılov rayonu, Qaradağlı kənd sovetliyi tərəfindən verilmiş Xİİ-ЖГ seriyalı 436232 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx xxxxxxxx *987-ci ildə Qasım-İsmayılov rayonu, Qaradağlı kəndində doğulmuş, atası X*2, anası X*8r; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında elektron şəhadətnamədən görünür ki, X*2 *2.05.2023-cü il tarixdə “durğunluq ürək çatmamazlığı” səbəbindən ölmüşdür; Goranboy rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 6*8*34 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh* xx xxxxxxx 2004-cü ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh2, anası X8r; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Qaradağlı kəndində yerləşən 0.24 ha torpaq sahəsi və *54.50 kv.m fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 26 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır; Goranboy rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-Ə seriyalı 539968 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 ilə X*3 arasında nikah 25 dekabr 2009-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Əliyeva” soyadı verilmişdir; X*5 tərəfindən verilmiş ərizədən görünür ki, o, ünvan 2ində yerləşən fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir; Məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, mərhum X*2 202*-ci il tarixdə keçirilmiş toy mərasimində iştirak etmiş, həmin toyda sərbəst və müntəzəm şəkildə öz fikir-iradəsini ifadə edərək, hərəkət və davranışlarına rəhbərlik etmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş **.*2.2023-cü il tarixli, 3-*6- 5/8-*3-794-2023 nömrəli məktubdan görünür ki, X7 məxsus AZE seriyalı 0*709277 nömrəli şəxsiyyət vəsiqəsi şöbənin arxivində saxlanmamış və şəxsiyyət vəsiqəsi Gornaboy rayon Polis Şöbəsinə təhvil verilmişdir; Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş 20.*2.2023-cü il tarixli, 3-*3-75/2- 22599/2023 nömrəli məktubdan görünür ki, mərhum X7 məxsus AZE-0*709277 saylı vəsiqə, *0.06.2023-cü il tarixdə yandırılma yolu ilə məhv edilmişdir; Cavabdeh3 tərəfindən verilmiş *3.*2.2023-cü il tarixli, 64 nömrəli məktubundan görünür ki, yalnız 0*.0*.2022-ci il tarixdən etibarən “Elektron notariat” informasiya sistemi vasitəsilə bütün notariat sənədlərinin tərtibi zamanı şəxslərin fotoşəkillərinin çəkilərək məlumat bazasında saxlanılmasına məcburi qayda tətbiq edilmişdir və həmin tarixdən halhazıradək buna ciddi riayət olunur; JN 376A, Kod 509**0*8 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 25 aprel *998-ci il tarixli, 25 saylı qərarına əsasən 0.24 hektar torpaq sahəsi Goranboy rayon Qaradağlı kənd sakinləri X*4, X*3 və X9 mülkiyyətinə verilmişdir; Goranboy rayon Məhkəməsinin 2(045)-*5*8/2020 nömrəli, 0* dekabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, Goranboy rayon Qaradağlı kəndində yerləşən 0.24 ha pay torpaq sahəsinin mülkiyyətə verilməsi barədə JN-376A KOD 509**0*8 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X7 da məxsus olması faktı müəyyən edilmişdir; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş 2-45-*5RA/2-M-57/*/2024 nömrəli arayışdan görünür ki, rayonun Səməd Vurğun adına kolxozunun rayon Dövlət Arxivində mühafizə olunan şəxsi heyət üzrə əmək haqqı cədvəlləri kitablarında 03.05.*99*-ci ildə anadan olmuş X4 işləməsi haqqında hər hansı məlumat və qeyd aşkar olunmamışdır; *2 mart 202*-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması müqaviləsi”ndən görünür ki, X3 rayonu, Qaradağlı kəndində yerləşən, ümumi sahəsi 0.24 ha torpaq sahəsinin birgə mülkiyyət üzrə və ümumi sahəsi *54.4 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən nəvəsi olan (hədiyyə alan) Cavabdeh* bağışlamışdır; X*0 tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, *60 nömrəli mütəxəssis rəyindən görünür ki, *5 dekabr 2020-ci il tarixli etibarnamədə, X4 adından icra edilmiş “imza” və “X*2” sözləri X*2 tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli rəyindən görünür ki, X4 adından olan AR-İİ № *30720 nömrəli *5.*2.2020-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza və “Əлиjев Сабирəддин Баjраm оглу” yazıları X*2 tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatın dəyəri *27 manat təşkil etmişdir. Məhkəmə prosess iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X*2 *2.03.202*-ci il tarixdə 4Ə-586 reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini nəvəsi Cavabdeh* bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2ində yerləşən 0.24 ha torpaq sahəsi və *54.40 kv.m fərdi yaşayış evi Cavabdeh* adına daşınmaz əmlakın dövlət reyestrində *82*007760 qeydiyyat nömrəsi ilə 03.02.202*-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçılar ataları tərəfindən verilmiş etibarnamənin onun tərəfindən verilmədiyini, onun öz hərərkətlərinə rəhbərlik edə bilməyən vəziyyətdə olmasını, bununla da, cavabdehlərin saxta notariat hərəkətinin aparıldığını bildirərək bağışlama müqaviləsinin etibarsız sayılmasını və çıxarışın ləğv edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh* və Cavabdeh2 isə iddia tələbini qəbul etməyərək rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.*-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 66*.*-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 667.*-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın; 668.*-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır; 670.*-ci maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Göründüyü kimi, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.*, 670.*, 670.3 və 673.*-ci maddələrinin şərh edilməsinə dair” *9 dekabr 20*2-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin *52.*-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...” İddiaçılar iddia ərizəsində qeyd olunan bağışlama müqaviləsinin bağlanan zaman mərhum X4 öz hərəkətlərinə rəhbərlik edə bilmədiyini, yəni mərhumun X*7 xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək, həmin bağışlama müqaviləsinin əslində Sabirəddin Əliyevin iradəsi ilə bağlanmadığını bildirərək, bu səbəbdən həmin müqavilənin etibarsız sayılmasını tələb etmişlər. Yəni, iddiaçılar iddia ərizəsində mərhun Sabirəddin Əliyevin qol və ayaqlarında kəskin gücsüzlük, danışmasının pozulması və qıc olmadan əziyyət çəkməsi, etibarnamə üzrə *5.*2.2020-ci il tarixdə barəsində notariat hərəkətlərinin aparıldığı şəxslərin fotoşəkillərinin həmin hərəkətin aparılmasına dair sənəddə əks olunmaması və imzalar arasında aydın şəkildə görünən kəskin fərq səbəbindən Cavabdeh2 verilmiş AR-İİ seriyalı *30720 nömrəli, *5.*2.2020-ci il tarixli etibarnamədə “imza” qrafasındakı imzanın mərhum X*2 tərəfindən icra edilmədiyini əsas gətirmişlər. Lakin məhkəmə iclasında bu hallar təkzibedilməz sübutlarla (Cavabdeh3 tərəfindən verilmiş *3.*2.2023-cü il tarixli, 64 nömrəli məktub, məhkəmə iclasında baxış keçirilmiş “CD” disk və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli rəyi) təsdiqlənməmiş, irəli sürülmüş tələbin dəlilləri əsassız və formal mülahizələrdən ibarət olduğundan, həmin müqavilənin qeyd edilən şərtlə bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. Halbuki, MPM-in 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə yuxarıda göstərilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə və alternativ ekspertiza mərkəzlərinin rəylərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, X4 adından olan AR-İİ № *30720 nömrəli *5.*2.2020-ci il tarixli etibarnamədə “İmza” qrafasındakı imza və “Əлиjев Сабирəддин Баjраm оглу” yazıları X*2 tərəfindən icra olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X*0 tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, *60 nömrəli mütəxəssis rəyində isə sözügedən etibarnamədə X4 adından icra edilmiş “imza” və “X*2” sözlərinin X*2 tərəfindən deyil, başqa bir şəxs tərəfindən bənzədilmiş formada icra edildiyi qeyd edilmişdir. Hər iki rəyin təsviri-əsaslandırıcı hissəsi öyrənilərkən məlum olur ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli ekspert rəyi X*0 tərəfindən verilmiş 24 sentyabr 2024-cü il tarixli, *60 nömrəli mütəxəssis rəyindən fərqli olaraq, məhkəmə tərəfindən ekspertiza mərkəzinə təqdim edilmiş mənbəyi bəlli bir neçə sənəd və materiallarda mərhum X7 məxsus olan qeydlər arasında aparılmış müqayisəli təhlil nəticəsində verilmişdir. Bu da öz növbəsində iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli ekspert rəyinin digər rəyə münasibətdə daha mötəbər olması qənaətinə gəlməsinə əsas verir. MPM-in *0*.3 və 206.*-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı 4/528 nömrəli, 07 mart 2025-ci il tarixli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab edir ki, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli daşınmaz əmlaka dair Cavabdeh* mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də təmin edilməməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Cavabdeh* adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair bağlanmış *2.03.202*-ci il tarixli bağışlama müqaviləsindən törənmişdir. Buna görə də, mübahisəli daşınmaz əmlaka dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair cavabdehin adına verilmiş dövlət reyestrindən çıxarış da ləğv edilməməlidir. MPM-in: *4.2-ci mаddəsinə əsаsən məhkəmə işə tərəflərin təqdim еtdikləri sübutlаr əsаsındа bахır və yаlnız оnlаrdаn istifаdə еdir; 77.*-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələbinin və еtirаzının əsаsı kimi göstərdiyi hаllаrı sübut еtməlidir; **5.0.*-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 2*7.2-ci mаddəsinə əsаsən qətnаmə mübаhisəli hüquq münаsibətinin yаrаndığı zаmаn qüvvədə оlmuş mаddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə оlаn prоsеssuаl hüquq normalarına uyğun çıxarılmalıdır; 2*7.3-cü mаddəsinə əsаsən qətnаmə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə bеlə nəticəyə ki, iddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3nə (* saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Ekspertiza tədqiqatının dəyəri olan – *27 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, X**: kod 2*0005, VÖEN: *40*55507*, müxbir hesab: AZ4*NABZ 0*360*0000**********, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: *70032662*, hesab: AZ34CTRE**********000208850*) köçürülməlidir. Göstərilənlərə əsаsən MPM-in 2*3, 2*6-220, 227 və 230-cu maddələrini rəhbər tutub, məhkəmə QƏT ЕTDİ: İddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh*, Cavabdeh2 və Cavabdeh3nə (* saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi üçüncü şəxs kimi göstərilməklə) qarşı “bağışlama müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan – *27 (bir yüz iyirmi yeddi) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçılar İddiaçı*, İddiaçı2 Sabirəddin oğlu, İddiaçı3 və İddiaçı4 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: *42595, büdcə səviyyəsinin kodu: 3, X**: kod 2*0005, VÖEN: *40*55507*, müxbir hesab: AZ4*NABZ 0*360*0000**********, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: *70032662*, hesab: AZ34CTRE**********000208850*) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-25/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-25/2025
23.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver