Məhkəmə qərarları › İş №2(045)-27/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-27/2023

14.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-27/2023 14.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6 və X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, X12, X3 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Goranboy rayonu Düzqışlaq Bələdiyyəsi üçüncü şəxs kimi göstərilməklə) “su arxının bərpa olunması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, X25, İddiaçı6, X21, X8 və X22 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən onların mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrini suvarmaq üçün su arxının cavabdehə məxsus torpaq sahəsindən keçən hissəsinin öz hesablarına bərpa olunması, cavabdehlərin buna hər hansı maneçilik törətmələrinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı X25 xx.xx.2022-ci il tarixdə öldüyündən Goranboy Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 2(045)-27/2023 nömrəli qərardadı ilə iş üzrə icraata ona aid hissədə xitam verilmişdir. İddiaçılar iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, cavabdehlər ataoğuldurlar, bir kənddə yaşayırlar. Həm həyatyanı torpaq sahələri, həm də mülkiyyətinə verilmiş kənd təsərrüfatı üçün pay torpaq sahələri qonşudurlar. Bir neçə ildir ki, qonşu kimi yaşayırlar. Həmişə yaxşı münasibətləri olmuşdur və heç vaxt aralarında qonşu kimi hər hansı söz-söhbət, narazılıq olmamışdır. Lakin, bu rahat qonşu münasibətləri bir neçə müddətdir ki, cavabdehlərin təqsiri üzündən pozulmağa başlamışdır. Belə ki, onlar həyətyanı torpaq sahələrini, bağlarını, eləcə də kənd təsərrüfatı təyinatlı torpaq sahələrini neçə illərdir ki, cavabdehlərin həyatyanı torpaq sahələrindən keçən su arxı vasitəsi ilə suvarmış, lakin cavabdehlər bu gün onları dədə-babadan qalmış su arxından istifadə etməyə qoymurlar. Su arxını dolduraraq orada tikinti işləri aparmaq istəmişlər və demişdirlər ki, “burada arx olmayıbdır”. Cavabdehlər bağlarını, təsərrüfatlarını suvarmağa onlara maneə olurlar. Halbuki, kəndin xəritəsində həmin yerdən su arxı keçdiyi aydın görünür. Düzqışlaq kənd bələdiyyəsinin verdiyi 25 fevral 2022-ci il tarixli, 11 saylı arayışdan da aydın olur ki, mübahisə olunan yerdə su arxı olmuşdur. Onlar qonşuları ilə münasibətləri korlanmasın deyə başqa yerdən özlərinə su və arx çəkdirmişlər. Lakin, bu mümkün deyildir, çünki onların həyətyanı və pay torpaq sahələri elə yerdə yerəşir ki, ora başqa yerdən su və arxın çəkilməsi mümkün deyildir. Cavabdehlər isə bunu başa düşmürlər. Hazırda istəyirlər ki, onların torpaq sahələrinə cavabdehlərin torpaq sahəsindən keçən su arxını öz hesablarına bərpa etsinlər və bərpa olunma işlərinə cavabdehlər tərəfindən olan maneə aradan qaldırılmalıdır. Lakin, cavabdehlərin təqsiri ucbatından bu mümkün deyildir, çünki cavdbehlər buna könüllü razı deyildirlər və su arxının bərpa olunmasına maneə olurlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında göstərdi ki, onun mülkiyyətində Goranboy rayonunun Düzqışlaq kəndində (əvvəlki Ağamalıoğlu kəndi) yerləşən torpaq sahəsi vardır. Lakin, o, torpaq sahəsini suvara bilmir. Həmçinin, cavabdehlərin də həmin kənddə, onların qonşuluğunda torpaq sahəsi vardır. Cavabdehlərin torpaq sahəsindən əvvəllər su arxı keçmişdir. Lakin, cavabdehlər sonradan həmin arxı ləğv etmiş və hazırda arxın yenidən bərpa olunmasına maneə yaradır. Öz hesabına həmin arxın bərpa olunmasını istəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı3 izahatında göstərdi ki, onun mülkiyyətində Goranboy rayonunun Düzqışlaq kəndində (əvvəlki Ağamalıoğlu kəndi) yerləşən torpaq sahəsi vardır. O, torpaq sahəsini suvara bilmir. Həmçinin, cavabdehlərin də həmin kənddə, onların qonşuluğunda torpaq sahəsi olsa da, cavabdehlər ona məxsus torpaq sahəsini suvarmaq üçün şərait yaratmır. Öz hesabına cavabdehlərə məxsus torpaq sahəsindən arxın çəkilməsini istəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 izahatında göstərdi ki, onun mülkiyyətində olan, Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən torpaq sahəsini suvarmaq üçün cavabdehlərə məxsus torpaq sahəsindən öz hesabına su arxı çəkdirmək istəyir. Bunu nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı6 izahatında göstərdi ki, Goranboy rayon Ağamalıoğlu bələdiyyəsinin 30 noyabr 2010-cu il tarixli, 12 nömrəli Qərarı ilə həmin kənddə (indiki Düzqışlaq kəndi) 0,08 ha torpaq sahəsi ona satılmışdır. Hazırda həmin torpaq sahəsindən istifadə edir. Lakin, o, torpaq sahəsini suvara bilmir. Bu səbəbdən cavabdehlərə məxsus torpaq sahəsindən öz hesabına su arxı çəkdirmək istəyir. Bunu alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında göstərdi ki, iş üzrə digər iddiaçı X25 onun atasıdır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində Goranboy rayonunun Düzqışlaq kəndində (əvvəlki Ağamalıoğlu kəndi) yerləşən torpaq sahəsi vardır. O özü də həmin torpaq sahəsindən istifadə edir. Lakin, o, torpaq sahəsini suvara bilmir. Həmçinin, cavabdehlərin də həmin kənddə, onların qonşuluğunda torpaq sahəsi vardır. Cavabdehlərin torpaq sahəsindən əvvəllər su arxı keçmişdir. Lakin, cavabdehlər sonradan həmin arxı ləğv etmiş və hazırda arxın yenidən bərpa olunmasına maneə yaradır. Öz hesabına həmin arxın bərpa olunmasını istəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 izahatında göstərdi ki, X23 onun əridir. X10 yataq xəstəsidir. Onların Goranboy rayonunun Düzqışlaq kəndində (əvvəlki Ağamalıoğlu kəndi) yerləşən torpaq sahəsi vardır. O özü də həmin torpaq sahəsindən istifadə edir. Cavabdehlərin də həmin kənddə, onların qonşuluğunda torpaq sahəsi vardır. Cavabdehlərin torpaq sahəsindən öz hesabına su arxının çəkilməsini istəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, o, Goranboy rayonunun Düzqışlaq kəndində yaşayır. Onun iddiaçılarla münasibəti hər zaman yaxşı olmuşdur. Lakin, son vaxtlar iddiaçılar ondan onun istifadəsində olan torpaq sahəsindən arxın çəkilməsini tələb edir. Onun torpaq sahəsindən əvvəldən su arxı keçməmişdir. Ekspert tərəfindən onun torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ona məxsus torpaq sahəsindən su arxı keçməmişdir. Əgər onun torpaq sahəsindən əvvəldən su arxı keçmiş olsaydı qonşuluq münasibətinə görə onun bərpa olunmasından imtina etməzdi. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, hazırda onun istifadəsində olan torpaq sahəsi X5 Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə ilə verilmişdir. O, X14 ilə öz aralarında alğı-satqı etsə də buna dair müvafiq çıxarış almamışdır. Lakin, həmin torpaq sahəsi hazırda onun və oğlu Cavabdeh2 istifadəsindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, Cavabdeh1 onun atasıdır. Atasının Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən torpaq sahəsi vardır. Onun iddiaçılarla münasibəti hər zaman yaxşı olmuşdur. Lakin, son vaxtlar iddiaçılar ondan atasına məxsus torpaq sahəsindən arxın çəkilməsini tələb edir. Həmin torpaq sahəsindən əvvəldən su arxı keçməmişdir. Ekspert tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, atasına məxsus torpaq sahəsindən su arxı keçməmişdir. Onun tərəfindən də iddiaçılara hər hansı maneə yaradılmamışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, hazırda atasının istifadəsində olan torpaq sahəsi X5 Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə ilə verilmişdir. Atası Kərimov X11 Hüseyn Musa oğlu ilə öz arasında alğısatqı etmişdir. Lakin, həmin torpaq sahəsi hazırda onun və atası Cavabdeh1 Rasim oğlunun istifadəsindədir. İş üzrə digər iddiaçılar X16, X17 və üçüncü şəxs Goranboy rayonu Düzqışlaq Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Düzqışlaq Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışdan görünür ki, Düzqışlaq bələdiyyəsinin 2020-ci il xəritəsində kənd sakini Cavabdeh1 həyətyanı torpaq sahəsində xəritə üzrə su arxı vardır; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149648 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə İddiaçı2 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1200.79 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149674 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə İddiaçı3 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1202.03 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; JN-299 KOD: 50900038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarına əsasən 0.88 hektar torpaq sahəsi Goranboy rayonu, Ağamalıoğlu kənd sakinləri İddiaçı3 və X1 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın surətindən görünür ki, Goranboy rayonunun Düzqışlaq kəndində yerləşən 1.0358 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı4 xüsusi mülkiyyətindədir; Goranboy rayon X2 30 mart 2006-cı il tarixli, 3 nömrəli Qərarından görünür ki, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini İddiaçı4 0,1 ha torpaq sahəsi satılmışdır; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149647 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə İddiaçı5 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1197.35 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; Goranboy rayon Ağamalıoğlu Bələdiyyəsinin 30 noyabr 2010-cu il tarixli, 12 nömrəli Qərarından görünür ki, Goranboy rayonunun Ağamalıoğlu kənd sakini İddiaçı6 0,08 ha torpaq sahəsi satılmışdır; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149649 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X18 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1110.87 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149686 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X17 Goranboy rayonunun Ağamalıoğlu kəndində 993.34 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149674 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X17 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1005.42 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; JN-298 KOD: 50900038 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarına əsasən 2.21 hektar torpaq sahəsi Goranboy rayonu, Ağamalıoğlu kənd sakinləri X12, X6, X7, X15 və X4 mülkiyyətinə verilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149651 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X19 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1098.81 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 149645 nömrəli, 27 iyun 2009-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X5 Goranboy rayonunun Ağamalıoğlu kəndində 1199.92 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir; 30 dekabr 2005-ci il tarixli aktdan görünür ki, Ağamalıoğlu kənd sakini X14 özünə məxsus olan 012 ha həyətyanı torpaq sahəsini Ağamalıoğlu kənd sakini Cavabdeh1 satmışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, iddiaçıların torpaq sahəsinə cavabdehin torpaq sahəsinin içərisində gedən su arxı naturada hal hazırda mövcud deyil. Z.Məsinov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu lahiyəsində Cavabdeh1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən keçən su arxı nəzərdə tutulmamışdır. İddiaçıların torpaq sahələrini suvarmaq üçün naturada kəndarası yolun kənarında su arxı mövcuddur. Əgər yer səthinin hündürlük səviyyəsi uyğun gələrsə su arxı aparılması mümkün olacaqdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8142 nömrəli, 05 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, iddiaçıların torpaq sahəsinə cavabdehin torpaq sahəsinin içərisində gedən su arxı naturada hal-hazırda mövcud deyil. Z.Məsinov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerqurluşu lahiyəsində Cavabdeh1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən keçən su arxı nəzərdə tutulmadığı göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçılar mülkiyyətlərində və istifadələrində olan torpaq sahəsinin suvarılması üçün öz hesablarına Cavabdeh1 istifadəsində olan torpaq sahəsindən su arxının keçirilməsini tələb edir. Həmçinin, iddiaçılar bildirirlər ki, digər Cavabdeh2 həmin su arxının atası Cavabdeh1 torpaq sahəsindən keçirilməsinə maneə törədir. Cavabdehlər isə onların torpaq sahəsindən su arxının keçirilməsinin mümkün olmadığını bildirir. Belə ki, Cavabdeh1 istifadəsində olan torpaq sahəsində naturada su arxının mövcud olmadığını bildirir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Göründüyü kimi mülkiyyət hüququnun toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunması qanunla təsbit edilsə də, mülkiyyətdən qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmaqla istifadə də qadağan olunmuşdur. Həmçinin, mülki qanunvericilikdə qonşuluq hüququ da təsbit edilmişdir ki, onun mahiyyətindən də göründüyü kimi münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Sözügedən hüququn mənasından göründüyü kimi aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Suyun təbii axımını qonşunun ziyanına dəyişdirmək qadağandır. Məhkəmə, bu halları nəzərdən keçirir və hesab edir ki, ilk növbədə cavabdehin istifadəsində olan torpaq sahəsində hazırda su arxının olub-olmaması, əvvəllər həmin torpaq sahəsindən su arxının keçib-keçməməsi məsələsi araşdırılmalı, həmçinin iddiaçıların torpaq sahələrini suvarmaq üçün naturada digər su arxı mövcud olubolmaması müəyyən olunmalıdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, iddiaçıların torpaq sahəsinə cavabdehin torpaq sahəsinin içərisində gedən su arxı naturada hal-hazırda mövcud deyil. Həmçinin, torpaq islahatına dair kompleks yerqurluşu lahiyəsində Cavabdeh1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən keçən su arxı nəzərdə tutulmamışdır (əsas: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8142 nömrəli, 05 yanvar 2023-cü il tarixli rəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyi). Bundan başqa iddiaçıların torpaq sahələrini suvarmaq üçün alternativ su arxının da naturada mövcud olması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, iddiaçıların torpaq sahələrini suvarmaq üçün naturada kəndarası yolun kənarında su arxı mövcuddur. Məhkəmə, iddiaçılar tərəfindən təqdim edilmiş, Goranboy rayon Düzqışlaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11 nömrəli arayışa dair bildirir ki, Sözügedən arayışda Cavabdeh1 həyətyanı torpaq sahəsində xəritə üzrə su arxının olması göstərilmişdir. Lakin, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/8142 nömrəli, 05 yanvar 2023-cü il tarixli rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlsə də, iddiaçılar faktiki olaraq Goranboy rayon Aqrar İslahat Komissiyasının 09 dekabr 1998-ci il tarixli, 40 saylı qərarı ilə X5 verilmiş torpaq sahəsindən su arxının keçirilməsini tələb edirlər. Bu halda MPM-in 54-cü maddəsinin tələbləri iddiaçılara bildirilmiş, lakin iddiaçılar su arxının keçirilməsini tələb etdikləri torpaq sahəsinin hazırda Cavabdeh1 istifadəsində olduğunu, digər Cavabdeh2 isə həmin arxın çəkilməsinə maneə törətdiklərini bildirmişlər. Bu səbəbdən MPM-in 54.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, X12, X3 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Goranboy rayonu Düzqışlaq Bələdiyyəsi üçüncü şəxs kimi göstərilməklə) “su arxının bərpa olunması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməli, həmçinin ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, X12, X3 və X13 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Goranboy rayonu Düzqışlaq Bələdiyyəsi üçüncü şəxs kimi göstərilməklə) “su arxının bərpa olunması və maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1, İddiaçı6, X21, X8 və X9 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar