Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-277/2023 14.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 2150 (iki min yüz əlli) manat borcunun və ödədiyi 42 (qırx iki) manat dövlət rüsumunun (məhkəmə xərcinin), cəmi 2192 (iki min yüz doxsan iki) manat pul vəsaitinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qiyabi tanıyır. Belə ki, cavabdehlə arasında bir neçə dəfə heyvan alğı-satqısı olmuşdur. Cavabdeh 2022ci ilin avqust ayında Göygöl rayonunda yerləşən mal-qara bazarında ondan hər birinin dəyəri 245 (iki yüz qırx beş) manat olmaqla 10 (on) baş xırdabuynuzlu heyvanı ümumi dəyəri 2450 (iki min dörd yüz əlli) manata nisyə almışdır. O, cavabdehi tanıdığı üçün inanıb heyvanları nisyə vermişdir. Bir müddətdən sonra cavabdeh ona olan 2450 (iki min dörd yüz əlli) manat borcundan 300 (üç) yüz manat hissəsini özünə qaytardı və qalan hissəsini də qısa bir müddət ərzində qaytaracağı barədə söz verdi. Aradan bir müddət keçdikdən sonra o, Kamrandan pulunu istədikdə cavabdeh ona müəyyən bəhanələr gətirərək pulunu verməkdən yayınmışdır. Pulunu könüllü şəkildə qaytarmadığını görəndə o, məcbur qalıb Göygöl rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində hər ikisinin izahatı alınmış və orada ona izah edilib ki, bu iş mülki xarakterli bir işdir ona görə də, ona məhkəməyə müraciət etməyi məsləhət edilmişdir Cavabdeh Goranboy rayonu, Şadılı kəndində yaşayan Cavabdeh onun pulunu könüllü şəkildə özünə qaytarmadığına görə o, məcburiyyət qarşısında qalaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və cavabdehdən ona qalan 2150 (iki min yüz əlli) manat borcunu özünə qaytarmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh 2022-ci ilin avqust ayında Göygöl rayonunda yerləşən malqara bazarında ondan hər birinin dəyəri 245 (iki yüz qırx beş) manat olmaqla 10 (on) baş xırdabuynuzlu heyvanı ümumi dəyəri 2450 (iki min dörd yüz əlli) manata nisyə satmışdır. Cavabdeh borcundan 300 manat ödəniş etmiş və qalan borcunu ödəyəcəyini söz vermişdir. Cavabdeh söz verməsinə baxmayaraq, bugünkü günədək borcundan heç bir ödəniş etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suala cavab olaraq bildirdi ki, 2450 manat xırdabuynuzlu heyvanın verilməsinə dair hər hansı yazılı əqd bağlanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində iddiaçıya borcunun olmasını etiraf edərək iddia təmin edilməsinə etirazının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göygöl RPŞ-nin xx.xx.2022-ci il tarixli, ***-*******-3222 nömrəli arayışından görünür ki, İddiaçı pulun alınması ilə bağlı mülki iddia qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; "xxxx" ASC-nin 141176 nömrəli və 30306 nömrəli qəbzlərindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan mal-qaranı satmağı, cavabdeh isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi, yəni özünə məxsus 10 baş xırdabuynuzlu heyvanı 2500 (iki min beş yüz) manata Cavabdeh satmış, cavabdeh isə malın dəyərini ödəmək öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 2150 manat borcu qalmış və iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2150 (ikimin iki yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2150 (ikimin iki yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-277/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-277/2023
14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver