Məhkəmə qərarları › İş №2(045)-282/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-282/2023

17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-282/2023 17.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X2 iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı üzrə pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə yazılı icraat qaydasında baxaraq, MÜ Ə Y Y Ə N E T D İ M: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 160 manat məbləğində ödənilmiş sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" ASC-nin kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə Cavabdeh bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsini onunla əsaslandırmışdır ki, “Günay Sığorta" ASC-də 18 noyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Elantra” markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 iyun 2022-ci il tarixdə Gəncə şəhərində X8 tərəfindən idarə olunan "Opel Astra" markalı 99LO768 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhəri DYP-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Zərərçəkənə avtomobilinin zədələnməsi ilə bağlı 160 manat məbləğində sığorta ödənişi verilmişdir. Odur ki, Cavabdeh 160 manat məbləğində verilmiş sığorta ödənişinin və 30.40 manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC –nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş AE 119028 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh sürücülük hüququ mövcuddur. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş BB 167325 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Elantra" markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobil X3 adına qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş dəymiş zərərin hesablanmasına dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 2012-ci il buraxılışlı, gümüşü metal rəngli "Opel Astra" markalı 99LO768 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 160 manatdır. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC-də sığortalı X5 “Hyundai Elantra” markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2021-ci il tarixdə 12 ay müddətinə sığorta etdirmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş sığorta ödənişi ilə bağlı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “Hyundai Elantra” markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC Sığorta Şirkətində sığortalanmışdır, xx.xx.2022-ci il tarixdə "Opel Astra" markalı 99LO768 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sığortaçı "xxxx" ASC tərəfindən 160 manat sığorta ödənişi X1 adına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında ƏN-İV 954548 saylı etibarnamədən görüünr ki, “Opel Astra” markalı 99LO768 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 avtomobilin X8 tərəfindən istifadəsini etibar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş inzibati xəta haqqında İXP ******* saylı protokolun surətindən görünür ki, xx.xx.2022-ci ildə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Cavabdeh 100 manat məbləğində cərimə olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ƏN-V 071634 saylı etibarnamədən görünür ki, etibar edən mülkiyyətçi X5 etibar edilən Cavabdeh “Hyundai Elantra” markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixədək sürücülük hüququ olduqda onu idarə etmək, hüququnu etibar etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, “Günay Sığorta" ASC-də 18 noyabr 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Hyundai Elantra” markalı 20EM027 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 iyun 2022-ci il tarixdə Gəncə şəhərində X8 tərəfindən idarə olunan "Opel Astra" markalı 99LO768 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə şəhəri DYP-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Sığortaçı "xxxx" ASC tərəfindən 160 manat sığorta ödənişi 30 iyul 2022-ci il tarixdə zərərçəkən şəxsin hesabına köçürülmüş, lakin həmin məbləğ hazırki vaxtadək cavabdeh tərəfindən geri ödənilmədiyindən iddiaçı reqres qaydada onu tələb etməkdə haqlıdır. İşin göstərilən halları iddiaçı təşkilatın nümayəndəsinin izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmayan qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia təmin edilməli və Cavabdeh sığorta ödənişinə görə 160 manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat pul alınıb iddiaçı "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi təmin edilsin. Cavabdeh sığorta ödənişinə görə 160 (yüz altmış) manat və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat pul alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar