Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-283/2023 28.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı “İtirilmiş təbbi qazın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «Azəriqaz» İB ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunu könüllü ödəmədiyinə görə ondan 475,40 manat məbləğində pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq “Azəriqaz” İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ **********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Azəriqaz» İB məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək ərizənin baxılmamış saxlanmasına etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş İddiaçı məhkəməyə təkrar gəlmədiyindən və məhkəmə iclasında iştirak edən cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindəm ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş matriallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı «Azəriqaz» İB 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli 03 nömrəli Qərarının 9.2-ci bəndində qeyd olunur ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ərizə baxılmamış saxlanılmalı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı «Azəriqaz» İB-nin Cavabdeh qarşı “İtirilmiş təbii qazın ödənilməsi” tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (0n) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-283/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-283/2023
28.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver