Məhkəmə qərarları › İş №2(045)-287/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-287/2023

11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-287/2023 11.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “itirilmiş enerji sərfiyyatı üçün hesablanmış ziyanın silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC Goranboy rayon şöbəsinin əməkdaşları tərəfindən itirilmiş enerjinin sərfiyyatı üçün hesablanmış 580 manat 15 qəpik ziyanın həddindən artıq çox hesablandığı üçün silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonun Balakürd kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ərazidə "xxxx" ASC-nin abonomenti olduğu üçün enerji istifadəçisidir. İstifadə etdiyi enerjinin pulunu həmişə vaxtlı-vaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt "xxxx" ASC-nin nümayəndələri ilə aralarında mübahisə və yaxud narazılıq olmamışdır. 05 dekabr 2022-cı il tarixdə yaşadığı həyətdə su çəninə 15-lik turbanı qaynaq etmək lazım idi və o, özünün qaynaq aparatı olduğu üçün və bu işi bacardığı üçün qərara gəlmiş ki, bu işi özü görsün. Bu məqsədlə sayğacdan kənar xətt qoşub iş görmək istəmiş, elə bu vaxt Cavabdehın nümayəndələri gələrək sayğacdan kənar xətti görmüşlər və onun barəsində akt tərtib etmişlər. Bu günlərdə bilib ki, itirilmiş enerji sərfiyyatı 580 manat 15 qəpik hesablanmışdır. O, bununla razı deyildir. Bəli, etiraf edir ki, o, elektrik enerjisindən isdifadə qaydalarını pozmuşdur. Lakin, itirilmiş enerjinin sərfıyyatı bu qədər ola bilməzdi, o, belə hesablanmanı ədalətsiz hesab edir, çünki gələn əməkdaşlar özləri də görüblər ki, o, hələ turbanı da tam qaynaq edə bilməmiş, 5 deqiqədə lap olsun o, 50 manatlıq enerji sərf etsin, daha bu qədər olmazdı. O, vurduğu zərəri yerində ödəmək istəsə də "xxxx"ın əməkdaşları buna razı olmamışdır. Hətta "xxxx" ASCnin Goranboy rayon şöbəsinə də getmişdir ki, vurduğu zərəri dəqiq hesablayıb ona desinlər, o da borcu ödəsin. Lakin bunu etməyiblər. Hesab edir ki, o, X1ydalarını pozsa da dəyən zərər bu qədər deyil. Ona görə də, itirilmiş enerji üçün hesablanmış pulun miqdarını ədalətsiz hesab edir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çxıarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, 05 dekabr 2022-cı il tarixdə yaşadığı həyətdə sayğacdan kənar xətt qoşub 15-lik su çəninin turbasını qaynaq edən zaman, "xxxx" ASC-nin nümayəndələri gələrək sayğacdan kənar xətti gördülər və barəsində akt tərtib etdilər. Bundan sonra o, "xxxx" ASC-nin Goranboy rayon filialına yaxınlaşaraq barəsində tərtib edilmiş akta uyğun borcunu ödəmək istəmiş, lakin orada borcunun 580 manat 15 qəpik olduğunu bilmişdir. Hazırda o, yazılan məbləğlə razı deyildir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 bildirdi ki, 05 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin Goranboy EŞ-nin əməkdaşları Ələddin Muradov, Alı Süleymanov tərəfindən Goranboy rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Goranboy rayonu, Balakürd kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi məlum olmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Poroqram bazasında qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında akt tərtib edilmişdir. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi aktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Odur ki, qeyd edilənələri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 (cavabdeh tərəfin) ifadəsində bildirdi ki, 05 dekabr 2022-ci il tarixdə X7 ilə və digər əməkdaşlarla Goranboy rayonu Balakürd kəndində xidmətdə olarkən kənd sakini İddiaçı yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilərkən, abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmiş və həmin vaxt barəsində akt tərtib edilmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, o, "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləyir. Həmin gün, yəni 05 dekabr 2022-ci il tarixdə İddiaçı hər hansı su çənini qaynaq etdiyini görməmiş, əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən əvvəllərdə də belə qanunsuz qoşulma hallarına yol verilmiş və barəsində qanunamüvafiq tədbirlər görülmüşdür. Məhkəmə iclasında iştirak edən digər şahid X7 şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə verərək qeyd olunan xüsusatları təsdiq etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş 272015 nömrəli, 05 dekabr 2022-ci il tarixli, aktın surətindən görünür ki, istehlakçı İddiaçı (abonent kodu **********00288) Goranboy rayonu Balakürd kəndində yerləşən sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; “CD” diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması videoçəkiliş aparılmaqla qeydə alınmışdır; "xxxx" ASC tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, istehlakçı İddiaçı (abonenti kodu **********00288) tərəfindən Goranboy rayon Balakürd kəndində sayğacdan kənar çəkilmiş xəttin ləğv edilməsi qərara alınaraq oba 589,68 manat məbləğində borc hesablanmışdır; "xxxx" ASC tərəfindən verilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı barəsində elektrik enerjisindən kənar xətdən istifadə etdiyinə görə xx.xx.2022-ci il tarixli, 272017 saylı akt tərtib olunmuş və ona 589,68 manat cərimə hesablanmışdır; Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və iddiaçının etirafı ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən X1ydalarına riayət edilməyərək yaşadığı Goranboy rayonu, Balakürd kəndində yerləşən fərdi yaşayış evinin sayğacından kənar xətt vasitəsi ilə birbaşa olaraq X2 etmişdir. Nəticədə cavabdeh "xxxx" ASC tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilərək müvafiq akt tərtib edilmiş, həmin akt əsasında abonentə (iddiaçıya) 589,68 manat məbləğində borc (cərimə) hesablanmış və həmin borc barəsində ona rəsmi xəbərdarlıq verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – NK) xx.xx.2005-ci il tarixli, 18 saylı “X1ydaları”nın təsdiq edilməsi haqqında” Qərarının: 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli aktından və xx.xx.2022-ci il tarixli icra vərəqindən göründüyü kimi "xxxx" ASC NK-nin sözügedən qərarına uyğun olaraq istehlakçı (İddiaçı)) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu üçün istehlakçı tərəfindən elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatını nəzərə almaqla yenidən hesablamış və dəyəri hesablayarkən on iki aylıq müddət həddini aşmayaraq son altı ay müddətini qeyd etmiş, həmçinin enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının (iddiaçının) iştirakı ilə akt tərtib etmiş, akta vurulmuş zərərin NK-nin Qərarının 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə etmiş, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınmış, akt enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən imzalansa da, istehlakçı (iddiaçı) aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini yenidən hesablayarkən hər hansı sui-istifadə hallarına və qanun pozuntusuna yol verməmişdir, ona görə iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “itirilmiş enerji sərfiyyatı üçün hesablanmış ziyanın silinməsi” tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar