Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-301/2024 13.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində hesablanmış 1684.80 (bir min altı yüz səksən dörd manat, səksən qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayır. Yaşadığı kənddə Cavabdeh abonenti olduğu üçün təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın pulunu həmişə vaxtlı-vaxtında ödəyir. Buna görə də, Cavabdeh əməkdaşları ilə arasında heç vaxt narazılıq olmamışdır. 2021-ci ilin son aylarında evinə gələndə görüb ki, "Azəriqaz" İstehsalat Birlliyinin əməkdaşları evinə gələn qaz sayğacını dəyişirlər. Bunu nə üçün etdiklərini soruşduqda bildiriblər ki, qaz sayğacının müddəti ötdüyü üçün dəyişirlər. O, etiraz edib ki, “Smart” kart tipli sayğacdır, yeni qoyulmuşdur. Ona məhəl qoymamışlar. “Smart” tipli sayğacı çıxarıb yerinə mexaniki sayğac bağlamışlar. Bundan bir neçə ay sonra yenə günorta vaxtı evinə gələrkən görüb ki, Cavabdeh əməkdaşları yenə də evinə gedən qaz sayğacının yanında işləyirlər. Yenə də, nə baş verdiyini soruşmuş, ona bildiriblər ki, sayğacı yenisi ilə əvəz edirlər. O, bildirib ki, “axı yeni dəyişmiziniz”, deyiblər ki, o köhnə sayğacdır, bu təzədir, əvəz olunmalıdır. Əlavə də bildiriblər ki, “sənin nəyinə lazımdır, səndən pul istəmirik ki, sayğacını yeniləyirik”. Hadisədən bir neçə ay sonra aylıq qaz borcunu ödəyərkən görüb ki, borc kimi ona 1684,80 manat qalıq borcu hesablanmışdır. Bunu aydınlaşdırmaq üçün Cavabdeh Goranboy rayon şöbəsində olmuşdur. Bu borcun necə, haradan yarandığını öyrənmək istədikdə isə ona məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT və xx.xx.2023-cü il tarixdə tərtib olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamə verərək bildiriblər ki, “borcun var narazısansa məhkəməyə müraciət et”. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş Akt-da göstərilir ki, qeydiyyatda olan **********5 nömrəli sayğac açılaraq yerinə qeydiyyatda olmayan ******* nömrəli sənaye sayğacı bağlanaraq qazdan qeyri-qanuni istifadə edilmişdir. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Diqqətə çatdırmaq istəyir ki, yuxarıda qeyd etdiyi kimi evinə gələn qaz xəttinə “Smart” tipli sayğac qoşulmuşdur. Həmin sayğacı da Cavabdeh əməkdaşları dəyişərək mexaniki sayğacla əvəz etmişlər. Sual olunur ki, qeydiyyatda olmayan sayğacı nə üçün “Smart” kart tipli sayğacla əvəz edirlər? Sonra da deyillər ki, sayğac qeydiyyatda deyil?. Axı qeydiyyatda olmasa sayğac onda haradan ola bilərdi ki?. Bundan başqa o, sayğacı necə dəyişə bilər. Yəni sayğacı dəyişəndə, yenisi ilə əvəz edəndə Cavabdeh öz əməkdaşlarıdır. O, bilmir xəttə qeydiyyatda olan sayğac qoyublar, ya qeydiyyatsız sayğac. Onun qazı gəlib, onda sərf etdiyi qazın pulunu ödəmişdir. Qaz sayğacı dəyişdirilərkən ona hec bir irad nöqsan bildirilməmişlər. Ona görə də, o, hesablanmış bu borcu əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olur. Hesab edir ki, yuxarıda göstərilən normaların pozulması nəticəsində ona hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktda adının qarşısında olan imza onun tərəfindən icra edilməmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən qeydiyyatda olan **********5 nömrəli sayğac açılaraq, yerinə qeydiyyatda olmayan ******* nömrəli sənayə sayğacı bağlanaraq qazdan qeyri-qanuni istifadə etdiyi müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2022-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 1684,80 manat məbləğində borc pul hesablanmışdır; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 1684,80 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 36,84 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı Abonent kodu: **********00000) hesablanmış 1684,80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı Abonent kodu: **********00000) hesablanmış 1684,80 manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 36,84 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-301/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-301/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver