Məhkəmə qərarları › İş №2(045)-31/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-31/2025

04.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-31/2025 04.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan daşınmaz əmlakda payın naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy şəhəri, H.Əliyev pr., 22 ünvanda yerləşən, 0,08 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakda 1/3 pay hüququ ilə mülkiyyətində olan 0,0529 ha hissədə payın naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy şəhəri, H.Əliyev pr. 22 ünvanda yerləşən, 0.08 ha. torpaq sahəsindən ibarət daşınmaz əmlak 1/3 pay hüququ ilə onun, X1 və bacısı X3 paylı mülkiyyətindədir. X1 2010- cu ildə vəfat edib. Paylı mülkiyyətində olan əmlakdan (0.0529 kvm. topraq sahəsi) sərbəst və maneəsiz istifadə edə bilmir. Mülkiyyətində olan paylara uyğun naturada bölünməsi və ayrıca giriş-çıxış müəyyən edilməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmir. Odur ki, paylı mülkiyyətində olan daşınmaz əmlakın məhkəmə qaydasında naturada bölünməsini iddia edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert tərəfindən verilmiş rəy ilə razı olmadığına görə məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxrarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 447869 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 14 dekabr 2010-cu il tarixdə “kardiogen şok, miokardın kəskin infarktı” səbəbindən ölmüşdür; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən 240.50 kv m2 daşınmaz əmlak İddiaçı (0,0529 ha topaq sahəsi), X4 (fərdi yaşayış evi tam, torpaq sahəsi 0.0033 ha) və Cavabdeh (0.0234 ha) xüsusi mülkiyyətinə verilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-46/2-3906/2024 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən 0,0529 ha hissəsində İddiaçı payının naturada bölünməsi mümkündür və bölgü sxemi rəyə əlavə edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/7206 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən 0,0529 ha hissəsində İddiaçı payının naturada bölünməsi mümkündür və bölgü sxemi rəyə əlavə edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir; Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********67-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışla torpaq sahəsi iddiaçı və cavabdehin ümumi paylı mülkiyyətindədir. Hazırda iddiaçı paylı mülkiyyətində olan həmin torpaq sahəsini payına uyğun naturada bölünməsini tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticəsinə dair tərtib edilmiş ekspert rəyində mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən 0,0529 ha hissəsində İddiaçı payının naturada bölünməsi göstərilmiş və verilmiş rəyə uyğun bölgü sxemi çəkilərək, rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.2 və 215.2-ci maddələrinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir; 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İddiaçının tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 220.2 və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan qanunvericilik normalarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi məsələsi, ilk növbədə, araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırkı iş üzrə tərəflər paylı mülkiyyətin naturada bölünməsinə dair razılığa gəlmədiklərindən, tərəflərin pay nisbətləri hüquq müəyyənedici sənəd əsasında müəyyən edildiyindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan, həmçinin bu, qanuna və işin hallarına uyğun olduğundan torpaq sahəsi məhkəmənin qərarı ilə fiziki bölünməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən onun payı olan 0,0529 ha hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq naturada bölünməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,08 ha torpaq sahəsindən onun payı olan 0,0529 ha hissə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq naturada bölünsün. Ekspertiza tədqiqatının dəyəri olan – 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifanını kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2: kod 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, hesab: AZ34CTRE********************) tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar