Məhkəmə qərarları › İş №2(045)-319/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-319/2025

25.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-319/2025 25.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı Muradova Zı̇ bər Aslan qızının, onun və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar Muradova Zı̇ bər Aslan qızı və İddiaçı2 cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı qaz pulunun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Muradova Zı̇ bər Aslan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı qaz pulunun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə, iddiaçıların nümayəndəsi və vəkilinin geri qaytarma barədə ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizəsi təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçılar verilən iddia üzrə dövlət rüsumu ödəməkdən azad olunduğu üçün onlar tərəfindən dövlət rüsumu ödənilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Muradova Zı̇ bər Aslan qızı və İddiaçı2 cavabdeh "Azəriqaz" İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı qaz pulunun silinməsi tələbinə dair müki iş baxılmamış saxlanılsın, ərizə və əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar