Məhkəmə qərarları › İş №2(045)-32/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-32/2023

25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-32/2023 25.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd New-Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 43 650,00 (qırx üç min altı yüz əlli) manat dəymiş maddi ziyanın və 220,95 (iki yüz iyirmi manat doxsan beş qəpik) manat dövlət rüsumunun, cəmi 43870,95 (qırx üç min səkkiz yüz yetmiş manat doxsan beş qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2021-ci il 14 aprel tarixli 01/00517 nömrəli operativ lizinq müqaviləsinə əsasən bir ədəd New-Holland TC-5050 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. Şəmkir Regional Nümayəndəliyinin istifadəsində olan və mexanizator Cavabdeh tərəfindən operativ lizinqə götürülmüş ********* şassi nömrəli New-Holland TC- 5050 markalı taxılyığan kombaynla Goranboy rayonunun Pirimli kəndinin ərazisində 2021 -ci il 13 iyun tarixində biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermiş və nəticədə texnika istifadəyə yararsız hala düşmüşdür. Bununla bağlı həmin gün Cəmiyyətin əməkdaşları tərəfindən texnikaya yerində baxış keçirilmiş və müvafiq qaydada akt tərtib edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunaraq təqdim olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, New-Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün 43 650,00 (qırx üç min altı yüz əlli) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə oğu iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC-nin 2021-ci il 14 aprel tarixli, 01/00517 nömrəli operativ lizinq müqaviləsindən görünür ki, lizinq verən 5500 (beş min beş yüz) manat dəyərində 1 ədəd TC-5050 markali taxılyığan kombayn lizinq alanın sahiblik və istifadəsinə vermişdir; xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh müvəqqəti istifadəyə götürdüyü TC-5050 markali taxılyığan kombaynı təyinatı üzrə istifadə etməyi, saz vəziyyətdə saxlamağı və digər hərəkətlər barədə lizinqverən qarşısında öhdəlik götürmüşdür; İddiaçı ASC tərəfindən verilmiş texniki vəziyyət haqqında xx.xx.2021-ci il tarixli, 01/00517 nömrəli 1 aktdan görünür ki, 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombayn Cavabdeh tərəfindən saz vəziyyətdə təhvil alınmışdır; İddiaçı ASC tərəfindən verilmiş texniki vəziyyət haqqında xx.xx.2021-ci il tarixli, 01/00517 nömrəli 2 aktdan görünür ki, 1 ədəd TC-5050 New-Holland markalı taxılyığan kombayn Cavabdeh tərəfindən yararsız vəziyyətdə təvil verilmişdir; İddiaçı ASC tərəfindən verilmiş “taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə” arayışdan görünür ki, ********** şassi nömrəli TC- 5050 New-Holland markalı taxılyığan kombaynın işlək vəziyyətə gətirilməsi üçün cəmi 43650,00 manat vəsait tələb olunur; İddiaçı ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, texnikaya dəymiş 436500,00 manat məbləğində zərəri tez bir zamanda İddiaçı ASC-yə ödənilməsi xahiş olunmuşdur; xx.xx.2021-ci il tarixli yanğın haqqında aktdan görünür ki, yanğının baş verməsində səbəbkar şəxs müəyyən olunmayıb; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7061 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı ASC-nin 2022-ci il tarixli arayışındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışı “New Holland TC-5050” markalı taxılyığan kombaynın təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 41925,00 manat müəyyən edilmişdir; X2 ********* saylı, xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 220,95 dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən Cavabdeh operativ lizinq müqaviləsinə əsasən istifadəsinə verilmiş “New Holland TC-5050” markalı taxılyığan kombaynla xx.xx.2021-ci il tarixdə biçin işlərini yerinə yetirərkən kombaynda yanğın baş vermişdir. Kombayna baxış keçirilmiş və məlum olmuşdur ki, New Holland TC-5050” markalı taxılyığan kombayn yararsız vəziyyətə düşmüş, bu səbəbdən İddiaçı ASC-yə maddi ziyan vurulmuşdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7061 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspert rəyini mötəbər hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunun bu normalarının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən hərəkətsizliyi nəticəsində iddiaçının mülkiyyətində olan kombayna zərər vurması faktı iş materiallarında olan və cavabdehin özünün iştirakı ilə tərtib edilmiş, həmçinin imzası ilə təsdiq edilmiş aktla öz təsdiqini tapmışdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/7061 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspert rəyinə uyğun həll edilməli və rəylə müəyyən edilmiş ziyanın əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin ödənilmiş 220,95 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 215,78 manat məbləğində müəyyən edilməli və qalıq 5,17 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, 1 ədəd New- Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 41925,0 (qırx bir min doqquz yüz iyirmi beş) manat dəymiş maddi ziyan və ödənilmiş 215,78 (iki yüz on beş manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 4 manat hissəsi İddiaçı ASC-dən, 96 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd New-Holland TC-5050 markalı taxılyığan kombaynın tam bərpası üçün hesablanmış 41925,0 (qırx bir min doqquz yüz iyirmi beş) manat dəymiş maddi ziyan və ödənilmiş 215,78 (iki yüz on beş manat yetmiş səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 4 manat hissəsi İddiaçı ASC-dən, 96 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar