Məhkəmə qərarları › İş №2(045)-333/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-333/2023

16.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-333/2023 16.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Goranboy rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq, Cavabdeh 1520 manat pulun, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, cəmi 1570 (min beş yüz yetmiş) manat məbləğində pulun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, iş üzrə Cavabdeh 2022-ci ildə quzu alıb-satmaq adı ilə ondan borc pul istəmişdir. O da cavabdehə inandığı üçün ona xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat,xx.xx.2022-ci il tarixdə 750 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, ümumilikdə 2470 manat borc pul vermişdir. Cavabdeh borc alarkən borc pulu aldığını sadə yazılı formada təsdiq etmişdir. Həmin puldan 950 manat cavabdeh ona qaytarmışdır. Lakin qalan məbləği cavabdeh qaytarmır və imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o iddiaçıdan 1620 manat borc almışdır, 990 manat qaytarmışdır. Onun 630 manat borcu qalmışdır. İddiaçının təqdim edtdiyi sadə yazılı formada olan borcun etirafı barədə yazılaronun tərəfindən yazılmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş sadə yazılı foramda Cavabdeh tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixində İddiaçı 100 manat borc almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş sadə yazılı foramda Cavabdeh tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixində İddiaçı 120 manat borc almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş sadə yazılı foramda Cavabdeh tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixində İddiaçı 1000 manat borc almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş sadə yazılı foramda Cavabdeh tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixində İddiaçı 750 manat borc almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş sadə yazılı foramda Cavabdeh tərəfindən yazılmış və imzalanmış sənəddən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixində İddiaçı 500 manat borc almışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 120 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat,xx.xx.2022-ci il tarixdə 750 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, ümumilikdə 2470 manat borc pul almışdır. Alınmış məbləği cavabdeh sadə yazılı formada imzalamaqla təsdiq etmişdir, məhkəmə iclasında da həmin imzaların ona məxsus olduğunu həmin pul məbləğlərini götürdüyünü bildirmişdir. Cavabdeh 2470 manat borc puldan 1620 manat pul qaytardığını iddia etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı 2470 manat borc puldan 950 manat pulun cavabdehin ona qaytardığını etiraf etmişdir. Cavabdeh 1520 manat pulun, ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, cəmi 1570 (min beş yüz yetmiş) manat məbləğində pulun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2 borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə Cavabdeh İddiaçı ümumilikdə 2470 manat borc pul aldığı sübut edildiyindən, cavabdeh tərəfindən həmin pulun qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, ididaçı Cavabdeh 1520 manat borc pulun ona ödənilməsini tələb etdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu iş üzrə cavabdeh olan Cavabdeh aid edilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1520 manat məbləğində borc pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, cəmi 1570 (min beş yüz yetmiş) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1520 (min beş yüz iyirmi) manat məbləğində borc pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, cəmi 1570 (min beş yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar