Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-335/2023 05.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 21500 (iyirmi bir min beş yüz) manat, ödənilmiş 155 (yüz əlli beş) manat dövlət rüsumu olmaqla, ümumilikdə 21655 (iyirmi bir min altı yüz əlli beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi haqqında qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə geri qaytarılmasına etiraz etməyərək işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə, iddiaçının geri qaytarma barədə ərizəsini və cavabdehin fikrini nəzərə alıb mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməli, mülki iş baxılmamış saxlanılmaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş matriallarında olan xx.xx.2022-ci il tarixli, 31944 saylı qəbzdən görünür ki, İddiaçı 154,60 (yüz əlli dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddia ərizəsi üzrə müki iş baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlər, ödənilmiş 154,60 (yüz əlli dörd manat altmış qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-335/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-335/2023
05.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver