Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-358/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Fəxrəddin qızının Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fəxrəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Goranboy rayon Quşçular kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququnun itirilmiş hesab edilməsi və ona məxsus əşyaların evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclasları 12 sentyabr 2023-cü il tarixə saat 11:20-ə və 11 oktyabr 2023-cü il tarixə saat 10:10-a təyin edilmiş, lakin buna baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi təqdim edilmiş və göndərilmişdir. Lakin, iddiaçı göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 20474 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırki tələb üzrə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı göstərilən tarixlərdə məhkəməyə gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən, həmçinin cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Fəxrəddin qızının Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı Fəxrəddin qızına qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-358/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-358/2023
11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver