Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-358/2024 13.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9700 manat pul və dövlət rüsumu kimi ödənilmiş 117 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onun uzun müddətdir cavabdehlə dostluq münasibətləri vardır. Aralarındakı dostluq əlaqələri və səmimiyyətə görə, cavabdeh ondan borc olaraq pul istəmiş və oda cavabdehə inanaraq kredit götürüb, ona 9700 manat məbləğində borc pul vermişdir. Lakin, cavabdeh ondan borc olaraq aldığı pulu geri qaytarmamışdır. Cavabdehin ona hazırda qaytarmalı olduğu məbləğ 9700 manat təşkil edir. Odur ki, o, həmin gündən məsələnin həll olunması üçün cavabdehə müraciət etsə də, heç bır nəticə əldə etməmiş və verdiyi pulu geri ala bilməmişdir. Ona görə də, məsələnin həlli yolu kimi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini, Cavabdeh vermiş olduğu 9700 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, onun iddiaçıya 9700 manat məbləğində borcu vardır və buna dair etiraf ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı 9700 manat məbləğində borca pul almış və hazırda yaranmış borcu qaytarmamışdır; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 14752 nömrəli qəbzdən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 117 (bir yüz on yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, , tərəflər arasında sadə şifahi müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh şifahi əqd əsasında iddiaçıya olan 9700 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh də iddianı qəbul edərək iddiaçıya 9700 manat məbləğində borclu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanununun tələblərini əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 9700 (doqquz min yeddi yüz) manat məbləğində borc pul və ödənilmiş 117 (yüz on yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9700 (doqquz min yeddi yüz) manat məbləğində borc pul və ödənilmiş 117 (yüz on yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-358/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-358/2024
13.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver