Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-39/2023 25.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27645 (iyirmi yeddi min altı yüz qırx beş) manat dəymiş ziyanın və məhkəməyə ödədiyi 173 (yüz yetmiş üç) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ona məxsus olan Toyota RAV-4 markalı, ** HT *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Göygöl şəhərindən Samux rayonu istiqamətində gedərkən Bakı-Qazax yolunun 343.7ci km- də Mitsubishi Pajero-İO markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tərəfindən yol-nəqliyyat hadisəsi törədilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin təqsirkarı Cavabdeh olmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan 32645 (otuz iki min atlı yüz qırx beş) manat məbləğində hesablanmışdır. Qeyd olunan məbləğdən cavabdehin avtomobilini sığortalıyan "xxxx" şirkəti tərəfindən 5000 (beş min) manat ödəniş edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onun və Cavabdeh Səhərddin oğlunun izahatı alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə İnzibati tənbeh vermə haqqında TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə olunmuşdur. Cavabdeh təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş ziyanın yerdə qalan 27645 (iyirmi yeddi min altı yüz qırx beş) manatı bu günədək ödənilməmişdir. Ona görə də, avtomobilinə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, avtomobilə dəymiş 32645 manat məbləğində ziyanın ödənilməsi barədə cavabdeh xəbər edilsə də, bugünə qədər sonuncu heç bir ödəniş etməmişdir. Qeyd olunan məbləğdən cavabdehin avtomobilini sığortalayan "xxxx" şirkəti tərəfindən 5000 (beş min) manat ödəniş edilmişdir. Hazırda cavabdehin 27645 manat məbləğində borcu vardır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “İnzibati tənbeh vermə haqqındda” TP seriyalı ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur; "xxxx" Bakı Mərkəzi MMC təfərindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota RAV 4” markalı, **-HT-*** dövlət qediyyat nişanlı avtomobilə dəymiş ziyan 32645 (otuz iki min atlı yüz qırx beş) manat məbləğində hesablanmışdır; Fotoşəkillərdən görünür ki, Toyota RAV 4 markalı, **-HT-*** dövlət qediyyat nişanlı avtomobil Mitsubishi Pajero-İO markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə toqquşmuş, nəticədə hər iki avtomobil zədələnmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/2227 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmi. xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı Toyota RAV 4 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 26744,0 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Hökümət ödəniş portalının ********* nömrəli, xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 173 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə sahiblik və istifadəsində olduğu Mitsubishi Pajero-İO markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edərək yol-hərəkəti qaydalarını pozmuş və hərəkətdə olan “Toyota RAV 4” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə ziyan dəymişdir. Tərəflərin mübahisələndirdiyi hal zərərin məbləği ilə bağlıdır. Məhkəmə ekspert rəylərində göstərilmiş məbləğləri araşdıraraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmiş məbləği və bunun əsasında verilmiş ekspert rəyini mötəbər hesab edir. Belə ki, həmin akt hadisədən (xx.xx.2022-ci il tarixdə) 8 gün sonra tərəflərin iştirakı ilə tərtib edilmiş, həmin vaxt tərəflər zərəri mübahisələndirməmişdir. Toyota RAV 4 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil "Qala Sığorta” ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalandığı üçün avtomobilə dəymiş zərərin 5.000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 12 iyun 2023-cü il tarixli 9/2227 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən Toyota RAV 4 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə, təxminən 26744,0 manat müəyyən edilmişdir. Qeyd edilən yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı "Qala Sığorta” ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi verilmişdir. Belə olan halda, iddiaçının xeyrinə tutulmalı olan məbləğ 21744,00 manat müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, göründüyü kimi, Cavabdeh təqsirli, hüquqazidd əməli ("Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulması tam sübuta yetirilir və bu səbəbdən “Toyota RAV 4” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli 9/2227 nömrəli rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, Toyota RAV 4 markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən həmin rəydə göstərilmiş 26744 manat məbləğ əsas götürülməli, həmçinin, sığorta orqanı tərəfindən iddiaçıya ödənilmiş 5000 manat bu məbləğdən çıxılmalı (26744- 5000=21744), qalan 21744 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 173 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 155,23 manat məbləğində müəyyən edilməli və qalıq 17,77 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərin əvəzi kimi 21744 (iyirmi bir min yeddi yez qırx dörd) manat məbləğində pul və ödənilmiş 155,23 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 10,50 manat hissəsi İddiaçı, 39,50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülməldir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 21744 (iyirmi bir min yeddi yez qırx dörd) manat məbləğində pul və ödənilmiş 155,23 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 manat vəsaitin 10,50 manat hissəsi İddiaçı, 39,50 manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-39/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-39/2023
25.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver